Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

59 ailənin həyatı təhlükədə-Göyçay rayonu Cəyirli kəndində

 Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Göyçay rayonu Cəyirli kəndinin 15 sakininin şikayət məktubu daxil olub. Kənd sakinləri müraciətlərində Aydın adlı şəxsin qanunazidd kommersiya fəaliyyəti səbəbindən 59 ailənin həyatı üçün yaranan təhlükədən bəhs edirlər. Təəssüf ki, qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri İntiqam Süleymanov isə problemdən məlumatlı olduqlarını bildirsə də, əlavə açıqlama vermədi(?) Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.  
 

"Bu şikayət ərizəmizdə yazıb Sizə bildirirk ki, yaşadığımız evlər, həyat və sağlamlığımız ciddi təklükə altındadır. Belə ki, Göyçay rayon sakini Aydın adlı şəxs 59 ailənin evləri olan yaşayış massivində su arxının və böyük qaz borusunun üzərində böyük bir bina inşa etdirir ki, bu qanunsuzluqdur. Bu tikintinin altında qalan qaz borusunda hər an qəza baş verə bilər ki, nəticədə yaxınlıqda yaşayan insanların həyat və sağlamlıqlarına ciddi ziyan dəyə bilər. Həmçinin həmin bina 59 ailənin istifadə etdiyi su arxının üzərində inşa edilir. Gələcəkdə şadlıq evi kimi istifadə ediləcək həmin tikinti evlərə bitişik inşa edilir. Bütün hallarda həmin ərazidən bina inşa etdirilməsi ciddi qanun pozuntusudur. Hər vaxt baş verə biləcək fövqəladə hadisəyə görə məsuliyyət bir başa bu binanın tikintisinə razılıq verən vəzifəli şəxslərin üzərinə düşəcək. Olsun ki, bu binanın qaz borusunun və su arxının üzərində inşa edilməsindən aidiyyatı qrumların xəbəri yoxdur.
"Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarına zidd olan bu tikintiyə icazə verən vəzifəli şəxslərin əməllərində cinayət tərkibi var.
 
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Nazir cənab Novruz Məmmədovdan , Ekologiya və Təbi Sərvətlər Naziri cənab Muxtar Babayevdən, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovsan xahiş edirik 59 ailənin evinin yerləşdiyi Cəyirli kəndində yerləşən yaşayış. massivindəki böyük qaz borusunun və su arxının üzərində inşa edilən binanın tikintisinin dayandırılmasına tapşırıq verib qanuna müvafiq təcili ciddi tədbirlər görəsiniz".

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam