Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Baba Rzayevin idarə rəisi rüşvətdə ittiham olunur: “200 manat ver, işıq verim”

 

 

Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin rəisi psixi xəstədir?

 

Xeberinfo.com: Redaksiyamızın elektron poştuna Cəlilabad rayonu Gülməmmədli kənd sakini Səfərov Qürbət Məhərrəm oğlunun şikayət məktubu daxil olub. Müəllif müraciətində Cəlilabad rayon elektrik paylayıcı şəbəkəsinin rəhbəri Aydın Məmmədov tərəfindən təhqir və təzyiqə məruz qaldığını, eləcə də şəxsən özündən 200 manat rüşvət tələb edildiyini qeyd edir. Biz bu ittihamlarla bağlı Aydın Məmmədovun da mövqeyini öyrənmək istədik. “Cavab”ı qısa oldu: “Nə yazıblar göndərin prokurorluğa”(?)

Müəyyən dairələr üçün maraqlı olacağını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.      

“Yazıb sizə bildirirəm ki, 26 apreldə gecə saat 22.00-da Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov şəxsən özü işçiləri ilə qapıma soxularaq məni təhqir etdi. Yalandan dedi ki, guya mən kənar xətdən enerji götürürəm. Birbaşa dedi ki, stolba almağa 200 manat ver, sənin evinin elektrik enerjesi ilə bərpasını təmin edək. Razılaşmadım, o elə həyat yoldaşımın yanında mənə təhqiramiz sözlər dedi. Əsəbdən səhərə kimi yatmadım, dərmanlar qəbul etdim. Səhəri gün Cəlilabad rayon EPŞ binasına gəlib müdir Aydın Məmmədovun qəbulunda oldum. Elə içəri girən kimi yenə mənə dedi ki, 200 manatı gətirmisən? Mən etiraz etdim, bu zaman yenə mənə pis söyüşlər söydü. Hətta külqabını götürüb dedi ki, bunu sənin başına vuraram. Bu adam psixi xəstədir, tanıyanlar bilir ki, vəzifə onu yeri deyil. Mən yaşlı adamam, ali təhsilli müəlliməm, şairəm, bu vaxta kimi belə münasibət heç yerdə görməmişəm. Qəbulunda olan insanlarla kobud danışır, gecə vaxtı yanında heç bir dövlət nümayəndəsi olmadan camaatın qapısına, həyət-bacasına soxulub xırda borc üstündə əhalinin işığını kəsir. Mən özüm ağdamlıyam, bir tərəfdən Qarabağ dərdi ürəyimi xəstəliyə salıb, bir tərəfdən də Aydın Məmmədov kimi məmurların əməlləri axırıma çıxıb. Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsi rəhbərinin əməllərinə hüquqi qiymət verəsiniz”.

 

Qürbət Səfərov 

 

Aydın Məmmədov 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam