Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qərib Məmmədovun adamının adı 100 min manatlıq qalmaqalda

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev rayon sakininin torpağını sataraq pulunu mənimsəyib

Göyçay rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfü oğlu tərəfindən elektron poçta şikayət məktubu daxil olub.
"Xeberinfo.com":  Məlumata görə, Müəllif bildirir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon  şöbəsinin müdiri Nofəl Fərzəliyev və Göyçay Rayon İcra Qrupu qəsdən hüquqlarını pozmaqla ailə üzvlərinə külli miqdarda ziyan vurublar:
“Belə ki, Göyçay Rayon Aqrar İslahatlar Komissiyasaının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 ha torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz olaraq satmış, uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edimiş və özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə Qərar çıxartmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanunu qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq Göyçay rayon İcra Qrupu məhkəmə qərarını  qanunsuz olaraq icra etmir. Çünki Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev məhkəmə qərarının icrasına icazə vermir ki, bu özbaşınalıqdır. Bu adam o qədər harınlayıb ki, dövlət adından əhaliyə verilmiş pay torpaq sahələrini qanunsuz olaraq başqa-baçqa şəxslərə satmışdır”.
Rahim Feyzullayev bildirir ki, Nofəl Fərzəliyevin belə qanunsuz əməllərindən çoxlu sayda rayon sakinləri əziyyət çəkirlər: “Belə mübahisəli işlər məhkəmələrdə yüzlərlədir. Hətda torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, "mən torpağı qaytarmayacam, çünki Nofəl Fərzəliyevə 100.000 manat pul verib bu torpağı almışam". Bütün bunlara baxmayaraq onun barəsində qanunu tədbir görülmür ki, nəticədə də azğınlaşmışdır. Uzun illərdi torpağımızın zəbt olunmasına görə əkib-becərə bilmədiyimizdən bizə küllü miqdarda ziyanlar dəymişdir. Buna görə yoxsulluq həddində yaşayırıq. Sevindik ki, məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq buna baxmayaraq məhkəmə qərarını Göyçay Rayon İcra Qurupu icra etmir, daha doğrusu icra edə bilmir. Biz bu qanunsuzluq barədə Ədliyyə Naziri cənab Fikrət Məmmədova şikayət göndərmişik. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident Sizin dünən imzaladığınız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsinə dair fərmanınıza ailəmiz çox sevindi, yüzlərlə kasıbın haqqını yeyən Nofəl Fərzəliyevin bütün fəaliyyəti obyektiv yoxlanılmalıdır. Məhkəmə qərarını qanunsuz olaraq icra etməyən Göyçay Rayon İcra Qrupu və Göyçay rayon sakinlərinin torpaqlarını saxtakarlıqla satıb mənimsəmiş Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində ciddi tədbirlər görməyinizi Sizdən xahiş edirəm”. (muxalifet.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam