Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Göyçay sakini “qan ağlayır”:baş həkimin əlindən

 

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna [email protected] emaildən Göyçay rayonu Bığır kənd sakini Seyidov Ağasəf Babaş oğlunun müraciəti daxil olub. Ağasəf Seyidov müraciətində Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun yarıtmaz fəaliyyətindən və bu səbəbdən də həyat yoldaşının vaxtsız vəfatından bəhs edir. Təəssüf ki, yazıda yer alan ittihamlarla bağlı hörmətli baş həkimi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

"Mənim sağlam həyat yoldaşım Seyidova Mehriban Sabir qızı səriştəsiz və savadsız həkimlərin səhv müalicəsi nəticəsində bu gün 07 fevral 2018-ci il tarixdə  təxminən 22-00 radələrində vəfat etdi. Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində insanlar adi yüngül xəstəliyə görə səhv müalicə ilə məhv edilirlər. Xəstəxanada olan qiymətli təzə müayinə aparatları Elçin Bilalov tərəfindən özünə məxsus "Bioloji Təbabət"  kilinikasına aparılıb orada pullu xidmətə verilib. Hansı ki, həmin aparatlar Səhiyyə Nazirliyi tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına verilib. Elçin Bilalov Göyçay rayon mərkəzi xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən əvvəl Göyçay şəhərində yerləşən özünə məxsus "Bialoji Təbabət" xəstəxanasında alver edirdi, indi isə burada davam etdirir.

Həyat yoldaşım Seyidova  Mehriban Sabir qızı adi öskürəyə görə 20 gün öncə Göyçay rayon mərkəzi xəstəxanasınınm həkiminə müraciət etdi və müalicə kursu keçməyə başladı. Onun səhhəti iki gün öncə həkimin səhv müalicəsi nəticəsində ağırlaşdı deyə, Göyçay rayon Mərkəzi Xəstəxanasının reniamasiya şöbəsində sünü nəfəs aparatına qoşuldu. Həyat yoldaşımın xüsusi ambulansla Bakı şəhərinə xəstəxanaya çatdırılmasına zərurət olsa da təmin edilmədi. Gözləyirdilər ki, həyat yoldaşım dünyasın dəyişsin. Bu dözülməz alçaqlığı baş həkim Elçin Bilalov yaradıb. Həyat yoldaşımın ürəyi exo müayinə edilməli idi. Ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan exo müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus "Bialoji Təbabət" klinikasına aparıb orada pullu xidmətə vermişdir. Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb barəsində ciddi tədbirlər görülməsinə zərurət var. Regionda həmişə nümunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır. Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları çoxalıb. Növbəti həkim səhvinin qurbanı isə mənim həyat yoldaşım Seyidova Mehriban Sabir qızı oldu ki, bunun məsuliyyəti birbaşa yaramaz baş həkim Elçin Bilalovun üzərinə düşür. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm ki, adi yüngül xəstəliklə insanları məhv edən Göyçay rayon mərkəzi xəstəxanasının yarıtmaz  baş həkimi Elçin Bilalovun barəsində ciddi tədbirlər görəsiniz. Mənim həyat yoldaşım Mehriban Seyidovanı adi öskürəyə görə səhv müalicə edib öldürən məhz baş həkim Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsidir”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam