Yenixeber.org: Torpaqları düşmən tərəfindən işğal olunan Azərbaycanın generalları, polkovnikləri bir deyil, beş deyil… Bu general və polkovniklərin böyük bir ordusu da gömrükdə cəmləşib.
► Karqoya “Stop” qoyan bürokrat
Dövlət Gömrük Komitəsinin müxtəlif şöbələrində, strukturlarında generallar, polkovniklər vəzifə daşıyırlar.
Zaman-zaman onların bioqrafiyaları, gömrükdəki fəaliyyəti de-şifrə olunub, bürokratiyanın, inhisarçılığın əsas fiqurlarından biri olduqları dosye şəklində təqdim edilib.
DGK-də bürokratiyanın və monopoliyanın baş “dirijor”larından biri də Gömrük Risklərinin Təhlili və Audit İdarəsi rəisi, gömrük polkovniki Faiq Seyidovdur. Gömrük polkovnikinin adı Azərbaycan KİV-nə az tanışdır.
Faiq SeyidovAmma bu “sehirli” gömrük məmurunun adı Çindən “Sədərək” ticarət mərkəzinə karqo daşıyan sahibkarlara “Stop” qoymaqda keçir.
Bir neçə gün əvvəl bir qrup sahibkar F.Seyidovun prezidentin göstərişlərinə zidd addım ataraq onların mallarını buraxmadıqlarını bildiriblər.
Onların sözlərinə görə, gömrük polkovniki 1 dollar dəyərində olan Çin malları üçün brend markalı məhsulların dəyərində rüsum ödənilməsini tələb edib. Bu isə qeyri-rəsmi tələbdir və rüşvət kimi qiymətləndirilib.
Azərbaycanda fəaliyyət göstərən bütün karqolarda vətəndaşlara məxsus mallara “STOP” əmri verən F.Seyidov seçki ərəfəsində böyük narazılıq yaradıb.
► İnvois əməliyyatının sirri
Elektron KİV-də də gedən yazılara görə, Çindən gələn yük Bəndrabasda TIR-lara doldurulur. Yükləri ölkəmizə İran vətəndaşı olan sürücülər gətirməkdədir. Proses bununla bitmir.
Azərbaycana daxil olduqdan sonra karqolarda yükün saxlanılması, yükün məhz TIR-larda olması əlavə xərclər sırasına daxil olur.
Azərbaycan karqolarında günlərdir gözləməsi hər gün azərbaycanlı iş adamlarının yüzminlərlə pul itirməsinə səbəb olur.
Bu prosesin illərdir davam etməsi və yüksək dəyərlərin nəzərə alınmaması sahibkar və iş adamlarını Azərbaycana qoyduqları sərmayənin çıxarmasına aparır.
F.Seyidov da invois sənədlərlə razılaşmır və sahibkarları incidir. Məsələn, invois dəyəri 15 min olan yükə 45 min tələb irəli sürülür.
Ona görə də brend mağazalarda 50 azn dəyərində bir neçə corab, 500-800 azn dəyəri olan ayaqqabılar geyinən şəxslər bu gün rüşvətin və büyük narazılığın toxumunu əkməkdədirlər.
► Qırmızı diplomlu polkovnikin – Dosyesi
F.Seyidov təkcə bürokatik fəaliyyəti ilə diqqət çəkmir. Onun bioqrafiyasına nəzər yetirdikdə ortaya heyrətamiz faktlar çıxır.
1964-ci il təvəllüdlü gömrük polkovniki 1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat-uçotu fakültəsini bitirib. Amma təhsil karyerası bununla yekunlaşmır.
Sən demə, gömrük məmuru 2013-cu ildən Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquqşünaslıq fakültəsini Qırmızı diplomla bitiribmiş.Yunis/AzEuroNews.com/