Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Gömrük generalları kimləri dinləyiblər?-İDDİA

Yenixeber.org: Mediada gömrük generalları barədə bir çox tənqidi yazılara rast gəlmək olur. Ancaq ən maraqlısı odur ki, neçə illər ərzində mətbuatda gedən yazılara baxmayaraq onlar barəsində tədbir görülmürdü.

Məlumata görə bu yaxınlarda hüquq mühafizə orqanları DGK-nin bir neçə generalı ilə bağlı əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı Gömrük İdarəsinin müavinlərindən biri barəsində həbs qətimkan tədbiri seçilib. Ancaq bizə də maraqlıdır ki, görəsən, gömrük generalları barədə keçirilən tədbirin mahiyyəti nədən ibarətdir?

Redaksiyamıza daxil olan məlumata görə bir neçə gömrük generalı və Bakı Baş Gömrük İdarəsinin rəis müavinlərindən biri xüsusi qurğu vasitəsi ilə mötəbər şəxslərin telefon danışıqlarını dinləyiblər.

Bu məsələdən agah olan həmin mötəbər şəxslər isə hüquq mühafizə orqanlarına tapşırıq veriblər ki, generallar nəzarətə götürülsün. Və generalların dinləmələrinin sonu, bir qrup şəxsin gömrükçülərlə əlbir olub ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretə qarşı tədbir ilə başlayaraq, hüquq mühafizə orqanlarının onlar barəsində görülən tədbirlə yekunlaşıb.

Məlum olub ki, mötəbər şəxslərin telefon danışıqlarını, adı bizə məlum olan MM-in deputatının sahibi olduğu “təhlükəsizlik xidməti” şirkətində quraşdırılan xüsusi avadanlıqdan dinləyiblər. Həmin deputatın qardaşının da Gömrük Komitəsinin generalı olması bildirilir.

Redaksiyaya daxil olan məlumata görə generalların yığışdığı əsas yer Xətai rayonu ərazisində yerləşən “Həyat çay evi” olub.

Mənbənin verdiyi məlumata görə “Həyat çay evi”ndə də xüsusi avadanlıq quraşdırılıb. Çay evinin kabinetlərində quraşdırılan dinləmə aparatları vasitəsilə çay evinə gələn müştərilərin danışıqları generallar tərəfindən dinlənilib.

Verilən məlumata görə generallar və deputat barəsində həbs qətimkan tədbiri seçilməsə də istintaq zamanı onların ölkədən çıxışına qadağa qoyulub.365info.az 

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam