Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvanda gözlənilməz kadr dəyişikliyi:Gömrük rəisi işdən çıxarıldı

 

 

 

Sədərək Gömrük Məntəqəsinin məşhur rəisi Mirməhəmməd Seyidov 3 gün əvvəl vəzifəsindən azad olunub.

 

Yenixeber.org:   Bu barədə “AzPolitika.info”ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub. M.Seyidovun və daha bir neçə vəzifəli şəxsin vəzifəsindən azad olunmasının səbəbi məlum deyil. Məlumata görə, artıq Sədərək Gömrük Məntəqəsinə yeni rəis də təyin olunub.

M.Seyidov Azərbaycan cəmiyyətinə 2013-cü ilin dekabrında Türkiyədə qalmaqallı həbsi ilə tanışdır. Belə ki, həmin il dekabrın 17-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan Sədərək gömrüyünün rəisi, gömrük xidməti polkovniki Mirməhəmməd Seyidov bir neçə aylıq həbsdən sonra – 04 iyul 2014-cü ildə azadlığa çıxmış və nə qədər qəribə də olsa, bu həbsdən sonra işinin başına qayıtmışdı.

4 il əvvəl belə böyük qalmaqaldan vəzifəsini qorumaqla çıxan M.Seyidovun indi vəzifəsindən azad olunması maraq doğurur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam