İlham Əliyev: "Bu gün biznesə maneə olmaq istəyən məmurlar Azərbaycana xəyanət etmiş sayılır"
Dövlət Gömrük Komitəsində sahibkarlara qoyulan “stavka” lar seçki öncəsi qarışıqlıq yaratmağa hesablanıb...?!
Yenixeber.org: Bu sualla bizə müraciət edən sahibkarlar cavab axtarır. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev cənablarına bu sualı ünvanlamaq istəyirik. İllərdir Azərbaycan xalqının rahatlığı üçün gecəsini gündüzünə qataraq xitmətindən bir gün olsun öz mənafeyini düşünməyən, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sahibkarların incidilməməsi və onlara şərait yaradılması üçün tövsiyələrin və tapşırıqların vermişdir. Bütün verilən göstəriş və tapşırıqlar DGK tərəfindən yalnız kobudluqla həyata keçirilib. Bunu deməyə əsaslı səbəblər mövcudur. Sosial şəbəkələrdə yayılan gizli çəkilişlər, gömrük idarələrində xalqa edilən əziyyətlər açıq-aydın görünməkdədir. İlk öncə onu qeyd edək ki, bütün bunlardan xəbərinizin olmaması mümkün olmayan hal hesab edilə bilər. Faiq Seyidovun sizdən xəbərsiz sahibkarlardan yüksək məbləğdə ödəniş tələb etməsi kimi həmçinin də qəbuledilməz amildir. Əgər bu nüansların məhz tərəfinizdən verilməyən icraat olduğunu ifadə edəcəksinizsə o zaman həqiqətəndə siz artıq postunuzda olmadığınızı qəbul etmiş olacaqsınız. Bu gün AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN GÖMRÜK RİSKLƏRİNİN TƏHLİLİ VƏ AUDİT İDARƏSİNİN RƏİSİ, GÖMRÜK XİDMƏTİ POLKOVNİKİ Faiq Seyidovun sizdən xəbərsiz İNVOİS dəyəri 15 min olan yükə 45 min tələbinin qanunsuz olduğunu qəbul edirsinizsə nədən komitə qeyd edilənlərə susmaqla münasibət bildirir. El adətinə görə susmaq razılıq əlamətidir – sizdəmi F.Seyidovun sahibkarlardan qanunsuz pul tələb etdiyini düşünürsünüz cənab A.Əliyev...?
Bakunews.az: Cənab Aydın Əliyev rəhbər kimi susmağınız artıq ölkədə stabil vəziyyətin kəskin şəkildə dəyişməsinə gətirib çıxarmaqdadır. Seçki öncəsi İranlı həmşəriləri ilə əlbir olan F.Seyidov Çindən gələn yük Bəndrabasda TIRLARA doldurulur. Yükləri ölkəmizə İran vətəndaşı olan sürücülər gətirməkdədir. Prosses bununla bitmir Azərbaycana daxil olduqdan sonra karqolarda yükün saxlanılması, yükün məhz tırlarda olaması əlavə xərclər sırasına daxil olur. Azərbaycan kargolarında günlərdir gözləməsi hər gün azərbaycanlı işadamlarının yüzminlərlə pul itirməsinə səbəb olur. Bu prossesin illərdir davam etməsi və yüksək dəyərlərin nəzərə alınmaması sahibkar və iş adamlarını Azərbaycana qoyduqları sərmayənin çıxarmasına aparır. Bu gün Azərbaycanda sahibkarlara dəstək əvəzinə DGK-da soyğunçuluq prinsipləri işləməkdədir. DGK əməkdaşlarının yaşam tərzinə nəzər saldıqda söhbətin nədən getdiyi açıq-aydın görünməkdədir. Məhz DGK işə düzələn 6 aydan sonra 20-30 minlik avtomobil və bahalı mənzil sahibi olan şəxsləri saymaqla bitməz. DGK-nın xaricdən gələn İNVOİS sənədləri ilə razılaşmaması sanki sahibkarın yerinə sizin əməkdaşlarınız pul verib məhsul alıbmış kimi təsəvür formalaşdırır və sahibkar yalançı DGK əməkdaşı haqlı hesab edilərək İNVOİSun DGK ilə əlbir olan şirkətlər tərəfindən suni şəkildə dəyişdirilməkdədir. Çin mallarına brend mal olaraq qiymət qoyulmasıda məhz Faiq bəy kimi əməkdaşlarınızın yüksək brend mağazalardan aldıqları məhsulla çin mallına fərq qoymamasına gətirib çıxarır. Faiq Seyidovun BREND mallara düşkünlüyü hansı pulların sayəsindədir. Aldıqları məvacibə nəzər saldıqda bir girdikləri brend mağazadan aylarla xərclikləri olmaması müşahidə edilməli olduğu halda cənab Seyidov kimilər hər həftə Brend mağazalarda 50 azn dəyərində bir neçə corab, 500-800 azn dəyəri olan ayaqqabılar geyinən şəxslər bu gün rüşvətin və büyük narazılığın toxumunu əkməkdədirlər. İnankı seçki sonrası bu tip iş fəaliyyəti ilə məşğul olan şəxslərin 2000 azn dəyərində olan kastyumları, 100 min dəyərindəki avtomobil və evləri onların imdadına çatmayacaq. Ulu Öndərin gözəl bir sözü ilə desək Şah qanun yox qanun şahdır. Cənab Aydın Əliyev siz haçansa əməkdaşlarınızın gündəlik xərclərinin hansı həddə olduğuna nəzər salmısınızmı...? Onların hər gün işdən çıxarkən məhz günlük qazanclarının 2000 dollar civarında olmasına nəzər salsanız hansı sahibkarın qanını içdiklərini araşdırmaq istəyəcəksiniz. Buna inanınki öz iradənizlə bunun araşdırılması əmrin verəcəksiniz!!!
P.S. Cənab Aydın Əliyev əgər yadınızda deyilsə, bir daha sizin diqqətinizə çatıraq ki, Prezident İlham Əliyev sahibkarlara maneələr yaradan məmur Azərbaycana xəyanət etmiş hesab edilir. Prezidentin iradəsinə qarşı çıxan DGK əməkdaşları hansı qüvvələrin sifarişlərini icra etməkdə olduqlarını araşdırmaq isə sizlərin vəzifə borcu olduğunu hesab edirik...