Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-“Broker Əbülfəz”in missiyası…

 

Rza Vəziri, Kəmaləddin Heydərov, Əbülfəz Məlikov və … Siqaret ticarətindən “monopoliya naziri”nə gedən yol

Yenixeber.org: Ölkə mediasının “monopoliya naziri” kimi xarakterizə etdiyi, ictimai rəydə bahalaşmanın əsas səbəbkarlarından biri kimi tanınan Əbülfəz Məlikov “mətbuat ulduzu”na çevrilməkdədir. Bu şəxsin heç bir rəsmi vəzifə tutmadan iqtisadiyyat üzərində bunca nüfuz sahibi olması saysız suallar doğurur. Onun müxtəlif adlar altında yaratdığı şirkətlər son zamanlara kimi idxal-ixrac üzərində tam nəzarətə malik olub. Neftin qiymətinin kəskin ucuzlaşması hökuməti idxal və ixrac üzərində monopoliyanı əhəmiyyətli şəkildə azaltmaq məcburiyyətində qoydu. Ancaq bu heç də o demək deyil monopoliya buzu əriyib, buxarlandı. Təəssüf ki, hələ də ölkə insanı monopoliyanın acısını dadmaq məcburiyyətindədir.

Biz yenixeber.org-da yer alan“Broker Əbülfəz”dən yeni xəbər var: “Meyvəli-A” MMC, “HORSE HUSBANDRY” MMC-i, “RB Motive” MMC-i…sərlövhəli yazımızda bu problem və onu doğuran səbəblərə toxunmuşduq. Problemin məlum əhəmiyyətini nəzərə alıb, mövzunu davam etdirəcəyimizə də söz vermişdik. Budur, “monopoliya naziri” və onun oğlunun fəaliyyəti ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır.

                               İranlı iş adamı ilə tanışlıq və…

Məlumata görə, Əbülfəz Məlikov ötən əsrin 90-cı illərin əvvəlində Bakıda siqaret ticarəti ilə məşğul olub. Elə bu sahədəki uğurları ilə də iranlı iş adamı Rza Vəzirinin diqqətini çəkdiyi iddia olunur. Qeyd edək ki, bu Rza Vəziri “Anglo-Asian Mining” şirkətinin baş icraçı direktoru, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti kimi bir neçə il əvvəl qızılın qiymətinin artacağı ilə bağlı şirin vədlər verirdi. Bu şəxs bir neçə il əvvəl Azərbaycan cəmiyyətini inandırırdı ki, dünya bazarlarında dolların mövqeyi zəifləyəcək və qızıla tələbat artacaq. Amma,… indi bizlər bu “uzaqgörənliy”in əksini müşahidə etməkdəyik. Dollar bahalaşdı, qızıl isə əksinə. Rza Vəziri bir zamanlar qızılın bir unsiyasının 2000 dolları keçəcəyini əminliklə bildirirdi, indi isə qızılın bir unsiyaysı təxminən 1250 dollardır. Belə mənasız, hansısa məqsədlərə hesablanmış, çaşdırıcı təbliğatdan sonra, bu günkü reallıqlar qarşılığında Azərbaycan cəmiyyətinə bir açıqlama belə vermək istəmirlər. Nə isə,…

İddialara görə, Rza Vəziri ilə tanışlıq Əbülfəz Məlkovun hakimiyyətdəki bir çox nüfuzlu məmurlarla, eləcə də ozamankı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovla işgüzar münasibətlər qurmasına da səbəb olub. 90-cı illərin ortalarında ölkə iqtisadiyyatında başlanan inhisarçlığın məhz bu üç şəxsin ortaq iş birliyinin nəzticəsi olduğuna şübhə edənlər barmaqla sayıla biləcək qədər azdır. Yenixeber.org-a daxil olan məlumatlara  görə, idxal-ixracda monopoliya yaradılması Rza Vəzirinin ideyası olub. Monopoliyanın bərqarar olub, işlək mexanizmə çevrilməsini isə Kəmaləddin Heydərov təmin edib. Prosesin icrasına məsul şəxs isə Əbülfəz Məlikov olub.

İndi isə bu prosesə Əbülfəz Məlkovun oğlu Murad Məlikovun da qoşulması haqqında məlumatlar dolanır. Murad Məlikovla bərabər “RB Motive” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də adı çəkilir. Qeyd edək ki, “RB Motive” MMC-i 2009-cı  ilin aprelində, Məlikov Murad Əbülfəz oğlu, Cəbrayılov Elşən Hamil oğlu və  Fərəcov Fuad Telman oğlu tərəfindən təsis edilib. İlk vaxtlar MMC-yə təsisçilərdən biri olan Elşən Cəbrayılov rəhbərlik edib. Hazırda isə “RB Motive”  Amil İsmayılov adlı şəxsin rəhbərliyi ilə idarə olunur. Elşən Cəbrayılovun isə hal-hazırda başqa bir ASC-nin rəhbər şəxslərindən biri olduğu və “RB Motive” MMC-nin əməliyyatlarına dəstək verdiyi iddia olunur…

“RB Motive” MMC, “Meyvəli-A” MMC və “HORSE HUSBANDRY” MMC-inin Əbülfəz Məlikovun kurasiyasında olması və həyata keçirilən əməliyyatlarla bağlı məlumatları dəqiqləşdirməyə çalışırıq. Ata-oğul Məlikovların  Türkiyə və Gürcüstana uzanan biznes fəaliyyətlərinə də aydınlıq gətirməyə çalışacağıq.

Təəssüf ki, redaksiyamızda olan məlumatlarla bağlı adları çəkilən şəxsləri dinləmək istəyimiz həlli mümkünsüz olan problemə çevrilib.

 

Aydın


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam