Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MUZDLULARINI QƏHRƏMANLAŞDIRAN RUSİYA:Yeni nüvə dəyənəkləri Kremlin öz qorxusunu gizlətmək cəhdidir

Nina Xruşşova

“Project Syndicate”

 

Qərb mənbələrinə görə, fevralın 7-8-də Suriya prezidenti Bəşər Əsədin hərbi birləşmələrinə yönəldilmiş hava hücumunda ən azı 300 rusiyalı öldürülüb. Xarici İşlər Nazirliyi Rusiyanın silahlı qüvvələri ilə əlaqəsi olmayan yalnız beş Rusiya vətəndaşının öldürüldüyünü və bir neçə nəfərin yaralandığını iddia edir. Xarici işlər naziri Sergey Lavrov Qərbin bu ölüm halları haqqında hesabatlarını "möhtəkirlik cəhdləri" kimi qınayıb.

Yenixeber.org: İlk baxışdan Rusiyanın cavabı bir az təəccüblüdür. ABŞ-la gərginliyin artdığı bir zamanda bu hücum Kremlin öz rəqibini qınaması üçün gözəl fürsət olub. Bir qayda olaraq, Rusiya belə fürsətləri əldən buraxmır: bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenziya, ABŞ-lı vəzifədaşı Nikki Heyliyə şifahi hücum edib.

Üstəlik, Rusiya döyüşlərdə həlak olan vətəndaşlarını qəhrəman kimi salamlamaq istəyir. ABŞ-ın hava hücumundan bir neçə gün əvvəl həlak olan hərbi pilot Roman Filipov rəşadətinə görə mükafatlandırılıb. “Rusiya 1” telekanalının aparıcısı Andrey Malaxov indi də Suriyada Filipov haqqında sənədli film çəkir.

Lakin ABŞ-ın hava hücumunda öldürülənlər rus əsgərləri deyil, münaqişədə iştirak edən, Kremlin səylərini əks etdirən muzdlulardır. Rusiya Xarici İşlər Nazirliyi Qərb hesabatlarına cavab olaraq bildirib ki, həlak olanlar "öz iradəsi və müxtəlif səbəblərdən" Suriyaya gəlmiş "Rusiya vətəndaşları"dır və "nazirlik onların qərarlarının etibarlılığını və qanuniliyini qiymətləndirmək səlahiyyətinə malik deyil".

Rusiya bu qüvvələrdən 2014-cü ildə Krımın qeyri-qanuni birləşməsi zamanı da istifadə edib. O zaman Kreml bunun işğal deyil, Krımda yaşayan insanların iradəsi olduğunu iddia edib.

Eyni şəkildə, Suriyadakı muzdlular, Kremlə Rusiyanın hərbi iştirakını və müdaxiləsinin əvvəlindən etibarən, bir çox müşahidəçilərin qeyd etdiyi kimi, itkiləri azaltmağa imkan verir. Putin, şübhəsiz, 1979-1989-cu illərdə baş verən, Sovet İttifaqının dağılmasına səbəb olan fəlakətli Əfqanıstan müharibəsinin təkrarlanmasında ittiham olunmaq istəmir.

Buna görə də, Putin Rusiyanın hərbi əməliyyatını yalnız dünyanı İŞİD-dən təmizləmək məqsədi ilə həyata keçirilən məhdud bir cəhd kimi təqdim etməyə böyük diqqət göstərib. Əslində, ötən ilin dekabr ayında, Xmeymimdə Rusiya hava bazasına baş çəkən Putin, əsl məqsədin rəsmi olaraq əldə edildiyini deyərək ordunun çıxarıldığını açıqlayıb. Müdafiə Nazirliyi isə bildirib ki, 35 minə yaxın döyüşçü və 700 təlim düşərgəsinin ləğv edilməsindən sonra vəziyyət "sabitləşdirilib".

Rəsmi olaraq Rusiya yalnız Tartus və Xmeymimdəki daimi hərbi bazalarında məhdud qüvvələr saxlayıb. Bu qüvvələr "Rusiyanın milli maraqlar ilə bağlı missiyaları" həyata keçirəcək. Rus muzdlularını isə, səlahiyyətlilər israrla rus ordusunun əsgərləri adlandırmır.

Amma Suriyaya müdaxilə, o cümlədən muzdluların iştirakı, əsasən, Rusiya milli maraqlarının müdafiəsi kimi qələmə verilir. Ən əsası Əsəd rejiminə dəstək verməklə, Rusiya müttəfiqini devirmək məqsədi ilə baş verən xalq inqilabının müvəffəqiyyətsiz olacağına dair mesaj göndərərək, Yaxın Şərqdə istinad nöqtəsi qazanır.

Rusiyanın yüksək həssaslılıqlı raket və digər silahları nümayiş etdirməsi və sınaqdan keçirməsi bu mesajı möhkəmləndirib. Ötən həftə ABŞ-ın həmləsinə cavab olaraq, Rusiya, beşinci nəsil Su-57 döyüş təyyarəsini Suriyaya göndərib və "gerçək səhnədə test etdirib".

Rusiyanın Suriyaya davamlı iştirakının digər səbəbi, bəzi təxminlərə görə, Orta Asiyadan və Qafqazdan olan 5 min müsəlman döyüşçünün orada və başqa yerlərdə İŞİD tərkibində mübarizə aparmasıdır. Rus torpağına dönən döyüş təcrübəli radikalların perspektivindən Kreml dərindən narahatdır.

Suriyaya müdaxilənin Rusiyanın ərazilərinə hücum ehtimalını artırdığına dair Qərbin dəlili Putini inandırmır. ABŞ milli təhlükəsizlik baxımından Əfqanıstan, İraq və Suriyadakı işğallarını müdafiə edə bilərsə, Rusiya Suriyanı da eyni şəkildə edə bilər.

Şimali Qafqazdakı kiçik İnquşetiya respublikasının prezidenti Yunus-Bek Yevkurov bu yaxınlarda Suriyada keçirilən əməliyyatla, Rusiyanın dünya gücünə çevrildiyini bəyan edib. (Putin bunu etiraf etməyib, ancaq o, qonşu Çeçenistan və Dağıstan kimi, islamçı radikalizm üçün yetərincə münbit sahə olan İnquşetiyanın liderini tərifləyib). O haqlıdır: Misir, İran, Səudiyyə Ərəbistanı və Türkiyə kimi regional aktyorlar bölgənin taleyinin müəyyənləşdirilməsində Rusiyanın söz sahibi olduğunu qəbul etmək məcburiyyətində qalıblar.

Beynəlxalq sanksiyalar Rusiyanın onsuz da bədbin iqtisadi şərtlərini daha da ağırlaşdırdığı bir zamanda, Kreml öz xalqının – və dünyanın – bu gerçəyi tanımasını təmin etməlidir.

Əlbəttə, sayı yüzlərlə ölçülən itkilərə etiraz deyil, onları etiraf etmək əvəzinə, Kreml Suriyadakı mövcudluğunun vacibliyini, İŞİD-lə mübarizədə qalib mövqeyini və müttəfiqlərini müdafiə etmək qabiliyyətini vurğulamalıdır.

18 mart prezident seçkisinin nəticəsi – Putin və tənəzzül olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam