Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya ABŞ-ın 60 diplomatını ərazisindən çıxarır

 

 

ABŞ diplomatları aprelin 5-dək Rusiyanı tərk etməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kremlin "Skripal işi"nə görə Qərbə cavab tədbirləri eyni olacaq.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, XİN rəhbəri Kremlin 60 rus diplomatının ABŞ-dan çıxarılmasına analoji cavab veriləcəyini deyib.

"İnterfax"ın məlumatına görə, Rusiya da öz növbəsində 60 amerikalı diplomatı ərazisindən çıxaracaq. "RT" isə bildirib ki, ölkədən çıxarılacaq ABŞ diplomatlarının sayı 58 nəfərdir. Onlar ölkəni aprelin 5-dək tərk etməlidirlər.

Bununla yanaşı, ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu da bağlayacaq.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş polkovniki Sergey Skripal və qızı martın 4-də Britaniyanın Soslberi şəhərində zəhərləniblər. London bildirib ki, onun zəhərlənməsində Rusiyanın əli var. Rəsmi Moskva bu ittihamı qəti şəkildə rədd edir.

Britaniyadan sonra Avropa İttifaqı ölkələri, həmçinin ABŞ, Kanada, Norveç, Ukrayna və və digər ölkələr hadisə ilə əlaqadar rus diplomatlarını öz ərazilərindən çıxarıblar. Xüsusən ABŞ 48 rus diplomatını və Rusiyanın BMT yanındakı missiyasının 12 əməkdaşını ərazisindən çıxardığını bildirib. Ağ Ev həmçinin Rusiyanın Sietldəki Baş Konsulluğunu da bağlayıb.

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi rus diplomatlarının ABŞ-dan qovulmasına adekvat cavab veriləcəyini bildirmişdi.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam