Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda tikintiyə zootexniklər nəzarət edəcəklər?-Paytaxtı gözləyən xaos

 

 

 

 

Fevralın 18-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  sədri Abbas Ələsgərov dünyasını dəyişib, fevralın 19-da Nazirlər Kabineti bu komitədən tikinti şirkətlərinin tikinti üçün mütləq icazə alması təcrübəsinin ləğvi haqqında qərar qəbul edib.

Yenixeber.org: Bu iki hadisə arasında bağlılığın mövcud olması barədə məlumat yoxdur, amma fevralın 19-na qədər paytaxtda  tikinti Komitə layihə sənədlərini yoxladıqdan və tikililərin sıxlığı, yaşıllaşdırma, kommunikasiyalar, sosial obyektlər və s. ilə bağlı tələblərə riayət olunduğunu təsdiq etdikdən sonra başlaya bilərdi. Nazirlər Kabinetinin qərarında deyilir ki, bu normalara riayət olunub-olunmadığına rayon icra hakimiyyəti nəzarət edəcək.

Fevralın 26-da telekanallardan biri tikinti şirkətlərinin rəhbərlərinin Nazirlər Kabinetinin qərarından məmnunluq ifadə etdikləri süjet nümayiş etdirib. Bu qərarın qəbulu ilə onlar işlərini sürətləndirəcəklər, belə ki, layihələri Dövlət Komitəsi ilə razılaşdırmayacaqlar. Müsahibə verənlərdən biri deyirdi ki, o, iki ay köçürülmüş sakinlərə kirayə pulu ödəyir, baxmayaraq ki, yeni binanın tikintisi getmir, çünki Dövlət Komitəsinin icazəsini gözləyirlər.

Memarlar İttifaqı Nazirlər Kabinetinin qərarına qarşı çıxır. İttifaqın sədri Elbəy Qasımzadə Turan-a müsahibəsində bədii surətdə hökumətin Dövlət Komitəsini sədri ilə birlikdə dəfn etdiyini deyib. A.Ələsgərovun dəfn edildiyi gün Nazirlər Kabineti faktiki olaraq Dövlət Komitəsini də dəfn edib, bu qərara başqa ad vermək olmaz, - deyə E.Qasımzadə qeyd edib.

Hökumət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əhəmiyyətini başa düşmür, bu quruma köməkçi təsərrüfat qurumu kimi yanaşır, baxmayaraq ki, Komitə şəhərsalmada əsas rolu oynamalıdır, deyə o əlavə edib.

E.Qasımzadə tikilən yaşayış evlərinin maraqsız görünüşünə diqqət çəkib, bunu lövhələrdə əks olunmuş layihələrdən də görmək olar. "Ölkə prezidenti vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çirkin "Xruşovkaları" sökmək üçün "Pilot layihə" haqqında fərman imzalayıb. Amma Bakının mikrorayonlarında ömrü bitmiş binalar var, əvəzində isə "Pilot layihə" həyata keçirilməsi nəzərdə tutulmayan şəhərin mərkəzində tarixi binalar sökülür".

Nazirlər Kabinetinin qərarında əvvəllər Dövlət Komitəsinin nəzarət etdiyi normalara riayət olunması yerli icra hakimiyyətlərinin üzərinə qoyulub. E.Qasımzadə bu bəndə etiraz edir və bildirir ki, rayon icra qurumlarında ixtisaslaşmış memarlar çox azdır, bəzi icra hakimiyyətlərində isə bu vəzifələri tamamilə başqa peşələrin mütəxəssisləri - iqtisadçılar tutur, hətta zootexnik belə var.

Onlar Dövlət Komitəsinin onlarla mütəxəsisdən ibarət aparatının yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilməzlər. "Yerli hakimiyyət orqanlarında işləyənlər bütün şəhərsalma normalarına riayət edilməsinə nəzarət etmək iqtidarında deyillər. Dövlət Komitəsi ən azı gələcək binanın eskizinə icazə verməlidir, əks halda Bakının görünüşü korlanacaq. Rayon hakimiyyəti tikinti normalarına hazırda şəhər gigiyenası qaydalarına riayət etdikləri kimi riayət edəcəklər. İndi onlar evləri daha tez tikəcəklər və köhnə yaşayış binalarının sakinlərini daha uğurla bayıra atacaqlar", deyə Memarlar İttifaqının sədri qeyd edib.

Əslində fevralın 19-na qədər də  tikinti şirkətləri rayon hakimiyyət orqanları ilə birlikdə binaları, bəzən içində yaşayan insanlarla birlikdə sökürdülər.

Elbəy Qasımzadə isə bununla bağlı deyir ki, mərhum Abbas Ələsgərov son üç həftədir ağır xəstə idi, bu müddət ərzində onun enerjili müavinləri bir neçə şirkətin layihələrini tamamlanması üçün qaytardılar.

“Deməli, Dövlət Komitəsi yenə də qaydaların pozulmasına mane olurdu. Məndə olan məlumata görə, tikinti şirkətləri arasında DŞAK-ın nəzarət öhdəliklərindən narazılıq çox yüksək idi, onlar hökumətin onlar üçün sərfəli olan qərar verməsinə nail oldular. Yerli hakimiyyətin üstünə qoyulmuş nəzarət funksiyaları isə məşhur "toydan sonra nağara" atalar sözünü yada salır - yəni indi binalar tikinti şirkətlərinə necə rahatdırsa, elə tikiləcək. Dövlət Komitəsi tikinti normalarına qorxulu etinasızlığı görüb etiraz etsə də, bu, "toydan sonra nağara" olacaq - tikinti şirkətləri artıq vəsait qoyduqlarını, binanı dəyişdirməyin gec olduğunu deyəcəklər, hakimiyyət isə Dövlət Komitəsinə təzyiq göstərərək, onun susmasını tələb edəcək", deyə E.Qasımzadə izah edib.

O, hökumətə memarlara məlum olan həqiqəti xatırladıb ki, şəhərsalma qaydalarının pozulması böyük sosial sarsıntılara gətirib çıxarır.

"Arxitektura yunan dilində "baş inşaatçı" deməkdir. DŞAK-dan tikinti normalarına riayət olunmasına nəzarət hüququnu almaqla Nazirlər Kabineti Bakını qorxulu sosial nəticələrə məhkum edir, belə ki, şəhərsalmada səhvlər kataklizmlərə aparıb çıxarır", deyə E.Qasımzadə bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə deyiblər ki, Nazirlər Kabinetinin qərarını şərh etməyəcəklər. Çünki rəhbərlik belə qərar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam