Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ÇİN LİDERİNİN İQTİDAR MÜCADİLƏSİ…-Si Tszinpin üçüncü müddət üçün yolunu necə açır?

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi dünənki iclasında Konstitusiyaya dəyişikliyi növbəti dəfə müzakirəyə çıxarıb. Hakim partiya Konstitusiyadan "Ölkə rəhbəri (partiyanın sədri və müavini) dalbadal iki dəfədən artıq (hər dəfə 5 il müddətinə) vəzifəsində qala bilməz" ifadəsinin çıxarılmasını təklif edib. 

Yenixeber.org: Təklif Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin fevralın 26-dan 28-dək Pekində keçiriləcək üçüncü plenar iclası, həmçinin Çinin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Qurultayı  ərəfəsində dərc olunub. Qurultayın ölkə Konstitusiyasına dəyişiklik etmək səlahiyyəti var.

Mərkəzi Komitə eyni zamanda təklif edib ki, Konstitusiyaya Si Tszinpinin (Çinin hazırkı rəhbəri) sosializmə dair ideyaları da daxil edilsin. Bu ideyalar ötən ilin oktyabrında Çin Kommunist Partiyasının nizamnaməsinə əlavə edilmişdi. 

Si Tszinpin Çin Xalq Respublikasına (ÇXR) 2013-cü ildən sədrlik edir. Müavini də Li Yuançaodur. Ümumçin Xalq Nümayəndələri Qurultayının martda keçiriləcək iclasında Sinin səlahiyyət müddəti artıralacaq. Sədrin müavini postunu isə Sinin köhnə silahdahı Van Tsişanın tutacağı ehtimal olunur. 69 yaşlı Tsişan həm də korrupsiyaya qarşı mübarizə kampaniyasının lideridir. 

Çin Xalq Respublikasında sədr postu 1954-cü ildə təsis edilib. Bu vəzifə 1975-ci ildə ləğv edilsə də, 1982-ci ildə yenidən bərpa olunub. 

Hazırkı qanunda ÇXR sədrinin səlahiyyətləri məhduddur. Sədr qanunları dərc edə, fövqəladə vəziyyət elan edə, hökumət üzvlərini vəzifədən azad edə, səfirlər təyin edə bilər. Qanuna görə, sədr və müavini dalbadal iki müddətdən artıq postunda qala bilməz.

Çində hakimiyyət əsasən Kommunist Partiyasının baş katibinə məxsusdur. 1993-cü ildən ənənəvi olaraq baş katib və ÇXR sədri postunu eyni adam tutur. Baş katib və Hərbi Şura sədri vəzifəsində müddətlə bağlı məhdudiyyət yoxdur.

Si Tszinpin Siyasi Büronun Daimi Komitəsin 2007-ci ildə daxil olub. Həmin vaxt onun haqqında gələcək lider kimi danışırdılar. 2012-ci ildə o, Kommunist Partiyasının baş katibi seçildi. Sonra da digər iki əsas vəzifənin (ÇXR-in sədri və Mərkəzi Hərbi Şuranın rəhbəri) başına gəldi. 

Oktyabr konqresində Siyasi Büronın tərkibinə gələcək varis ola biləcək heç kim daxil olmadı. Və ekspertlər Si Tszinpinin 2023-cü ildən sonra da hakimiyyətdə qalmasını təmin edəcək variantları müzakirə etməyə başladılar. Bəzi ekspertlərin fikrincə, üç yüksək post müxtəlif adamlar arasında bölüşdürülə bilər. 

"Bloomberg" isə hesab edir ki, ÇXR sədri üçün müddət məhdudiyyətinin aradan qalxması hakimiyyətin bölüşdürülməsinə dair razılığın əldə olunması zərurətini aradan qaldırır. 


Müşahidəçilərə görə, Konstitusiyaya dəyişiklik, şübhəsiz ki, Si Tszinpinin hakimiyyətdə qalması üçün edilir. Kommunist Partiyasının qurultayında varisin təqdim olunmaması Sinin 2023-dən sonra da hakimiyyətdə qala biləcəyinin ilk siqnalı idi. Üstəlik 2017-ci ilin ortalarında Si Tszinpin Çin sisteminin nüvəsi adlandırılmışdı.

Daha bir diqqətçəkən məqam odur ki, son bir neçə ildə Tszinpin ona qarşı gələ bələcək bütün regional elitaları uzaqlaşdırıb. 

64 yaşlı Si hakimiyyətdə qalıb islahatlar aparmaq istəyir. O bilir ki, ikinci müddət bunları həyata keçirməyə bəs etməyəcək. Ona görə də ən sadə yol müddətlə bağlı məhdudiyyəti aradan qaldırmaq idi. Üstəlik artıq bəzi demokratik dövlətlərdə də iki müddətdən artıq hakimiyyətdə qalmaq nümunəsi var. Məsələn, martda Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri postuna təsdiqlənə bilər. 

Okytabr qurultayında Si Tszinpin Çin üçün hədəfləri açıqlamışdı. Hədəflər arasında modernləşdirilmiş sosialist dövlət qurmaq da var. Bu hədəfə çatmaq üçün 2020-ci ilədək ÜDM 2020-ci ilə nisbətdə dörd dəfə artmalıdır.

"Qırmızı kapitalizm" kitabının müəllifi Freyzer Xoui "Bloomberg"ə açıqlamasında Çində gedən siyasi prosesləri dəyərləndirib və hakimiyyətdə uzun müddət qalmağın risk yaratdığını bildirib: "Bir vaxt nəsə düz getməyəndə, yalnız bir adamı günahkar biləcəklər…". (strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam