Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəzərin dibindən Azərbaycana?-ARAŞDIRMA

 

Az qala on illik fasilədən sonra ABŞ diplomatiyası Xəzər enerjisi adlı oyun meydanına qayıdır. Bu barədə Birləşmiş Ştatların Karlton Universiteti Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin baş ekspertlərindən Robert Kutler “Azadlıq” radiosunun Vaşinqton redaksiyasına təqdim etdiyi məqaləsində yazır.

Yenixeber.org: Ekspertin fikrincə, buna səbəb Transxəzər Qaz Kəməri (TXQK) ətrafında canlanmanın yaranmasıdır. Bu layihədə habelə Qara dənizin dibi ilə çəkilməli olan “Ağ axın” kəməri də daxil Avropaya qaz nəqli şəbəkəsi də var.

1990-cı illərin ortalarında iki ABŞ şirkəti – “Bechtel” və “General Electric” şirkətinin GE Capital filialı hasilatın pay bölgüsü üzrə müştərək müəssisə yaratmışdılar. Bu müəssisə 1998-ci ildə Xəzərin dibi ilə keçməklə Türkmənistandan Azərbaycana gedəcək qaz kəmərini tikməliydi. Bu layihənin həyata keçirilməsi üçün bütün texniki imkanların olduğu halda ortalığa çıxan başqa amillər əngələ çevrilmişdi.

 

“Nabucco” kəmər layihəsi üzrə partnyorlar ildə 10 milyard kubmetr türkmən qazını Avropa bazarına gətirmək niyyətində idilər, lakin Rusiya və İran ekoloji təhlükəsizlik məsələsini qaldırmaqla layihəni bloklamışdılar. Onlar iddia edirdilər ki, Xəzərin dibi ilə kəmər çəkilişinə 5 sahilyanı ölkənin hamısının razılığı olmalıdır. Halbuki Rusiya Qazaxıstanla birlikdə belə bir razılıq olmadan da müxtəlif layihələr üzrə müştərək müəssisələrini yaradırdılar.

Robert Kutler yazır ki, indi bütün bunlar dəyişə bilər. Ötən ilin sonlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, 5 sahilyanı dövlət Xəzərin hüquqi statusu barədə razılığa gəliblər və bu barədə saziş bu yaxınlarda imzalanacaq. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovsa bildirib ki, sözü gedən sazişdə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi də nəzərdə tutulub və sahil ölkələri bunu öz sektorlarına düşən hissədə ikitərfli qaydada edə bilərlər.

 

Avropanın Rusiyadan təbii qaz idxalının payı 2025-ci ilədək hazırkı 30 faizdən 35 faizə çatacaq. 2030-cu illərin ortalarında isə Avropanın bütün qaz istehlakının 40 faizinin Rusiyadan gələcəyi gözlənilir. Beləliklə, Avropa İttifaqının Rusiya qazından asılılığı azalmaqdansa, artan xətt üzrə qalxa bilər.Məhz bu səbəbdən də Aİ TXQK-nin reallaşmasında son dərəcə maraqlıdır. Xəzərin statusu üzrə saziş TXQK layihəsini Trükmənistan və Azərbaycan arasında həll oluna biləcək məsələyə çevririr.

Ekspert yazır ki, ötən yayın axırlarında Aşqabadda keçirilmiş sammitdə iki ölkə ilk dəfə olaraq enerjinin nəqli sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalayıblar. Avropa İttifaqı TXQK-ni özünün Ortaq Maraq Layihələri Siyahısına daxil edib. Bu isə layihənin Avropa bankları tərəfindən maliyyələşdirilməsini tamamilə real edir. Kutlerin fikrincə əgər hadisələr belə sürətlə inkişaf etsə, TXQK-nin birinci xətti üzrə qaz Avropaya paylaşdırılmaq üçün İtaliyaya artıq 2020-ci ildə gələ bilər.

Müəllifin fikrincə Türkmənistan birinci xətlə qazın nəqlinə yalnız ikinci xəttin də reallaşacağına əmin olduqdan sonra qol qoya bilər. Əgər bu baş verərsə, onda Qara dənizin dibi ilə “Ağ axın” kəmərinin tikintisi zərurət olacaq.

 

Sözü gedən layihənin birinci xətti üzrə iş artıq gedir. Bu xətt üzrə Azərbaycan qazı Türkiyəyə, oradan isə Transanadolu kəməri (TANAP) ilə Yunanıstana, daha sonra Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə İtaliyaya çatdırılmalıdır.Türkmənistan bildirir ki, o ildə 30-40 milyard kubment qaz ixrac etmək imkanındadır. Əslində bu onun mövcud Şərq-Qərb Kəmərinin tutumu qədərdir.

Türkmənistan qazının Avropaya nəqlinin ikinci xəttinin çatışmayan bir sektoru qalır, bu da Qara dənizin altı ilə Gürcüstandan Rumıniyaya getməli olan “Ağ axın” kəməridir.

Artıq Avropa İttifaqının üzvü olan Rumıniyadan Türkmənistan qazı Mərkəzi Avropaya həm hazırda tikilməkdə olan BRMA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya ) kəməri, həm də Ukrayna ərazisindən Transbalkan kəməri ilə nəql oluna bilər. Ukraynadan isə türkmən qazı Polşaya, oradan “Bratstvo” kəməri vasitəsilə Slovakiya, Almaniya, Çexiya, habelə Avstriyaya nıəql edilə bilər.

 

Robert Kutler yazır ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası “müttəfiqlərə və partnyorlara enerjidən əngəl vasitəsi kimi istifadə edənlərə qarşı dəstək” vəd edir. Ekspertin fikrincə bu, TXQK üçün, “Ağ axın” da daxil diplomatik dəstək deməkdir.

Müəllif xatırladır ki, ötən ilin sonunda ABŞ Dövlət Departamentində Beynəlxalq Enerji İşləri üzrə xüsusi elçi əvəzi və koordinator Sue Saarnio ABŞ-ın Cənub Qaz Dəhlizinə dəstəyini bir daha təsdiq edib.

Qeyd edək ki, sahilyanı ölkələr Xəzərin hüquqi statusuna dair yekun razılaşmanın əldə olunduğunu bəyan etsələr də bəzi məlumatlara görə suallar hələ də qalır. Bu, Xəzərin su səthində hərbi nəzarət məsələsi və dənizin dibindən kəmərlərin çəkilməsi məsələsinə də aiddir. Yekun razılaşmanın məzmununa dair Bakıdan və Moskvadan verilən şərhlər bir-birindən fərqlənirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam