Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycan Cənub Qaz Dəhlizində maliyyə öhdəliklərinin78%-ni icra edib

 

 

Bu günə kimə “Cənub Qaz Dəhlizi” QSC (“CQD”) və onun törəmə müəssisələri tərəfindən Cənub Qaz Dəhlizinə daxil olan layihələrə 8,9 mlrd. ABŞ dolları məbləğində vəsait yönəldilib

 

Yenixeber.org: Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib.

Qeyd edilib ki, bu məbləğin 0,4 mlrd. dolları 2018-ci ilin ötən dövrünün, 2,3 mlrd. dolları isə 2017-ci ilin payına düşür. Bu günə kimi CQD layihələrdə olan iştirak paylarına aid maliyyə öhdəliklərinin 78%-ni icra edib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

Bu il üçün Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə, təqribən, 1,3 mlrd. dollar məbləğində vəsaitin ayrılması proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam