Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Terrorla mübarizə" -Amma necə?

"Terrorla mübarizə" -

 

Yenixeber.org:   Radikalizm zorakılıqla bəslənən “vəbadır. Zorakılığı harada görsə, yayılmağa yer də tapır, yıxıb dağıtmağa güc də. Bu səbəbdən, xüsusilə, son 20 il radikalizmin gücləndiyi illər olmuşdur. ABŞ-ın Əfqanıstana və İraqa müdaxilələri "terrorla mübarizə" adı altında başlayıb.  Belə ki, radikalizmə zorakılıq və qəzəblə qarşılıq verilmiş və “vəba” böyüyərək kök salmışdır.

Hazırda ABŞ bu dəhşətli vəziyyətlə üz-üzədir. ABŞ prezidenti Donald Tramp öz səbəblərini irəli sürərək 7 ölkənin vətəndaşlarının ölkəyə girişini müvəqqəti olaraq qadağan etmiş və öz metodları ilə terrorizmə qarşı mübarizə başlatmışdır. Bu mübarizə üsulu yaxşı dəyərləndirilməlidir. 

Əvvəla, qeyd etmək lazımdır ki, Tramp nə qədər kəskin ifadələrlə gündəmə gəlsə də, əsil sülh axtaran, müsəlman aləminin ittifaq qurmalı olduğu liderdir. Trampın radikalizmə qarşı qatı mövqeyini anlamaq heç də çətin deyil. Daim din adı altında zorakılıq törədən, qəzəb və nifrət siyasəti aparan radikal terrorçular həmişə Qərbə olan qəzəbləri, xüsusilə, ABŞ-a olan nifrətləri ilə ortaya çıxmışlar. ABŞ-a nifrət bəsləyən, amma eyni zamanda ABŞ-ın imkanlarından istifadə edən, Amerikanın təhsil müəssisələrində oxuyan, Amerikanın mədəniyyət, keyfiyyət və zənginliyindən mümkün olduğu qədər istifadə edən insanların sayı az deyil. Bu yöndən baxdıqda Trampın öz vətəndaşlarını və ölkəsini qorumaq naminə tədbir görmək istəməsi başadüşülən haldır. Lakin bunun üçün tətbiq edilən metod yanlışdır.

Bomba atmaq, qadağalar tətbiq etmək, divar hörmək həmişə eyni nəticəni doğurub: nifrət. Nifrət hissi yarandıqda isə vəziyyətin düzəldilməsi çətin olur. Çünki bu, Amerikanı sevən, xristian və yəhudilərlə dostluğa inanan, daim sülh istəyən, Amerikanın inkişaf etməsi üçün səy göstərən ən mötədil müsəlmanların belə qəlbində narazılıq yarada bilər, etibarı zədələyə bilər. Rədd edilmək və sevilməmək hissi birləşdirici deyil, daim dağıdıcıdır.

Radikallar nifrətlə “qidalandıqlarından” nifrət oyadan hərəkətlərdə daha da radikallaşırlar. ABŞ onlara qarşı  qəzəb dolu siyasət yeritdikdə onlar bunu özlərinə əsas götürərək zorakılıqlarına zorakılıq qatırlar. Dolayısilə, bu, terrora qarşı mübarizə yox, terroru gücləndirən amildir.

Trampın öz xalqını qorumaq istəməsini, əlbəttə, başa düşmək olar. Amerika xalqı bizim üçün də olduqca dəyərlidir. Onların keçmiş xoşbəxt günlərinə qayıtmasını, “Amerikan xəyalı”nın yenidən canlanmağını biz də istəyirik. Lakin ABŞ hazırda digər dünya ölkələrini özündən uzaqlaşdırmamalıdır. Çünki terror təkcə ABŞ-ın deyil, bütün dünyanın problemidir. Bunun həlli dünyaya qapıları bağlamaqla yox, birlik halında olmaqla və daha əvvəl heç tətbiq edilməmiş səmərəli siyasətlə mümkündür. Bu siyasət maarifləndirmə üsuludur. Maarifləndirmə bombalar və ya divarlar kimi çox xərc tələb etmir. Qan tökmür, şəhərləri dağıtmır, terror meydana gətirmir. Terrorçunu yox, ideologiyanı öldürür. Bu səbəbdən qəti həll yoludur. Məhz bu baxımdan Tramp və sülhə inanan müsəlman aləmi bu dövrü yaxşı qiymətləndirməlidir. Birlik olub terrora ideloji həll yolu axtarmağın əsil vaxtıdır.

Trampın 7 ölkə ilə bağlı qərarını başqa aspektlərdən də qiymətləndirmək lazımdır. Məlumdur ki, Tramp dünyanı idarə edən nüfuzlu dərin güclər tərəfindən qəbul edilmir. Adətən, seçki yolu ilə məğlub edilməyən liderlər müxtəlif hiylələrlə liderlik kürsüsündən uzaqlaşdırılır. Bu cür radikal qərar bir çox Tramp əleyhdarının işinə yarıyır. Çox güman ki, bu insanlar dünyadan gələn reaksiyaları Trampı devirmək üçün fürsət hesab edirlər.

Seçki yolu ilə gələn liderin hiylə ilə hakimiyyətdən uzaqlaşdırması ABŞ-da da demokratiyanın “ölümü” deməkdir. Demokratiyanın beşiyi kimi qəbul edilən lider ölkənin bu xüsusiyyətini itirməsi həm dövlətin, həm də millətin məhvinə gətirib çıxarar. Bəzi fitnəkar mərkəzlərin ABŞ-ı kommunistləşdirmə səyini isə unutmamaq lazımdır. Kommunistləşdirmə səylərinə davam edərkən Tramp kimi dindar bir insanın prezident seçilməsi həmin mərkəzlərə böyük zərbə olmuşdur. Ehtimal var ki, bu şəxslər vəziyyətdən istifadə edəcək və məkrli planlarını həyata keçirmək üçün zəmin axtaracaqlar. Beləliklə, yeni prezident verdiyi sərəncamları mütləq bu baxımdan da qiymətləndirməli, onu zəiflədəcək davranışlardan çəkinməli və fitnə mərkəzlərinə imkan verməməlidir.

Radikalizmə, qəzəbə, nifrətə qarşı iki effektiv mübarizə üsulu var. Bunlardan birincisi, mənəviyyatdır. Tramp Obamanın dövründə getdikcə azalan dindarların sayını artırmaq üçün güclü mənəvi həmlə etməli və Amerika xalqını yenidən dindar hala gətirməlidir. Keçmiş xoşbəxt günlərə yenidən qayıtmağın və “Amerikan xəyalı”nı geri gətirməyin əsil yolu budur. Ölkəsindəki xristian, yəhudi və müsəlman liderlərlə bir araya gələrək, mənəviyyat yönündə fikirlər söyləyərək və materializmi çökdürəcək elmi tədbirlərdə iştirak edərək gözlədiyi müsbət nəticəni əldə edə biləcək.

İkinci üsul isə radikalizmə qarşı maarifləndirmənin biz müsəlmanlarla birlikdə aparılmasıdır. Terroru yaradan ideologiyadır, lakin bu günədək ideologiya ilə mübarizə aparılmamışdır. Tramp bunu həyata keçirən ilk ABŞ prezidenti olmalıdır. Beləliklə, qəti nəticə edildiyini görəcək.

Həqiqi müsəlman kimi bizim istəyimiz Amerikanın zənginlik, xoşbəxtlik, sevinc içində azad və demokratik ölkə olmasıdır. Amerika radikalizmə də həll yolu gətirməlidir. Bunu qadağalar qoyaraq deyil, sevgi və ideologiya ilə etməlidir. 

 

Adnan Oktar

"Terrorla mübarizə" -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam