Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinlə Tramp nədən danışıbar?- Ağ Ev açıqlayıb

 

tramp_putinYenixeber.org: ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə edib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı bir saatdan çox davam edib.

“Prezidentlər ABŞ və Rusiyanın noyabrın 11-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində yaydığı birgə bəyanatı bir daha təsdiqləyib. Hər iki prezident BMT TŞ-in 2254 saylı qətnaməsinin icrasının və Suriyada vətəndaş müharibəsinin dinc yolla nizamlanması naminə Cenevrə prosesinin dəstəklənməsinin, qaçqın düşən suriyalıların yurdlarına dönməsinin, vahid Suriyanın stabilliyinin təmin edilməsinin zəruriliyini qeyd ediblər”, – deyə məlumatda qeyd olunub.

“Prezidentlər bütün Yaxın Şərq və Mərkəzi Asiya boyu terrorla birgə mübarizənin zəruriliyini təsdiqləyiblər, onlar həmçinin İŞİD, “Əl Qaidə”, “Taliban” və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi yollarının araşdırılmasına dair razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

“Prezidentlər həmçinin Ukraynada dayanıqlı sülhün reallaşdırılması yollarını, Şimali Koreyanın nüvə silahının yaradılması proqramının dayandırılması üçün bu ölkəyə beynəlxalq təzyiqin artırılmasının zəruriliyini vurğulayıblar”, – deyə Ağ Evin məlumatında bildirilir.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam