Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Konstitusiyaya zidd Tarif Şurasını ƏMDX  Konstitusiyadan üstün sayır -TƏFSİLAT

Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR: “Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi

“Dövlət rüsumu haqqında” qanunun tələbinə görə isə dövlət rüsumunun dövlət qurumunun hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən XİDMƏTƏ görə ödənilən HAQQ olduğu, uyğun dövlət qurumundan başqa heç kəsin bu səlahiyyətləri həyat keçirə bilməzliyi, rüsum, haqq , ödəniş müəyyən edə bilməzliyi təsbit olunub.

Bu sətirlər jurnalist Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı yazısında yer alır...

 Son qiymət artımına Tarif Şurasının (TŞ) yox, xidmət qurumunun özünün qərar verməsi iqtisadçı ekspertlərin, əhalini düşünən partiya mənsublarının bu quruma qarşı kəskin etirazlarına nədən olub. Hamı TŞ-nin varlığının yoxluğundan seçilmədiyini, Konstitusiyaya zidd olduğunu vurğulamağa başlayıb. Hətta bu zidd davranışa görə TŞ-nin ləğv edilməsi təklif , tələb edilir. Gerçəkdə Konstitusiyaya zidd olduğu vurğulanan Tarif Şurasının Konstitusiyadan da üstün qüvvədə olmasıyolunu ASAN Xidmətə daşınmaz əmlakını dövlət qeydiyyatına almaq üçün salanlar yaxşı bilir. TŞ-nin Konstitusiyadan üstünlüyü özbaşınalığına baxın, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 50 manat (layihə-smeta sənədlərinə 75 manat) olduğu halda, ƏMDX,  DƏDKR (Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ) BEŞQAT məbləğdə 236.96 manat TŞ-in 31.07.2023 tarixli qərarı ilə haqq tələb edib, zorla alır. Zorakı haqqalmaya etiraz edənlər isə “kupçasız” qalır. Nə hüquq mühafizə, ədliyyə orqanları , nə nəzarətedici orqanlar, özəlliklə,  prokurorluq bu qanunsuzluğa, korrupsiya faktına qiymət verir. 50 manat tələb edən “kupça”ya əmlak yiyəsi 360 manatdan (50+75+236.96=361.96) çox Konstitusiyanın 73-cü maddəsinə zidd rüsum ödəyir. Dövlət rüsumu 50 manat,  layihə rüsumu 75 manat, Tarif Şurasının rüsumu” 236.96 manat!

“Veteranlar haqqında” qanunun 11-ci maddəsi ilə bağlarını özəlləşdirərərkən dövlət rüsumu ödəməkdən azad olan müharibə veteranlarının bu “azadlıq hüququ”na da ƏMDX TŞ-nin qərarı ilə qadağa qoyub. “Əsas” da budur ki, “Dövlət rüsumu haqqında” qanunun azadolma hissəsində müharibə veteranlarının bağlarını özəlləşdirən zaman rüsumdan azad olmaları yazılmayıb. Bəs bu qanunda TŞ-nin özbaşına rüsum müəyyən etməsi yazılıb? Artıq 15 aydır açıq-aşkar özbaşınalığa, qanunsuz rüsum tələbinə son qoyulmur; Qarabağ müharibəsi veteranlarının ƏVƏZSİZ olaraq ŞƏXSİ MÜLKİYYƏTLƏRİNƏ verilməli olan bağlarına görə BEŞQAT məbləğdə Tarif Şurasının “rüsum-rüşvət haqqı” tələb olunur. 15 aydır veteran qazilərin qeydiyyat çıxarışı 5 saylı ASAN Xidmət Mərkəzində hazır olsa da, haqsız   verilməsindən haqsız imtina olunur. 

“Dövlət rüsumu haqqında” qanunun tələbinə görə isə dövlət rüsumunun dövlət qurumunun hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən XİDMƏTƏ görə ödənilən HAQQ olduğu, uyğun dövlət qurumundan başqa heç kəsin bu səlahiyyətləri həyat keçirə bilməzliyi, rüsum, haqq , ödəniş müəyyən edə bilməzliyi təsbit olunub. Bəs Tarif Şurası necə Konstitusiyaya ziddirsə, qanunda nəzərdə tutulduğundan beşqat həcmdə xidməthaqqı- dövlət rüsumu müəyyən edib? Belə çıxır, Konstitusiyaya zidd Tarif Şurası Konstitusiyadan üstündür?

ƏMDX-nın rəis müavini Rüstəm Şahbazov, DƏDKR-insmiləri Elşad , Elvin Məmmədovlar və b hələ də dövlət rüsumuna TŞ-nin  xidmət haqqının əlavə olunmasının qanuni olduğunu təkrarlamaqdan doymurlar. Bunlara kim anladacaq ki, dövlət rüsumu elə xidmət haqqıdır, TŞ-nin dövlət rüsumu-xidməthaqqı müəyyən etməsi cinayətdir? İndi özünüz deyin, Tarif Şurası üstündür, yoxsa Konstitusiya? Konstitusiya Tarif Şurasına ziddir, yoxsa Tarif Şurası Konstitusiyaya?

Hələ ki TŞ Konstitusiyanı üstələyir, nə yazıq!..



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam