Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Məğlubiyyətə bərabər qələbə, terror qurbanı olan imperator, itirilən azadlıq... –Balkan müharibəsi kimə nəyi bahasına başa gəldi?

news content

 III YAZI

Yenixeber.org: Krım müharibəsində məğlubiyyət Rusiyanın böyük dövlət imicini sarsıtdı: həm Avropada, həm də Osmanlı təbəəsi xristian xalqlar arasında. Çarizm bu imic itkisini kompensasiya etmək üçün fürsət axtarırdı və həmin fürsət Krım müharibəsindən 20 il sonra yarandı. Əvvəlcə Bosniya və Herseqovinada, sonra Bolqarıstanda baş verən üsyanların Osmanlı ordusu tərəfindən amansızlıqla yatırılması, sultan hakimiyyətinin bu ərazilərə muxtariyyət verməkdən imtina etməsi II Aleksandra müdaxilə bəhanəsi verdi. “Radio Svoboda”nın 1877-1878-ci illər rus-türk müharibəsi haqda məqaləsini təqdim edirik. 

Əvvəli: Burada

Plevnaya üçüncü hücum 1877-ci il sentyabrın 11-də yağışlı soyuq havada başladı. Rusiya-Rumıniya ordusu 400 topa malik 83 min nəfərdən ibarət idi, əlavə qüvvə alan müdafiəçilərin 72 topu və 34 min canlı qüvvəsi vardı. Artilleriya hazırlığından sonra rus-rumın piyadalar irəli atıldılar. Rumınlar Qrivitski redutunu tuta bildilər. Ruslar yenə də iki səngər xəttini ələ keçirdilər. Mixail Skobelevin qoşunu uzun və yorucu vuruşmadan sonra Zelenıye qorıdakı redutu götürdü. Ertəsi gün türklər bir neçə hücumdan sonra - birinə Osman paşa şəxsən başçılıq edirdi - Skobelevin dəstəsini geri çəkilməyə məcbur etdilər. Ruslar 13 min, rumınlar 3 minə yaxın itki verdilər. 

İmperator II Aleksandr və baş komandan Nikolay Nikolayeviç Plevnadan çıxmağı düşünürdülər, amma hərbi nazir Dmitri Milyutin onları çəkilməməyə və Sofiya yolu ilə hələ də yardım alan Osman paşanın təchizat xətlərini kəsərək Plevnanın sərt blokadasına keçməyə inandırdı. Oktyabrın 24-də general Qurkonun rus qoşunları böyük itkilər hesabına Qornıy Dubnyak, sonra da Telişi tutdular. Beləliklə, noyabr üçün rus-rumın qoşunları Plevna yolunu tam kəsdilər. 

Qala 496 topa malik 75 minlik rus-rumın qoşununun əhatəsinə düşdü. Onun 40 minlik qarnizonu isə ərzaq təchizatından məhrum qaldı. Ruslar bir neçə lokal hücum etdilər, amma uğur qazanmadılar. Yenə də düşməndən iki dəfə çox əsgər itirib, Plevnanın dövrələdilər. Osman paşa təslim təklifinə rədd cavabı verdi. Türklər aclıq və epidemiya təhlükəsini nəzərə alaraq, Vid körpüsü üzərindən Sofiya istiqamətində rusların səfini yarmaq planı hazırladılar. 

1877-ci il dekabrın 10-də Osman paşanın ordusu hücuma keçdi. Türklər ruslarla döyüşə-döyüşə 3 səngər xəttini, 6 topu ələ keçirdilər və Sibir alayını darmadağın etdilər. Amma artilleriya atəşi və ehtiyat rus qüvvələrinin gəlişi onları dayanmağa məcbur etdi. Həştərxan alayının zərbəsi həlledici oldu. Osman paşa qoşunu yarıb keçə bilmədi. Komandanı yaralanan türklər təslim oldu. 40 mindən çox adam əsir düşdü.

Plevna mühasirəsi zamanı ölən, yaralanan, yaradan və xəstəlikdən ölən rusların hamısı hesablansa, II Aleksandrın hərbi qələbəsi 50 min ölü və yaralı hesabına başa gəldi ki, bu da şəhəri müdafiə edən türklərin sayına təxminən uyğundur. 

Plevnanın alınması ruslara Şipka aşırımında və Ruşşuk rayonunda müdafiədən hücuma keçmək imkanı verdi. General İosif Qurkonun 70 minlik qərb dəstəsi 1878-ci il yanvarın 4-də Sofiyanı tutdu. General Fyodr Radetskinin cənub dəstəsi yanvarın 9-da Şeynovo döyüşündə Veysəl paşanın 30 minlik ordusunu mühasirəyə aldı və əsir götürdü. Yanvarın 17-də Filippopol (Plovdiv) döyüşündə Süleyman paşanın ordusu məğlub edildi. Geri çəkilən rəqibin müqaviməti ilə üzləşməyən ruslar yanvarın 20-də Ədirnəni tutdular. Fevralın 18-də Burqas da döyüşsüz alındı.

              San Stefano və Berlin

Hərbi əməliyyatlar bununla yekunlaşdı. II Aleksandr Konstantinopolu tutmağa hazırlaşmırdı, bu, digər böyük dövlətlərin mənfi reaksiyasına səbəb olardı. 1878-ci il fevralın 1-də admiral Qornbinin Britaniya eskadrası Dardanelə daxil oldu. Cavab olaraq ruslar da Osmanlı paytaxtına yaxınlaşdılar. Britaniya gəmiləri boğazlardan uzaqlaşdıqda, ruslar da türklərlə təmas xəttinə qayıtdılar. 

Martın 3-də San Stefano adlı yerdə (indi İstanbulun daxilində olan Yeşilköy - Press klub) imzalanan sülh müqaviləsinə görə, Rusiya özünün Balkanlarda hegemonluq ideyasını gerçəkləşdirirdi. Müqaviləyə əsasən, Osmanlı imperiyası Serbiyanın, Çernoqoriyanın və Rumıniyanın müstəqilliyini tanıyırdı. Onların əraziləri genişlənirdi. Cənubi Bessarabiya Rusiyaya qaytarılır, Rumıniya Şimali Dobrucaya yiyələnirdi. Bosniya və Herseqovina muxtar vilayət olurdu. Ərazisi Dunaydan Egey dənizinə və Qara dənizdən Ohrid gölünə qədər uzanan Bolqarıstan muxtar knyazlığı yaradılırdı. Knyazlıq iki il Rusiyanın idarəsi altında qalacaqdı, sonra da tam muxtariyyət qazanaraq Türkiyəyə nominal xərac ödəyəcəkdi. Osmanlı Şərqi Anadoluda Ərdahan, Qars, Batum və Bəyaziti Rusiyaya verirdi. 

Belə sülh müqaviləsi müvəqqəti ola bilərdi və digər böyük dövlətlərin təzyiqi altında davam gətirməzdi. 1878-ci ilin iyun-iyul aylarında keçirilən Berlin konqresində sənədə yenidən baxıldı. Forum böyük Bolqarıstanın yaranmasında və Osmanlının kəskin zəifləməsində maraqlı olmayan Böyük Britaniya və Avstriya-Macarıstanın təşəbbüsü ilə çağrılmışdı. Rusiya imperiyası çətin hərbi qələbədən sonra qarşıdurmaya hazır deyildi. Almaniya kansler Otto fon Bismarkın timsalında vasitəçilik xidmətini təklif etdi. Almaniya imperiyası II Aleksandrın böyükdövlətçi iddialarına ciddi dəstək vermədi. 

Mübahisələr əsasən Bolqarıstan (Britaniya və Avstriya-Macarıstan onun ərazisini kiçiltmək istəyirdilər),  Bosniya və Herseqovina (Avstriya-Macarıstan buranı idarə etmək istəyirdi) və Qafqazda Rusiyaya keçən ərazilər (Britaniya Rusiyanın burada əhəmiyyətli böyüməsinin əleyhinə idi) ətrafında gedirdi. 

Uzun diskussiyalardan sonra Bolqarıstanı üç hissəyə bölmək qərara alındı: şimalda paytaxtı Sofiya olan muxtar knyazlıqda türk qoşunları olmayacaqdı və rəhbəri böyük dövlətlərin razılığı ilə sultan tərəfindən təyin ediləcəkdi; Balkanlardan cənubdakı bolqar əraziləri mərkəzi Filippopol olmaqla Osmanlının muxtar Şərqi Rumeli vilayətini təşkil edəcəkdi, valisi sultan tərəfindən təyin olunan vilayətdə məhdud türk qarnizonları olacaqdı; şərti Makedoniya əraziləri, Adriatik və Egey dənizi sahillərindəki torpaqlar Osmanlı imperiyasına qaytarılırdı. Şərqi Rumeli 1885-ci ildə faktiki Sofiya hakimiyyətinin nəzarətinə keçdi, hərçənd 1908-ci ilə kimi hüquqi statusunu dəyişmədi, həmin il isə Bolqarıstan çarlığının müstəqilliyi elan edildi. 

Çernoqoriya, Serbiya və Rumıniya knyazlığının müstəqilliyi tanındı. Sonuncu şimali Dobrucanı və Dunay deltasını aldı. Çernoqoriya və Serbiyanın ərazi iddiaları məhdudlaşdırıldı. Serbiya Bosniyanın deyil, daha əvvəl Bolqarıstana ayrılan ərazilərin hesabına böyüdü. Avstriya-Macarıstan Bosniya və Herseqovinanı işğal etmək hüququ qazandı və 1908-ci ildə buranı ilhaq etdi. 

Dunayda Dəmirqapıya qədər azad gəmiçilik təmin olunurdu. Rusiya Cənubi Bessarabiyanı, Qafqazda isə Ərdahan, Qars və Batumu ələ keçirdi, Bəyazit və Ələşgird vadisindən vaz keçməli oldu. Osmanlıda saxlanılan Frakiya və Albaniyada, eləcə də Kritdə və Türkiyənin ermənilər yaşayan bölgələrində yerli özünüidarə islahatı keçiriməli, xristianlara müsəlmanlarla hüquq bərabərliyi verilməli idi. Bu, baş vermədi. Torpaqları bölüşdürmək daha asandır, nəinki islahat keçirmək. 

             Yarımçıq nailiyyət və onun nəticələri

Balkanlardakı müharibə Rusiya imperiyasının nailiyyəti sayılırmı? Əsl nailiyyət konfliktin Konstantinopol konfransında həll edilməsi olardı. Amma bu gerçək alternativ şans əldən verildi. Krım müharibəsi ilə müqayisədə 1877-1878-ci illər hadisələri, əlbəttə, böyük çətinlik və nəhəng itkilərlə başa gəlmiş nailiyyət idi. Türkiyənin modernləşdirilmiş ordusunu yetərincə qiymətləndirməyən Rusiya hərbi komandanlığı Plevnaya üç hücumdan sonra məğlubiyyətin bir addımlığında idi. Osmanlı ordusu qalalarda və Balkan aşırımlarında duruş gətirərək hərbi əməliyyatları uzada bilərdi. 

Vaxt amili II Aleksandrın əleyhinə işləyərdi, çünki Osmanlı imperiyası Balkan yarımadasının Rusiyanın törəmə dövləti olan satellitlər arasında bölünməsini istəməyən Britaniyanın diplomatik, hətta ola bilsin, hərbi yardımına ümid edirdi. Milli və dini azlıqların hüquqlarının hərbi yolla müdafiəsi arqumentinin Avropaya təsiri uzunmüddətli olmaya bilərdi. 

Almaniya və Avstriya-Macarıstanın bitərəfliyi çox da dostyana deyildi və tezliklə Şərq məsələsinin həllində rolları barədə böyük iddialarla əvəzləndi. Savaş davam etdikcə Rusiya beynəlxalq müstəvidə uduşlu mövqeyini itirirdi. Dünyanın birinci dövləti olan Böyük Britaniya Konstantinopolun tutulması təhdidi altında türklərdən qoparılan San Stefano razılaşmasının şərtlərinə yenidən baxılmasına nail oldu. Rusiya üçün müzəffər olan bu sülh müqaviləsini böyük dövlətlərin iradəsinin ziddinə saxlamaq mümkün deyildi. Rusiyanın hakim elitası müharibəyə alternativ görmürdü və onu uddu, amma sülhü udmaq şansı yox idi. 

Qazanılmış qələbə Rusiyanın daxili işlərinə çox da yaxşı təsir göstərmədi. Ümumi slavyanofil coşğu ordu təchizatı zamanı korrupsiya hallarının ifşası, ordunun aydın problemləri və itkilər, sülh sazişinin qorunmaması müqabilində məyusluqla əvəz olundu. Hakimiyyətə iradlar çoxaldı. Böyük hərbi xərclər nəticəsində iqtisadi artım zəiflədi, alovlu inqilabçılar isə heç yerə yox olmadılar. II Aleksandr uğurlu müharibə və uğursuz sülhlə siyasi böhrandan yayına bilmədi və bir sıra bombalı hücumlardan sonra terrorun qurbanı oldu: Rusiya təkcə islahatçı çarı deyil, həm də onun bəyəndiyi konstitusiya prototipini itirdi.  

Xatırladaq ki, yenicə azad edilmiş Bolqarıstanda Xalq (Müəssislər) məclisi 1879-cu ildə Tırnovo konstitusiyasını qəbul etdi. Rusiya nəzarəti nə məclisin çağrılmasına, nə də Bolqarıstanın birinci, kifayət qədər demokratik əsas qanununun hazırlanmasına mane olmadı. Rusiyada Konstitusiya Dövlət duması ilə birlikdə 25 il gec yarandı. Hərbi qələbə ölkənin vaxtında daxilən azad olması yolunu qapatdı.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam