Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Paşinyanın “Vau!” effekti –Məğlubiyyətdən sülhə və müstəqilliyə gedən yol

news content


Ekspert: “Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir, qeyri-populyar addım atmağa qadir deyil”

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bəyan edib ki, 2020-ci ilin payızında Qarabağdakı müharibədə məğlubiyyət “müstəqil və suveren bir ölkəyə sahib olmaq imkanı” yaradıb.

Deyə bilərəm ki, biz müharibədə məğlub olaraq müstəqil və suveren dövlətə sahib olmaq fürsəti qazandıq”, – onun sözlərini Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Paşinyan həmçinin “müəyyən şərtlər səbəbindən” Cənubi Qafqazda Ermənistanla bağlı çoxlu mənfi münasibətin formalaşdığını qeyd edib.

O, “erməni soyqırımı” ilə bağlı son açıqlamasını xatırladaraq, bunun böyük əks-səda doğurduğunu bildirib və əlavə edib: “Biz başa düşməliyik: elə qüvvələr var ki, onların əsas aləti bizim müstəqil həyatımızı qeyri-mümkün etmək istəyidir. Onlar istəyirlər ki, biz idarə olunan olaq”.

Paşinyan bunu gec başa düşdüyündən təəssüfləndiyini bildirərək, bunu ancaq baş nazir olduqdan sonra anladığını etiraf edib.

Mən müxtəlif rəhbərlərlə söhbət edirəm və onlar belə deyirlər: Bilirsiniz nə var? Bu dünyada hər kəsin bir rolu var, sizin rolunuz isə əzabkeş olmaqdır.

Ey insanlar, niyə həyəcanlanırsınız? Biz başa düşürük ki, qurban olduq, hətta çox vaxt bizi qurbana çevirən siz oldunuz. Amma biz artıq qurban olmaq istəmirik. Biz sadə insanlar kimi yaşamaq istəyirik. Biz istəyirik ki, Ermənistanda adi vətəndaş normal həyat sürsün və əzabkeş xalqın nümayəndəsi kimi qəbul olunmasın.

Mən düşünürəm ki, bu, çox vacib bir məsələdir və biz bunu milli səviyyədə müzakirə etməliyik. Mən istəmirəm ki, bu, bizim tarixi missiyamız, rolumuz və dünyadakı yerimiz olsun. Biz var gücümüzlə mübarizə aparacağıq ki, əzabkeş olmayaq.

Bu, ritorikadakı dəyişiklikdir və mən hesab edirəm ki, bu ritorikanı reallığa çevirmək tarixi missiyadır. Biz bu missiyanı yerinə yetirmək üçün mübarizə aparacağıq”, – deyə Paşinyan bildirib.

Daha sonra o, Ermənistanın bölgədə xarici müdaxilə və xarici yardımdan asılı olmadan yaşamaq məqsədini qarşıya qoymalı olduğunu qeyd edib. Onun fikrincə, bu, Ermənistanın dayanıqlılığını təmin edə bilər.

Lakin bu, Ermənistanın müxtəlif geosiyasi mərkəzlər və ittifaqlarla əməkdaşlıq etməməsi anlamına gəlmir”, – Paşinyan izah edib.

Biz hesab edirik ki, problemlərimizin həllində ilk faktoru özümüz görməliyik. Bölgədə problem yarananda adətən bizim reaksiyamız hansısa regiondankənar gücə müraciət etmək olur. Biz bu baxış bucağımızı dəyişməliyik”, – baş nazir vurğulayıb.

O, həmçinin Ermənistanda ideoloji transformasiyanın baş verdiyini və bunun ilk növbədə hakimiyyətdə hiss olunduğunu bildirib.

Ermənistanın funksional əhəmiyyətinə – vətəndaşlarının təhlükəsizliyini, rifahını və xoşbəxt gələcəyini təmin etməyə diqqət yetirmək olduqca vacibdir”, – Paşinyan deyib.

Yalnız bu ideologiya Ermənistana mövcud olmaq şansı verir. Biz bu qənaətə 44 günlük müharibədəki məğlubiyyətdən, onun səthi və dərin səbəblərindən sonra gəldik. Mənim fikrimcə, biz bu məğlubiyyətdən keçərək, bu gün müstəqil və suveren dövlət olmaq fürsəti qazandıq. Uzun müddət düşündüm və belə bir nəticəyə gəldim ki, qurbanlar boşa verilməyib, onlar Ermənistanın suverenliyi naminə verilib. İndi isə biz bu qurbanın yaratdığı fürsəti dəyərləndirməyə fokuslanmalıyıq”, – deyə o əlavə edib və bunun çətin olacağını qeyd edib.

Baş nazirin bu çıxışları Ermənistanın Rusiyaya meylli müxalifət düşərgəsində narazılıq doğurub.

Paşinyanın hakimiyyətini uzatmaq və Ermənistanı türk dünyasına satmaq üçün ideoloji baza yaratmağa çalışdığı açıq-aydındır”, – deyə Ermənistanın Respublika Partiyasının (eks-prezident Serj Sarqsyanın partiyası) sədr müavini Armen Aşotyan 4 fevral tarixində jurnalistlərlə söhbətində bildirib.

Vaşinqton və İsveçrədəki çıxışlardan anladım ki, Nikol hər kəsi onun hakimiyyətinin qorunması üçün ideoloji əsaslar yaradılmalı olduğuna inandırmağa çalışır. Bu isə açıq-aşkar əxlaqsızlıqdır. O, mətbuat konfransında avtoritar idarəçi olduğunu etiraf etdi, çünki ideologiyanı dəyişdirmək üçün mandatı yoxdur”, – Aşotyan bildirib.

Hazırkı hakimiyyətin Ermənistanı Avropa İttifaqına üzv olmağa yönəltmək cəhdlərinə toxunan Aşotyan qeyd edib:

Biz bu barədə danışanda unutmamalıyıq ki, burada Azərbaycan da var. İki gün əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla milyardlarla dollarlıq illik proqram imzaladı, dünən isə Aİ rəsmiləri Bakı ilə intensiv enerji əməkdaşlığının olacağını açıqladı. Aİ insan haqlarını pozan ölkələrə sanksiya tətbiq edəcək qanun qəbul etdi, amma mən əminəm ki, bu, Azərbaycana şamil edilməyəcək”.

Obyektiv baxsaq, Paşinyanın bu bəyanatlarında Azərbaycanın maraqlarına zidd heç nə yoxdur. Əksinə, “əzabkeş” rolundan imtina, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarılması, Ermənistanın regiondankənar qüvvələrin müdaxiləsi olmadan problemlərini həll etməyə yönəlməsi – bütün bunlar Ermənistanın qonşuları, Türkiyə və Azərbaycanla davamlı sülh əldə etməsinə töhfə verə bilər.

Üstəlik, Paşinyan bu tezisləri amerikalı ermənilər qarşısında səsləndirib – yəni, ABŞ Konqresində Azərbaycana qarşı destruktiv təşəbbüsləri maliyyələşdirən dairələrə müraciət edib.

Sual budur: Paşinyan bu elan etdiyi kursa nə qədər sadiq qala biləcək və onu bu yoldan çəkindirəcək amillər hansılardır? Daxili müxalifət? Xarici aktorlar?

Tanınmış israilli analitik, siyasi və ictimai xadim David Eydelman bununla bağlı fikirlərini bizimlə bölüşüb.

“Hər bir xalqın həyatında elə anlar olur ki, sadə dillə desək, artıq asılılıqdan qurtulmağın, miflərdən, qorxulardan, kabuslardan imtina etməyin və ayılmağın vaxtıdır. Ayılmaq – normal, uğurlu və səmərəli olmaq üçün çox çətindir. Bu, istənilən xalq üçün çətindir, xüsusilə də ermənilər üçün, çünki onlarda təkcə tarix mifləşdirilməyib (ümumiyyətlə, tarix müəyyən dərəcədə bütün xalqlar üçün mifləşdirilib). Ermənilərdə ümumiyyətlə reallıq haqqında təsəvvürlər mifləşdirilib. Dünyanın obrazı, dünyadakı yerimiz, bu dünyada rolumuz, çəkimiz və s. hamısı miflərlə örtülüb.
Mən bunu yaxşı anlayıram, çünki yəhudiyəm. Bu baxımdan bizim oxşar problemlərimiz var. Amma görürəm ki, ermənilər arasında bu problemlər hətta yəhudilərlə müqayisədə daha kəskin şəkildə şişirdilib və tamamilə qeyri-adekvat vəziyyətə gətirilib”, – deyə siyasi texnoloq bildirib.

Onun sözlərinə görə, Paşinyanın vəzifəsi ölkəni bu ayılma səviyyəsinə gətirmək idi.

“O, bunu daha yumşaq bir yolla – sülh danışıqları yolu ilə edə bilərdi. Əgər o, hakimiyyətə gələn kimi sülh prosesinə başlasaydı, danışıqların hansı nəticə verərməsindən asılı olmayaraq, Ermənistan 2020 və 2023-cü illərdəki iki Qarabağ müharibəsindən sonra əldə etdiyindən daha çox şey əldə edərdi. Lakin Paşinyan bir şeyi anladı – erməni xalqı Qarabağı döyüşdə itirməyə, güc yolu ilə əllərindən alınmasına, danışıqlar yolu ilə razılığa gəlib əvəzində nəsə qazanmaqdan daha çox hazırdır. Onlar nəyisə qazana bilərdilər, müəyyən şərtlər irəli sürə bilərdilər, çox şey edə bilərdilər. Lakin onlar üçün bunu sadəcə müharibədə itirmək daha asan oldu.
Üstəlik, 2020-ci ilin birinci müharibəsindən sonra məndə və digər müşahidəçilərdə belə bir hiss var idi ki, ermənilər nəhayət anlayacaqlar və Qarabağ məsələsində müəyyən güzəştlərə gedəcəklər. Müəyyən razılaşmalar əldə edəcək, oradakı ermənilərin hüquqlarını qorumağa çalışacaqlar.
Amma yox! Məlum oldu ki, Azərbaycanda və dünyada sülh danışıqları üçün fasilə kimi qəbul edilən şey Ermənistanda yekun nəticə kimi görüldü. Amma məsələ hələ bağlanmayıb. Bu məsələ yalnız Ermənistan Azərbaycanla razılaşma əldə etdikdə həll olunacaq.
Paşinyan, Qarabağ klanından və öz sələflərindən fərqli olaraq, yaxşı başa düşür ki, Ermənistanın Azərbaycanla sülh anlaşması olmadan gələcəyi olmayacaq. Sadəcə olmayacaq. Əgər Azərbaycan üçün bu, inkişaf, iqtisadi rifah, təhlükəsizlik və kommunikasiyalar məsələsidirsə, Ermənistan üçün bu, birbaşa varlıq-yoxluq məsələsidir. Ermənistan üçün sağ qalma məsələsidir. Ona görə də Ermənistan razılaşmaya gəlməlidir. Amma Ermənistan 2018-ci ildə buna hazır deyildi. 2020-ci il müharibəsindən sonra da hazır deyildi. Hətta indi belə onu danışıqlara razı salmaq çox çətindir”, – deyə analitik vurğulayıb.

"Axı nə baş verdi? Çox uzun bir yol qət edildi. Xatırlayın, 90-cı illərin əvvəlindən – Sovet İttifaqının dağılmasından, Xocalı soyqırımından sonra Ermənistanın əlində bütün kartlar var idi. Daha böyük zabit korpusu, daha geniş hərbi heyət, daha çox əsgər. Üstəlik, daha çox millətçi və döyüşməyə hazır olan cəmiyyət. Daha çox müttəfiq və s.
Lakin illər keçdikcə onlar bir-bir bu kartlarını itirdilər. İndi isə onların cəmi iki kartı qalıb – Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya-demarkasiyası və qonşularla sülh əldə etmək. Hansı ki, Azərbaycanın onlardan istədiyi də məhz budur. Əgər bu iki kartı da düzgün oynaya bilməsələr, vəziyyətləri daha da pisləşəcək.
Paşinyan bunu yaxşı anlayır. Ona görə də indiki bəyanatlarını verir və prosesi irəli aparmağa çalışır. Amma bunu bacaracaqmı? Ona nə mane ola bilər? Əvvəla, ona öz xarakteri mane ola bilər – bu, Nikol Paşinyan adlı siyasətçinin mahiyyətidir. Çünki siyasətçi Nikol Paşinyan “vau-effekt”lə işləyir. O, yaxşı və pis mənada populistdir. O, heç vaxt populyarlığını artırmadan sata bilməyəcəyi bir şeyi etməyəcək.
Bu baxımdan o, məsələn, Heydər Əliyevdən fərqlənir. Heydər Əliyev bir vaxtlar Ermənistanla barışığa getdi, çünki başa düşürdü ki, əgər bu barışıq olmasa, Ermənistanın arxasında Rusiya dayanır və Azərbaycan hər şeyini itirə bilər. Ona görə də Heydər Əliyev olduqca qeyri-populyar bir qərar qəbul etdi – Ermənistanla barışığa getdi. Onun komandası buna qarşı idi. Onun ən yaxın köməkçiləri buna qarşı idi. Lakin o, bunu etdi, çünki nə lazım olduğunu bilirdi. Populyar olmasa da, lazım idi.
Paşinyan isə belə bir şeyə qadir deyil. O, qeyri-populyar addım ata bilməz. O, daim “vau!” axtarır. Əgər bu “vau!” olmasa, onda onun üçün bunların mənası nədir? Ona görə də, əgər o birdən görsə ki, erməni cəmiyyəti bunu istəmir, əksinə, qarşıdurma istəyir – o, qarşıdurmaya gedəcək.
Bu, Nikol Paşinyan adlı siyasətçinin mahiyyətidir. Məhz elə Nikol Paşinyan özü həm sülh müqaviləsinə nail ola, həm də buna mane ola bilər”, – deyə David Eydelman yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam