Azərbaycanda 2 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 1 fiziki şəxsə - Abdullayev Fariz İldırım oğluna verdiyi sığorta brokeri və 1 fiziki şəxsə - İsbatov Elçin Nadir oğluna verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.
Yenixeber.org: Bu barədə tənzimləyici quruma məlumat yayıb.
Məlumata görə, bununla bağlı qərar yanvarın 31-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyaların qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.