Hansı lisenziyalar ləğv edilməlidir?
Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır.
"Xeberinfo.com": Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Sual yaranır? Azərbaycanda hansı lisenziyaların tətbiqi biznesin inişafına mane olur və onların ləğvi zəruridir?
Məlumata görə, oxu.az bu suallar ətrafında yerli iqtisadçıların fikirlərini öyrənib.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib ki, əvvəl verilən lisenziyaların sayı 17-18 ədəd idi:
“Azərbaycanda lisenziyaların sayı 17-18 ədəd idi. Hazırda isə onların sayı 30-dan çoxdur. İEÖ-lərin liberal iqtisadiyyatında lisenziya 10 fəaliyyət növü üzrə verilir, amma Azərbaycanda isə onların sayı çoxdur”.
Ekspert lisenziya verilməsinin insanların sağlamlığının, ölkənin təhlükəsizliyinin təmin edilməsindəki rolundan danışıb:
“Libreal iqtisadiyyatda ayrı-ayrı sahələr üzrə lisenziyalaşdırma həyata keçirilir. Məsələn alkoqol içkilərin, kolbasa məlumatlarının istehsal edilməsi sahələrində lisenziyalar verilir. Lisenziyalar bu sahələrə verilir ki, bu istehsalla məşğul olan müəssisələr gələcəkdə insanların sağlamlığına ziyan vura biləcək məhsul istehsal etməsinlər.
Amma bununla belə, düşünürəm ki, lisenziyaların sayı həddindən artıq çoxdur və liberal iqtisadiyyat yaratmaq və sahibkarlığın inkişafına kömək üçün verilən lisenziyaların sayının azaldılması məqsədəuyğundur”.
Öz növbəsində iqtisadçı-ekspert Vüqar Bayramov isə düşünür ki, lisenziyaların sayının azaldılması ilə yanaşı bəzi fəaliyyət növləri üzrə lisenziyalaşdırma prosesi həyata keçirilməlidir:
“Azərbaycan lisenziyalarşdırma sisteminə yenidən baxılması, bəzi lisenziyaların ləğv edilməsinə ehtiyac var. Nəzərə alsaq ki, bu gün çox müxtəlif sektorlarda səhiyyə, yeyinti sənayesində, o cümlədən digər sektorlarda lisenziyalar tətbiq edilir. Təklif ediirk ki, lisenziyaların azaldılması ilə yanaşı, eyni zamanda lombard fəaliyyəti Azərbaycanda lisenziyalaşdıırlsın”.
İqtisadçı lombardlar vasitəsilə aldadılan insanların sayında artım olduğunu və bu fəaliyyətin Azərbaycan Mərkəzi Bankı tərəfindən nəzarət olunmasının vacibliyini vurğulayıb:
“Lombardlar vasitəsilə aldadılan vətəndaşların sayında artım müşahidə edilir. Buna görə, AMB tərəfindən bu faəliyyətə nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu məqsədlə bu sahənin lisenziyalaşdırılmasını təklif edirik”.
V. Bayramov yeyinti, səhiyyə sektorunda (aptek, baytarlıq apteklərinə verilən lisenziyalar) verilən lisenziyaların sayının da çox olduğunu və onların birləşdirilməsi və ləğvinin vacib olduğunu qeyd edib.
“Sadə icazə sisteminin tətbiq edilməsi və uzunmüddətli dövr üçün icazələrin verilməsi biznesin inkişafını stimullaşdııracaq. Eyni zamanda bu imkan verəcək ki, orta sahibkarlar bürokratik əngəllər olmadan fəaliyyətlərini davam edə bilsinlər” - deyə, ekspert qeyd edib.