Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lamiyəyə oxunan məhkəmə hökmündən - Növbəti hissə

 

Son günlərin ən çox müzakirə mövzusu olan Lamiyə Quliyevanın illər əvvəl baş tutan məhkəmə hökmü ilə bağlı dünən "Qafqazinfo"da yayımlanan “Lamiyəyə verilən tarixi hökmün- Şok detalları” başlıqlı xəbərdən sonra oxucuların diqqətini nəzərə alıb hökmdən növbəti hissəni təqdim edirik: 

 

"Xeberinfo.com":  Məhkəmə sənədləri "Gündəlik Bakı" qəzetinə aiddir

Qapalı məhkəmə iclasında dindirilmiş Kazımov da göstərmişdir ki, "mən eşitmişdim ki, Vüqar və Fariz Lamiyəni istəyirlər, onlar Lamiyənin üstündə mübahisə edirlər".

Göründüyü kimi, Farizlə Vüqar arasındakı mübahisə məhz Lamiyə ilə Fariz arasındakı münasibətlə bağlı olmuşdu.

Məhkəmə bu halların məcmusuna qiymət verərək hesab edir ki, Lamiyə Quliyevanın qızlıq bəkarətini məhz Fariz Yusibov pozmuşdur və Lamiyə Quliyevanın kasetdə göstərdiyi tam təsdiq olunur.

Məhkəmə həm də Lamiyə Quliyevanın ifadəsindəki ziddiyyətə də diqqət yetirməyi zəruri hesab edir.

Belə ki, Quliyeva kaset yazısında mərhum Ruslan Aslanovla sinif otağında, müəllim stolunun üstündə ilk dəfə cinsi əlaqədə olmalarını göstərmişdir.

Halbuki istintaq zamanı və məhkəmədə o göstərmişdir ki, mərhum Ruslan Aslanovla dağ tərəfdə cinsi əlaqədə olmuşdur.

Lamiyə Quliyeva göstərmişdir ki, mərhum Ruslan Aslanov onu özünə məxsus 07 markalı maşınla aparmışdır. Halbuki işə əlavə edilmiş etibarnamədən görünür ki, R.Aslanovun həmin vaxt maşını olmamışdır.

Bu hallar bir daha sübut edir ki, Lamiyə Quliyevanın mərhum Ruslan Aslanovla cinsi yaxınlıqda olmaları barədə ifadəsi yalandır.

Məhkəmə eyni zamanda ona da qiymət verməyi vacib hesab edir ki, Vüqar Əliyev və Lamiyə Quliyeva RuslanAslanovu qətlə yetirmişlər. Buna görə də onların ifadəsini yuxarıda şərh edilmiş sübutlardan başqa təkzib və təsdiq edən digər sübut yoxdur. Onlar isə yalan ifadə verməklə hazırda həyatda olmayan şəxsə böhtan atır və Fariz Yusibovu məsuliyyətdən azad etməyə cəhd göstərirlər.

Məhkəmə həm də kasetdə Ruslan Aslanovun və Şahin Quliyevin adlarının çəkilməsi məsələsinə qiymət verməyi zəruri hesab edir.

Yuxarıda qeyd edildiyi kimi, kasetlərdə Lamiyə Quliyeva onunla ilk dəfə cinsi əlaqədə olan şəxslər kimi Fariz Yusibovun, mərhum Ruslan Aslanovun və Şahin Quliyevin adlarını çəkir.

Fariz Yusibovla Vüqar Əliyev arasında Lamiyə Quliyeva əlaqədar çox kəskin münasibət olmuşdur və bu münasibət nəticə etibarilə Yusibovun xuliqanlıq etməsi ilə nəticələnmişdir.

Vüqar Əliyev hələ Lamiyə Quliyeva ilə nişanlanmazdan əvvəl, yəni 2001-ci ildə bilmişdir ki, Lamiyə ilə Fariz arasında yaxın münasibət vardır. Məhz buna görə də onlar 2 dəfə qarşılaşmışlar.

Lakin Lamiyəni istəyən, onu hər vaxt izləyən Vüqar ilə digər şəxslər arasında belə münasibət olmamışdır. Şərh olunanlaragörə məhkəmə hesab edir ki, Lamiyə kasetdə onunla ilk dəfə yaxınlıq edən şəxs kimi Farizin adını çəkərkən əsl həqiqəti demişdir.

Lakin məhkəmə hesab edir ki, Vüqar Əliyev valideynlərinin Aslanovlara mənfi münasibətini bildiyindən qəsdən Ruslan Aslanovun da adını kasetdə yazdırmışdır.

Məhkəmə yuxarıda göstərilənləri yekunlaşdırıb belə nəticəyə gəlir ki, Fariz Yusibov 2001-ci ilin iyun ayında Lamiyə Quliyevanın 16 yaşına çatmadığını bildiyi halda, onunla Lamiyənin razılığı ilə, zor tətbiq etmədən cinsi əlaqədə olmuşdur.

Qeyd edildiyi kimi, Fariz Yusibova həm də Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə ittiham elan olunmuşdur.

Belə ki, 2001-ci ilin iyun ayında 2 dəfə, təkrar Vüqar Əliyevi söymüş , ictimai qaydanıpozmuşdur, onu bıçaqla vurmağa cəhd etmişdir.

Bununla əlaqədar Yusibov göstərmişdir ki, o, Vüqar Əliyevi bıçaqla vurmağa cəhd etməmiş, ictimai qaydanı pozmamışdır.

Lakin Yusibovun bu ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, yuxarıda şərh olunan sübutlardan göründüyü kimi, Vüqar Əliyev istədiyi qız Lamiyə ilə Yusibovla 2001-ci ilin iyun ayında görüşərkən Yusibov başqalarının gözü qarşısında Vüqar Əliyevi söymüş, onu təhqir etmişdir, əlindəki bıçaqla Vüqar Əliyevi vurmaq istəmişdir. Lakin Yusibovun xalası Tahirəonlarıdalaşmağa qoymamış, Yusibov xuliqanlıq hərəkətini davam etdirməsin deyə Tahirə maşına oturub Yusibovla getmişdir.

Yusibov təkrarən, 2001-ci ilin iyun ayında saat 12 radələrində onun iş yerinə gəlmiş Vüqar Əliyevi söyüb, təhqir etmiş, ictimai yerdə Vüqar Əliyevi onun sifətini leziva ilə kəsməklə hədələmişdir.

Məhkəmə hesab edir ki, Yusibova elan olunmuş bu ittihamlar da tam təsdiq edilir.

Belə ki, iş materiallarından göründüyü kimi, Yusibov öz qohumu Lamiyə ilə cinsi yaxınlıq etdikdən sonra, Lamiyə onun idarə etdiyi maşınla müxtəlif yerlərə getmişdir. Həmin vaxt, yəni 2001-ci ildə Lamiyə Quliyevanı həm də Vüqar Əliyev istəmişdir. Vüqar Əliyevlə Fariz Yusibov arasında narazılığın yaranması məhz bununla əlaqədar olmuşdur.

Belə ki, 2001-ci ilin iyun ayında göstərilən məsələ ilə bağlı Vüqar Əliyev dostu Soltan Mansırov vasitəsilə Lamiyə - Fariz münasibətlərini öyrənmək istərkən Yusibov bıçaqla Vüqar Əliyevi hədələmiş, səs-küysalmış, Vüqar Əliyevi bıçaqla vurmaq istəmişdir. Lakin xalası Tahirə onu sakitləşdirdiyindən niyyətini başa çatdıra bilməmişdir.

Bununla bağlı Yusibov göstərmişdir ki, onun Vüqarla söz-sözə gəlməsinə səbəb Vüqar Əliyev tərəfindən izlənməsi olmuşdur. Buna görə də aydınlaşdırmaq istəmişdir ki, onun öz qohumugilə gəlib-getməsinə nə üçüngöz qoyurlar.

Həm Yusibovun öz ifadəsindən, həm xalasıTahirə Əliyevanın ifadəsindən , həm də Soltan Mansırov və Hikmət Kazımovun ifadələrindən görünür ki, Tahirə onları dalaşmağa, həm də bıçaqla vurmağa qoymamışdır.

Bu onu göstərir ki, Yusibov Vüqar Əliyevlə dalaşmaq istəmiş və bunlar kənar şəxslərin gözü qarşısında olmuşdur.

İttihamdan göründüyü kimi, Fariz Yusibov Vüqar Əliyevi bıçaqla hədələmişdir. Bununla əlaqədar, Vüqar Əliyev göstərmişdir ki, Fariz Yusibov onu bıçaqla və leziv ilə vurmaqla hədələmişdir. Lakin məhkəmə hesab edir ki, Vüqar Əliyev məhkəmədə yalan ifadə verir.

Belə ki, iş materiallarından göründüyü kimi, Vüqar Əliyev istintaq zamanı verdiyi ərizəsində göstərmişdir ki, Fariz Yusibov onu bıçaqla vurmaqla hədələmişdir.

Bu halı o, istintaq zamanı vermiş olduğu ifadəsində də təsdiq etmişdir. Bu onu göstərir ki, Vüqar Əliyev məhkəmədə yalan ifadə verməklə Fariz Yusibovu məsuliyyətdən azad etmək istəyir.

Şərh olunanlara görə, məhkəmə Vüqar Əliyevin istintaq zamanı vermiş olduğu ifadəsini daha mötəbər hesab edib ona istinad etmişdir.

Şərh olunanhallara görə məhkəmə hesab edir ki,Fariz Yusibov 2001-ci ilin iyun ayında Vüqar Əliyevi bıçaqla hədələyib, həmin bıçaqla onu vurmağa cəhd etsə də, xalası Tahirə Əliyeva buna imkan verməmişdir. Məhkəmə hesab edir ki, Yusibovun ictimai yer olan küçədə başqalarının görə və eşidə biləcəyi şəraitdə Vüqar Yusibovla mübahisə etməsi, onu bıçaqla vurmaq istəməsi, lakin xalası Tahirə Əliyevanın işə müdaxilə etməsi nəticəsində özündən asılı olmadan niyyətini başa çatdıra bilməməsi, ictimai qaydanın pozulması və cəmiyyətə qarşı zidd hərəkətlər kimi başa düşülməlidir.

Məhkəmə şərh olunanları yekunlaşdırıb hesab edir ki, Yusibova yuxarıda şərh olunan hərəkətlərə görə, Azərbaycan Respublikası CM-nin 152 və 221.3 maddəsi ilə verilmiş ittiham əsaslıdır.

İş materiallarından görünür ki, Əliyev istintaq orqanınaərizə verərək onu Farizin bıçaqla vurmaq istəməsini bildirmişdir. Həmin ərizədə o, vaxtı 2003-cü ilin aprel ayı kimi göstərmişdir.

Məhkəmə bu fakt üzrə dindirilmiş şəxslərin ifadələrinə əsaslanaraq hesab edir ki, istintaq orqanı bu hadisənin 2001-ci ilin iyun ayında olmasını düzgün müəyyən etmişdir. Ancaq ərizə yazanVüqar Əliyev həyəcanlı olduğundan vaxtı düzgün yazmamışdır.

Digər tərəfdən, istintaq və məhkəmə zamanı Yusibovun xuliqanlıq hərəkətlərini 2001-ci ilin iyun ayının məhz hansı günündə etməsini aydınlaşdırmaq mümkün olmamışdır ki, bu da hadisədən təqribən 2 ildən artıq vaxt keçməsi ilə əlaqədardır.

Yusibov Fariz Telman oğluna cəza təyin olunarkən aşağıdakı hallar nəzərə alınmalıdır.

İş materiallarından göründüyü kimi, Yusibov əvvəllər məhkum olmuş, lakin məhkumluğu ödənilmişdir.

Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1 və61.1.7maddələrinə əsasən həmin halları məsuliyyəti ağırlaşdıran hallar kimi qiymətləndirir.

Məhkəmə hesab edir ki,Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən Yusibova qəti cəzanı tam toplamaq yolu ilə təyin edilməlidir.

Azərbaycan Respublikası CM-nin 61, 66.3 , CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M  E T D İ:

Yusibov Fariz Telman oğlu Azərbaycan Respublikası CM-nin 152 və 221.3 maddələrinidə nəzərdə tutulmuş cinayətləri törətməklə təqsirli bilinib, 152-ci maddə ilə 1 (bir)il 6 (altı) ay, CM-nin 221.3 maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən cəzaların toplanması qaydasında Yusibova qəti cəza 6 (altı) il 6 (altı) ay müəyyən olunsun. Cəzasını ümumi rejimli cəzaçəkməmüəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2003-ci ildən hesablansın. Haqqında seçilmiş qətimkan tədbiri həbs dəyişdirilməsin.

Qafqazinfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam