Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Şamaxı TKQ-da misli görünməmiş özbaşınalıq!: ÖZƏL

 

Faiq Hümbbətova “dur” deyən tapılacaqmı? 

 

Xeberinfo.com:   Redaksiyamıza Şamaxı Telekommunikasiya Qovşağı (TKQ) və rəisi Faiq Hümbətovun fəaliyyəti ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatlarda Şamaxı TKQ-nın rəisi cənab Hümbətovun qanunazidd əməllərindən, dövlət vəsaitini mənimsəməsindən və digər özəlliklərindən bəhs olunur. Belə ki, bu haqda xeberinfo.com-a danışan mənbəmiz F.Hümbətovun idarənin 400 min manata qədər vəsaitini qanunsuz yollarla mənimsədiyini bildirdi. Söhbət Şamaxı TKQ-nın DSMF-na, vergi idarəsinə və digər təşkilatlara köçürməli olduğu vəsaitdən gedir. Bu sıraya işçilərdən tutulan gəlir vergiləri də daxildir. İki ildir ki, idarənin bank hesablarının bağlandığını bildirən mənbəmiz deyir ki, “işçilərə verilməli olan rüblük mükafatlar, müalicə xərcləri və 13-cü əməkhaqları mənimsənilir. İşçilər hər ay 90 min manata qədər vəsait toplamasına baxmayaraq, 3 aydan bir əməkhaqqı alırlar. İdarənin 30-40 nəfərə yaxın görünməyən işçiləri var. Son bir ayda 10 nəfərə yaxın yeniləri işə qəbul olunub.

 Hümbətovun Qobustan rayonunda “Diri Baba” adlı şirkəti də var. O, saxta sənədlər tərtib etməklə idarənin vəsaitini həmin təşkilata köçürür və pullar oradan mənimsənilərək götürülür. Bu yaxınlarda Quşçu kəndinə yeni kabel xətti çəkilməli idi. Həmən 20 km xətt satılaraq Hümbətov tərəfindən mənimsənilmişdir. Çıraqlı kəndinə çəkilən kabel xətti xüsusi briqada tərəfindən çəkilməli idi. Hümbətov həmin xətti öz işçilərinə çəkdirərək, onun üçün ayrılmış külli miqdarda vəısaiti mənimsəmişdir.

İdarədə 2 əmək haqqı vedomostu var ki, bunlardan birinə yaxın işçiləri qol çəkib pul götürür, digəri isə karta buraxılır. İdarənin toplanan pulları inkasator vasitəsi ilə banka göndərilməli olduğu halda, qeyri-qanuni kassir ştatı fəaliyyət göstərir. Bu məsələlərin təcili olaraq yoxlanılması və qanunamüvafiq tədbirlərin görülməsi vacibdir”.

Bu detallar mənbəmizin verdiyi məlumatların bir qismidir. Bu sırada müəyyən əxlaqazidd məlumatlar da yer alır...

Biz bu və digər məlumatlarla bağlı hörmətli Faiq Hümbətovu da dinləmək istədik. Təəssüf ki, alınmadı.

Mövzu diqqətimizdədir.

 

 

Qasım

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam