Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

TKQ rəisindən "unikal" addım

 

Səməd Abıyev «oğurluq» məsələsindən 5 il sonra xəbər tutub, polisə müraciət edib 

Xeberinfo.com:   «MTN işi» ilə əlaqədar baş qaldırmış qalmaqal artıq bir sıra nazirliklərə sıçrayıb. Bu sırada öndə gedənlərdən biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Məlum qalmaqaldan sonra nazirliyin 10-dan artıq əməkdaşı həbs olunub və bundan sonra həbs edilə bilənlərin olacağı istisna edilmir. 

Qeyd edək ki, bu həbslərin ardından yoxlamaların da start götürəcəyi gözlənilir. Xüsusən də yerli Telekommunikasiya Qovşaqları (TKQ) üçün «qara günlər»in başlaması elə də uzaqda deyil. Vəziyyətin belə bir şəkil almasından duyuq düşən TKQ rəislərinin bəziləri indidən özlərini sığortalamağa çalışırlar. 

Jam.az-a daxil olan məlumata görə, Masallı Telekommunikasyia Qovşağının rəisi Səməd Abıyev sözün həqiqi mənasında «unikal» addım atıb. Belə ki, qovşaq rəisi 2011-ci ildən bəri qurumun balansında olan kabel və digər ləvazimatları sataraq, özünə götürdüyünün artıq problemə çevriləcəyini görməyə başlayıb. İddia olunur ki, əgər yoxlama gələrsə, Masallı TKQ-da durumun daha ağır olacağı şübhəsiz hesab edilir. 

Atılan «unikal» addıma gəlincə isə Səməd Abıyev 2011-ci ildən bəri Masallı TKQ-dan xeyli miqdarda oğurluq hallarının edildiyinə dair Masallı rayon Polis Şöbəsinə şikayət edib. Şikayətində vurğulayıb ki, həmin müddətdən bəri balanslarında olan kabel, avadanlıq və digər ləvazimatlar «oğrulanıb». 

Məlumat verən mənbələrin bildirdiyinə görə, Səməd Abıyevin belə bir addım atması özünü qorumaq məqsədi güdüb. Onların sözlərinə görə, qovşaq rəisi vəzifə başına keçəndən özbaşınalıq etməklə yanaşı, həm də TKQ-nın balansındakı avadanlıq və ləvazimatların satışını təşkil edib. «Oğurluq» məsələsinin 5 il sonra yada düşməsi və bununla bağlı polisə müraciət edilməsi isə bilavasitə özünümüdəfiə məqsədi güdüb ki, onun da işə yarayacağı inandırıcı görünmür. 

Xatırladaq ki, Səməd Abıyev uzun müddət Masallı Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. İşdən çıxarıldıqdan sonra onu Masallı TKQ-ya rəis təyin ediblər. Bu məsələdə də ona qardaşı, hazırda Daşkəsənin icra başçısı Əhəd Abıyev yaxından köməklik göstərib. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam