Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Həbs dalğası Salyan TKQ-nı da “vura” bilər: ÖZƏL

 

Qovşaq rəisinin ciddi ittihamlar qarşısında susması birmənalı qarşılanmır

Xeberinfo.com:   Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən start götürən məlum hadisələrin regionlara da sıçrayacağı gözlənilən idi. Xüsusi ilə də “Aztelekom” MMC-nin “şef”i Məhəmməd Məmmədovun həbsindən sonra əksər rayon Telekommunikasiya Qovşaqlarıda (TKQ) hədəfə gəldi.  Hələ bir müddət əvvəl Hesablama Palatası “Aztelekom”da ciddi maliyyə maxinasiyalarını aşkarlamışdı. Küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları həyata keçirilməli olan layihələrin “məhsulu” idi. Hansı ki, bu layihələr daha şox regionları əhatə edirdi... Salyan TKQ-da istisna deyildi.

Oxucularımıza da məlum olduğu kimi, biz xeberinfo.com olaraq məlum hadisələrdən Salyan TKQ-nın da sığortalanmadığı haqqında informasiya vermişdik. “Salyan TKQ-da yoxlamalar aparılacaq” başlıqlı yazıda bu rayonda rabitə və internet sahəsində müəyyən problemlər və qovşaqda aparılan maliyyə əməliyyatları ilə bağlı ziddiyyətli məlumatlarımızın olduğunu qeyd etmişdik. Təəssüf ki, Salyan TKQ-nın rəisi Faiq Nəcəfovun mətbu sayqısızlığı sayəsində əldə etdiyimiz məlumatlara aydınlıq gətirə bilməmişdik. Bu səbəbdən də hansısa yanlışlıq olar deyə, mövzu ilə bağlı geniş yazı hazırlaya bilməmişdik.

Son günlər isə Salyan TKQ-nın rəisi Faiq Nəcəfovun fəaliyyəti elektron medianın mövzusuna çevrilib.  AzMedia.info-nun yazdığına görə Salyan rayonunda aparılan araşdırmalar zamanı məlum olub ki, hökümət kanalı olaraq bilinən strateji xəttdə aparılan telefon danışıqları və internet yazışmaları Salyan Telefon Qovşağının rəisi Faiq Nəcəfovun tam nəzarəti altında olub. Belə ki, Faiq Nəcəfov rayon idarə müdirlərinin tabeçiliyndə olduqları nazirliklərlə danışıqları və yazışmaları dinlənilib. Faiq Nəcəfovun bütün məlumatları mütamadi olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova çatdırıb.

 

Mənbənin bildirdiyinə görə ən çox dinlənən və yazışmalara nəzarət edilən dövlət qurumları arasında Rayon Polis Şöbəsi, Rayon Prokurorluğu, Rayon Məhkəməsi, MTN-nin yerli şöbəsi, Maliyyə şöbəsi və onların rəhbərləri olsa da, bütün digər dövlət qurumlarının rəhbələri və məsul şəxsləri dinlənilib və yazışmaları nəzarət altında olub. 

 

Məlumatda qeyd olunur ki, Faiq Nəcəfov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun yaxın qohumudur və hal-hazırda Salyan rayonunun idarəçiliyi demək olar ki, bu adamın əlindədir. Tahir Kərimov harda çalışıbsa, onun bütün qara işlərini məhz Faiq Nəcəfov yürüdüb. Bundan əvvəl isə Tahir Kərimov Daşkəsən rayonuna rəhbərlik edərkən Daşkəsən Rayon Telefon Qovşağına rəhbərlik edən Faiq Nəcəfovun yerli məmurları dinləməsi ilə gündəmə gəlib. O zamanda məlum olub ki, Faiq Nəcəfov yerli məmurları dinlətdirərək əldə etdiyi məlumatları Tahir Kərimova ötürürmüş”. 

 

  Göründüyü kimi, yazıda Faiq Nəcəfova qarşı kifayət qədər ciddi ittihamlar yer alıb. Maraqlıdır ki, cənab Nəcəfov bütün bu ittihamlara susmaqla “cavab verir”. Bu isə birmənalı qarşılanacaq reaksiya deyil...

Xeberinfo.com-a daxil olan məlumata görə qovşaq rəisi barəsində yayılan məlumatlardan narahatçılıq keçirməkdədir. Hətta məlum həbs dalğasının Salyan TKQ-nı da “vura” biləcəyi ilə bağlı rayonda söz-söhbətlər də dolanır. Bu istiqamətdə redaksiyamıza müəyyən məlumatlar da daxil olub. Təəssüf ki, Faiq Nəcəfovu dinləmək cəhdlərimiz nəticəsiz qaldığından, bu məlumatlarla bağlı yaza bilmirik.

Mövzu diqqətimizdədir.

 

Akif        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam