Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xətai TKQ-nın rəisi rabitəli korrupsiyanın "qurban"ı ola bilər: YENİLƏNİB

 

Beytulla Hüseynovla Nazim Əliyevin özəl münasibətlərinin dünəni və bugünü

 

Xeberinfo.com:  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (RYTN) həbs dalğası dursa da, davam edəcəyi də istisna deyil. Dövlət vəsaitini mənimsəmə, rüşvətxorluq, korrupsiya kimi qanunazidd faktlar bu nazirliyi başdan tutmuş yerli strukturlara qədər ağuşuna alıb. Gün keçdikcə məlum olur ki, səlahiyyət sahibləri “rabitə” sözünü özlərinə sərf edən kimi anlayıblar: rabitəli korrupsiya şəbəkəsi yaradıblar.

Məlum olur ki, rabitəli korrupsiyada şəxsi dostluq və qarşılıqlı inam önəmli amil olub. Qarşılıqlı inam və etibardan doğan belə iş birliyi ilə bağlı xeberinfo.com-a yeni məlumatlar daxil olub. Məlumatlarda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) həbsdə olan baş direktoru Beytulla Hüseynovla Xətai Telefon Qovşağının rəisi Nazim Əliyevin “birgə fəaliyyətindən” bəhs olunur. Öncədən qeyd edim ki, Nazim Əliyev Beytulla Hüseynova yaxınlığı ilə tanınan üç qovşaq rəislərindən biridir. Əlbəttə, Xətai kimi strateji və gəlirli rayonun qovşaq rəisi olmaq hər kəsə nəsib olmur...

 Beytulla Hüseynov-Nazim Əliyev tandeminin fəaliyyətinin geniş sferanı əhatə etməsi ilə bağlı məlumatlar var. Məlumatlarda dostların bir sıra “birgə layihələrindən” və Xətai TKQ-dakı maliyyə əməliyyatlarından bəhs olunur. Maliyyə əməliyyatı deyərkən söhbət ancaq hansısa mal-materialın alınmasından, kağız üzərində hansısa rabitə xəttinin dəyişdirilməsindən yox, layihəsi rabitə xəttinə düşən yeni tikilmiş yüksəkmərtəbəli binaların (“Novostroyka”) taleyindən də gedir. Bununla bağlı xeberinfo.com-a danışan mənbə bina tikən iş adamlarının 30-40 min, bəzən isə 50 min “tərləməli” olduqlarını deyir. Hansı ki, məlum qaydalara uyğun olaraq kabellər baş idarə tərədindən ayrılmış vəsait hesabına köçürülməlidir. (Nəzərə alaq ki, Xətai paytaxtın ən çox yüksək mərtəbəli bina tikilən rayonudur.)  Buna “bir güllə ilə iki dovşan vurmaq” da deyirlər.

Bütün bunlar bir yana, Xətai qovşağının rəisinin adı həm də vəzifəsindən sui-istifadə etməklə kriminal hadisələrdə də hallanır. Həm də siyasi dairələr və ictimaiyyat üçün maraqlı olan hadisələrdə... Elə bu səbəbdən də hazırda Nazim Əliyevin az qala hər gün haralarasa dəvət olunduğu deyilir.   

Biz istintaqın gedişini nəzərə alıb, hələlik bu məlumatlarla bağlı geniş yaza bilmirik. Təəssüf ki, Xətai TKQ-nın rəisi hörmətli Nazim Əliyevi dinləmək istiqamətindəki cəhdlərimiz də nəticəsiz qaldı. Son hadisələr səbəbindən cənab Əliyevin böyük narahatçılıq keçirdiyi və yaxınlarını həbs olunacağına psixoloji olaraq hazırladığı da məlumatlar sırasındadır.

                                             ***

Ötən ayın 29-da hörmətli Nazim müəllim bizimlə telefon əlaqəsində mövzuya mövqe bildirdi. Əlbəttə, buna mövqe demək mümkünsə. Nazim Əliyev bizim suallarımıza cavablandırmağı “unudub”, təhdidə keçdi: “Mən sizin suala niyə cavab verməliyəm. Yazdıqlarınıza görə hüquq-mühafizə orqanlarına cavab verərsiniz”(?)

Cənab Əliyevin bu “cavabı” bizim üçün heç də təəccüblü deyil. Təəssüf ki, hələ də mətbuatla bu sayaq “işləyən” səlahiyyət sahiblərimiz var olmaqdadır.

Mövzunun davamı ola bilər.

 

 

Qalib 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam