Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Rabitəçilərin işi”nə görə daha bir həbs gözlənilir: ÖZƏL

 

Qəbələ Telekommunikasiya Qovşağında da mənimsəmə faktları aşkarlanıb

 

Xeberinfo.com: Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qəbələ Telekommunikasiya Qovşağında (TKQ) apardığı son yoxlama ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Nazir Ramin Quluzadənin şəxsən göstərişi ilə aparıldığı deyilən yoxlamalarla Qəbələ TKQ-da ciddi qanun pozuntuları aşkarlanıb. Hələlik yoxlamanın nəticələri ictimaiyyətə açıqlanmasa da, xeberinfo.com-a verilən məlumata görə “Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi layihəsi” çərçivəsində TKQ-larının mərkəzi ATS-lərinin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentinə qoşulması Qəbələ rayonunda yumşaq desək yarasız icra olunub. Bundan əlavə rayon mərkəzi və kəndlərinin telefonlaşdırılması, eləcə də internet xidmətləri ilə də bağlı ciddi qüsurlar aşkarlanıb. Bu istiqamətdə ayrılan vəsait təyinatı üzrə xərclənməyib.

Məlumata görə Qəbələ TKQ-da aparılan yoxlamanı və hələ açıqlanmayan nəticəni “Rabitəçilərin işi”nin davamı da hesab etmək olar. Belə ki, 2002-ci il avqust ayının 30-dan Qəbələ TKQ-nin rəisi vəzifəsində çalışan Şahin Tağıyevin həbs olunmuş rabitəçilərlə, xüsusi ilə də  «Aztelekom» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovla zaman-zaman müəyyən “iş birliyi”də olduğu bildirilir...

Qəbələ TKQ-nın rəisi Şahin Tağıyevin fəaliyyəti, eləcə də sahib olduğu kapitalla bağlı bu günə qədər mətbuatda da çox yazılıb... Qəbələdə və paytaxtda kommersiya obyektləri, villalar və s. Görünür məlum “iş birliyi” ilə bağlı dolanan məlumatlar da həqiqətdən uzaq deyil. Bunca kapitala TKQ rəisinin aylıq məvacibi ilə sahib olmaq olarmı?

Məlumatla bağlı Şahin Tağıyevi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.

 

Malik 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam