Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

İRAN ERMƏNİSTANIN ƏRAZİ BÜTÖVLÜYÜ İLƏ BAĞLI NİYƏ NARAHATDIR? -Qərar verilib, sərhədlər yenə dəyişəcək, Ermənistan kiçiləcək!

Antitürk cəbhəsinin dağılması Ermənistandan başlanacaq, bu ölkə artıq öz sonunun başlanğıcındadır!

Yenixeber.org: Bu günlərdə İran xarici işlər naziri ciddi maraq doğuran beyanatla çıxış etdi: ˝Zəngəzur dəhlizi Ermənistan üçün zərərlidir, biz qonşu dövlətlərin sərhədlərinin dəyişdirilməsini qəbul etmirik. Bu bizim qırmızı cizgimizdir˝.

Bəyənatın ünvanlandığı dövlət Rusiyadır. Deməli, İran tərəfi Ermənistanın sərhədlərinin dəyişdiriləcəyi ilə bağlı konkret bilgiyə malikdir və bu sərhəddəyişmə əməliyyatında baş rolu Rusiyanın oynayacağını da bilir.

Bir daha altını cızaraq qeyd edək ki, bu bəyənatı hansısa kütləvi informasiya vasitəsi deyil, dövlətin vəzifə başında olan xarici işlər naziri verib. Rəsmi dövlət orqanının əlində belə bilginin olması və onun ictimailəsdirilməsi Ermənistanın ərazi bütövlüyünün doğurdan da təhdid altında olduğunu göstərir. İran kimi ciddi diplomatik ənənəyə və geniş kəşviyyat şəbəkəsinə sahib olan bir dövlətin əlində konkret məlumat olmasaydı, özünün bölgədəki ən böyük müttəfiqi olan Rusiyanın üzərinə belə təhdidlə getməzdi.

Dövlətlər məlumatlı olur. Üstəlik, Tehranla Moskva arasında bölgədəki proseslərlə bağlı mütəmadi məsləhətləşmələr və mövqelərin uzlaşdırılması praktikası mövcuddur.

İranın bu əndişəsinin haradan qaynaqlandığını anlamaq üçün son iki-üç həftə ərzində bölgədə baş verən proseslərin xronikasını göz önünə gətirək:

Rusiyanın Təhlükəsizlik Şurasının sədri S. Şoyqu əvvəlcə Tehrana, ordan da Bakıya səfər edir. Şoyqu Bakıda sərt formada Qərbi Ermənistana buraxmaq olmaz˝ bəyənatını verir.

Bir həftə sonra V. Putin Bakıya gəlir və Putinin Bakıda olduğu gün S.Lavrov ˝Paşinyan Zəngəzur dəhlizinin açılmasını sabotaj edir˝ deyib Ermənistanı danışıqları pozmaqda günahlandırır. İrəvan isə Moskvanın ciddi xəbərdarlıqlarını qulaqardına vurur və Rusiyaya yönəlik daha ağır ittihamlar səsləndirir.

Paralel olaraq, İrəvan müxtəlif dövlətlərdən aldığı müasir silahların və ABŞ qüvvələrinin Ermənistana daşınmasna son qoymur.

Baş verən hadisələri bir sapa düzdükdə kifayət qədər ağılabatan görünən belə bir ehtimal doğur: Rusiya İran tərəfinə Ermənistanın Qərbə doğru çevrilməsindən ciddi narahat olduğunu bildirib və bu prosesə son qoyulmazsa, Zəngəzur xəttində böyük problemin meydana gələcəyini Cənub müttəfiqinin diqqətinə çatdırıb. Rəsmi Tehran da Zəngəzur təhlükəsi məsələsini ciddiyə alaraq hərəkətə keçib.

Maraqlıdır ki, rəsmi Tehran müzakirələrin əsas mövzusu kimi dəhliz problemini ilə yanaşı, Ermənistanın sərhədlərinin dəyişəcəyini, yəni bu dövlətin ciddi ərazi itkisinə məruz qalacağını qəti şəkildə gündəmə gətirir.

Araşdırmağa çalışaq: Ermənistandan ərazi qoparılmasında hansı tərəf maraqlıdır və bunu hansı dövlət edə bilər?

Bölgədəki əsas oyunçular ABŞ, Türkiyə, Rusiya, İran və Azərbaycandır. Bu gün Ermənistan elə acınacaqlı durumdadır ki, göstərilən dövlətlərdən hər biri erməni dövlətindən istədiyi qədər torpaq qopara bilər. Ermənistan bir dövlət olaraq min bir hiylə ilə türk torpaqlarında qurulub. Bu səbəbdən, Azərbaycan və Türkiyə ˝oğurlanmış˝ torpaqlarımızın özümüzə qaytarılmasından heç də imtina etməzdilər.

ABŞ və İran isə Ermənistanı antitürk projesi olaraq görür, bu səbəbdən erməni dövlətinin kiçilməsini və zəifləməsini əsla istəməzlər.

Rusiya da Ermənistanı türklərə qarşı bir forpost kimi qurub və əslində onun parçalanmasında maraqlı olmamalıdır. Antitürk siyasətində maraqları üst-üstə düşən İran və Rusiya ermənilərə dəstək məsələsində hər zaman rahatlıqla anlaşıblar.

İndi isə dəngələr dağılıb. İran Ermənistanın ərazi bütövlüyünün təhlükədə olduğunu və bu təhlükənin Azərbaycan və ya Türkiyədən deyil, Rusiyadan gəldiyini bildirir. Fars hakimiyyəti məhz Rusiyanın Tehrandakı səfirini İran XİN-ə çağıraraq Zəngəzur dəhlizi və Ermənistanın ərazi bütəvlüyünə təhdid məsələsi ilə bağlı səfir Dedova protest notası verirb. Deməli, köhnə müttəfiqlərin Ermənistanla bağlı maraqları toqquşub.

Rusiyanın erməni dövlətinə yanaşması məlumdur: Ermənistanı Rusiya qurub, bu dövlət hər zaman Moskvanın yanında olmalıdır. İrəvan Moskvadan qopub Qərbə doğru yönələcəksə, standart rus yanaşmsına uyğun qaydada cəzalandırılacaq, ölkəsi parçalanacaq, torpaqlarnı itirəcək.

İran üçünsə Ermənistanın yeganə əhəmiyyəti onun antitürk qalası olması və Türk dünyasını ikiyə bölməsidir. Bu funksiyanı yerinə yetirdiyi sürədə İrəvan istər Moskvanın yanında olsun, istər Vaşinqtonun, istər Pekinin istərsə də Parisin, Tehran üçün fərq etmir. Lakin həm dünyada həm də bölgədə vəziyyət dəyişir və hansı dövlətin hansı siyasəti yürütməsindən asılı olmayaraq Ermənistanin antitürk siyasətinin potensialı gündən-günə zəifləyir.

Belə ki, böyük bir regionda sürətlə güclənən Türk faktoru Cənubi Qafqazda da qarşısıalınmaz gücə çevrilir. Bu reallıq istənilən variantında İran və Ermənistan üçün qaranlıq perspektivlər vəd edir.

Ermənistan zəif həlqədir və antitürk cəbhəsinin dağılması da Ermənistandan başlanacaq. Bu ölkə artıq öz sonunun başlanğıcındadır. Geopolitikanın qızıl qaydası hər zaman olduğu kimi yenə qüvvədədir və belə səslənir: ˝Dövlət ya böyüyəcək, ya da kiçiləcək.˝

Dövlətlər və sərhədlər əsrlər boyu dəyişməz qala bilməz. Bunu tarix sübut edir. Azərbaycan, Türkiyə və digər türk dövlətləri üçün kiçilmə dövrü bitmiş sayılır. Ermənistanın isə böyümə dövru 44 günlük müharibə ilə sona çatdı. Ermənistan başda olmaqla türk torpaqlarını sahiblənmiş antitürk dövlətlərinin kiçilməsi prosesi də aydın şəkildə üfüqdə görünür.(azpolitika)

Namiq Bilal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam