Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRANDA NƏ BAŞ VERİR? - İsmayıl Haniyənin Tehrandakı müammalı ölümündən 4 gün keçir

1979-cu il fevralın 11 -dən mövcud olan İran “molla” rejimi tarixinin ən ağır dövrünü yaşayır. Dövlətin reputasiyası plintus səviyyəsindədir. 2020-ci il yanvarın 3-də Qasım Süleymanının ölümüylə başlanan bu proses etnik Türk Məsud Pezeşkianın and içmə mərasimində Həmas lideri Haniyənin ölümü ilə kuliminasiya nöqtəsinə çatıb.

Yenixeber.org: İxtisasca tarixçiyəm və dünya tarixində bir prezidentin inaqurasiya mərasimində belə bir hadisənin olduğunu xatırlamıram. Belə ki, dünyanın 80 ölkəsindən dövlət rəsmilərinin iştirak etdiyi tədbirin gecəsi Həmas lideri Tehranın mərkəzində müammalı şəkildə öldürülüb. Necə öldürülüb, niyə öldürülüb və niyə indi?Haqlı suallardır düzmü? Siz zamanlanmaya diqqət edin. Bütün dünya İranın atacağı addımları hesablayır. Artıq bir çox ölkələr Tehrana təyyarə reyslərini təxirə salıb, İran televiziyası müharibə çağırışları edir.Ölkə faktiki olaraq müharibə vəziyyətindədir. Çünki ictimai fikir bu yöndə hazırlanır. Həqiqətən də etiraf edim ki, hazırki prezident Məsud Pezeşkian çətin durumdadır. Heç kim hal-hazırda onun yerində olmaq istəməz. Təbii ki, İranda prezident icraedici funksiyanı yerinə yetirir. Əsas qərar verən orqan “Vilayəti Fəqihi”-dir.Dini lider, 86 yaşlı etnik türk(bu da maraqlıdır 1979-cu ildən həm dini lider həm də prezident etnik kökənli türkdür) Xamneyi ağa nə qərar verəcəksə Pezeşkian onu icra etmək məcburiyyətində qalacaq.

               Bəs, bu qərar nə olacaq?

Qərara keçməzdən öncə bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Açığı sizə etiraf edim ki, İran əhalisi mövcud reallıqdan narazıdır. Belə ki, əhalinin ötən il böyük şəhərlərdə etiraz aksiyaları keçirməyini və hansı nəticələrə gətirdiyini bilirsiz. Məhz yeni seçilən prezidentin islahatçı kimi təqdim olunmağı və mövcud reallığı qısmən dəyişəcəyinə ümid edən sadə vətəndaşlar(ölkə əhalisinin çox hissəsi gəncdir) prezident seçkilərində hazırki prezidentə səs verməyi yazdıqlarımı təsdiqləyir. Sadə insanlar yenilik istəyir. Düşünürəm ki, hazırki prezidentin reputasiyasının təmiz olması, islahatçı olmağı və etnik türk olmağı insanlarda dəyişiliklərə ümid yaratmışdı. Və düşünün ki, prezidentliyinin ilk günündə faktiki müharibə şəraitində olmağı onu da çətin duruma sürükləyib.

İranın hazırkı rejiminə İsrail bilirsiz niyə lazımdır? Yaxın şərqdə güc sahibi olmağına görə. Milyardlarla pulu proksilərinə xərcləyən İran hazirda ağır iqtisadi durumdadır (bura sanksiyaları da əlavə edək). Sadə iranlı yenilik istəyir, yaşayış istəyir, gənclər daha çox azadlıqlar istəyir. İran hansı gününə və kimə arxalanaraq (Rusiya və Şimali Koreyayamı?) siyasət yeridir.

Rusiya izqoy dövlət rolundadır, bu dövlətin yanında olmaq və ona dəstək olmaq lazımdımı? Sual oluna bilər ki müttəfiqdilər? Cavab: Məcburiyyət, çünki hər ikisi izqoydur. İran dronları Ukraynanın dinc şəhərlərini hədəf alır, insanlar ölür. İsrailə də İranın hazırki rejimi lazımdır. Bu, həm daxili ictimai fikrə həm də ABŞ-dən daha çox yararlanmaq funksiyasını yerinə yetirir. Bəzən düşmən olmasa belə onu yaratmaq lazımdır.

Nə olacaq? İranla İsrailin quru sərhəddi yoxdur. Yəni-böyük maştablı müharibə olma ehtimalı azdır. Bu məsələ raketlərin atılması (bir neçə saatlıq və ya günlük) və daxili ictimai fikri raharlatmaq rolunda olacaqdır.

Pezeşkian nə yatdı ki nə də yuxu görə...

İrana böyük müharibə heç bir halda uyğun deyil, əks halda bunun İrana və regionumuza hansı faciələrə gətirib çıxaracağı göz önündə!

P.S.Pezeşkian bu ağır mərhələdən çixarsa, qərblə danışıqları bərpa edib, sosial-iqtisadı durumu düzəldərsə, eyvallah, nə gözəl.

Olmazsa, İranın da özünün də axırı naməlum?!

Qabil Osmanlı: Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam