Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Gözlənilən bir qətliamın tarixçəsi –Bu barədə Narışkində də məlumat olub, Xəlilovda da

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyaya “Crocus City Hall” konsert zalında gözlənilən terror aktı ilə bağlı mesaj göndərməsi barədə xəbər teraktın baş verməsindən yarım saat sonra yayılmışdı.

Yenixeber.org: Hər kəsə elə gəlirdi ki, bu, ümumi səciyyəli xəbərdarlıq olub, “ehtiyatlı olun, yaxın vaxtlarda nəsə xoşagəlməz hadisələr ola bilər”dən başqa bir şey olmayıb.

Elə bu xəbərə reaksiya verən rus rəsmilər də o cür deyirdilər: “ABŞ-ın xüsusi xidmət orqanlarının mesajı ümumi xarakter daşıyırdı”.

Günlər keçdikcə, Rusiya rəsmiləri teraktda birbaşa Ukraynanı, dolayısı ilə ABŞ-ı, Fransanı ittiham etdikdə məsələnin rəngi dəyişdi. Bu dəfə “Vaşinqton Post” kimi nüfuzlu qəzetdə dərc olunan məqalədə göstərildi ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinə müraciət edərək yaxın günlərdə “Crocus City Hall” konsert zalında terror aktı törədiləcəyini xəbər verib.

Dünən bu barədə ABŞ-ın dünya şöhrətli jurnalisti Seymur Herş də yazıb və onun yazdığında daha bir detal var: MKİ-nin Rusiyaya göndərdiyi xəbərdarlıq “təcili” qrifli olub. Başqa sözlə, bu mesaj nəzərə alınmaması, məhəl qoyulmaması mümkün olmayan ciddilikdə olub.

Bu o deməkdir ki, Rusiyanın xüsusi xidmət orqanlarının əlində terror aktının nə vaxt (bir-iki gün ərzində), harada (“Krokos Siti Holl”) və kimlər (İŞİD-in sərəncamında olan terrorçular) tərəfindən törədiləcəyi barədə məlumat olub.

narrrr.jpeg (83 KB)

Bununla belə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, ABŞ-ın terror aktı ilə bağlı məlumatları ümumi xarakter daşıyıb və “Crocus City Hall”dakı konsertə hücumun bütün iştirakçılarının kimliyini müəyyənləşdirməyə kömək etməyib.

Ta nə olaydı? Bir o qalırdı ki, MKİ təhqiqatçıları martın 22-də təcili Moskvaya uçalar, “Krokus”da yerləşələr və terrorçuların gəlişini gözləyələr.

Bu barədə sonuncu yazını yazan adamın Seymur Herş olması məsələni yeni bir müstəviyə çıxarır.

86 yaşlı Seymur Herş son 60 ildə demək olar ki, ABŞ-ı idarə edən bütün prezidentlərin administrasiyasına başağrısı yaşadıb.

xerş yaz-.JPG (85 KB)

O, Vyetnam müharibəsi zamanı ABŞ ordusu tərəfindən törədilən May Lay qırğınının üstünü açaraq beynəlxalq şöhrət qazanıb və ondan sonra “Pulitser” mükafatı qazanıb.

Amerikalı hərbçilərin “Əbu Qreyb” həbsxanasında iraqlı məhbuslara işgəncə verməsini ictimailəşdirən və dünya miqyaslı qalmaqala səbəb olan adam məhz S.Herş olub. O, Üsamə bin Ladenlə bağlı əməliyyatı şübhə altına alan, Rusiyadan Almaniyaya gedən “Şimal axını” qaz kəmərlərinin partladılmasını ABŞ-ın özünün təşkil etdiyini israrla iddia edən araşdırmaçı jurnalistdir. Onu konspirologiya ustası sayırlar, amma adamın Ağ Evdə, Pentaqonda, MKİ-də, eləcə də başqa dövlətlərin rəhbərliklərində ciddi mənbələri var.

Ötən il bu vaxtlar Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-ın ayırdığı yüz milyonlarla dolları mənimsəməkdə ittiham edən, eləcə də öz ölkəsinin rəhbərliyinin heç bir qəbahətini əfv etməyən bu jurnalist bu gün Rusiyanın “Krokus”kı teraktdan öncə başısoyuqluğa yol verdiyini yazırsa, demək, əlində ciddi faktlar var.

İndi müəmmalı olan odur ki, Rusiyanın xüsusi xidmət orqanları niyə ABŞ-ın xəbərdarlıqlarına barmaqarası yanaşıblar?

Bəlkə də prezident Putin hələ 15 mart seçkisindən əvvəl ortaya “ABŞ-ın terror barədə xəbərdarlığı şantaj xarakterlidir” mövqeyi qoymasa, Narışkinin idarəsi daha effektiv işləyə bilərdi, kim bilir?

krokkll.jpg (80 KB)

Rusiyanın Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Svetlana Jurova isə bildirib ki, görünür, ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığında təfərrüatlar olmayıb, istənilən böyük ictimai obyektdə nəsə təhlükə olacağını demək olar. “Müəyyən səciyyəvi cəhətlər olmalıdır, çünki konkretlik olmadan bu mümkün deyil, bir növ panika olardı”, - Jurova deyib.

Konkretlik isə olub: “Qısa müddətdə “Krokus Siti Holl” adlanan konsert zalında terror aktı olacaq”. Bundan dəqiq konkretlik ola bilməz. Ondan da ötəsi, terror aktından əvvəl insanların panikaya qapılması və salamat qalması yaxşıydı, yoxsa teraktdan sonra panikaya qapılmaları və kütləvi şəkildə həlak olmaları önəmliydi? Svetlana Jurova öz dərin ağlıyla bunu düşünsə, yəqin ki, terakt xəbərdarlığı məsələsində susardı.

Görünür, öz prezidentlərinin fəhminə və informasiya qaynaqlarına etibar edən rus kəşfiyyatçılar “amerikalılar qələt edirlər” fikrində olublar. Ya da daha pis bir variant var: terror aktı barədə məlumatlı olanlar hesab ediblər ki, “Krokus”da irland terrorçuların təşkil etdiyi “tələfatsız partlayışlar”dan biri baş verəcək, yanğın olacaq və söndürüləcək, ondan sonra “biz bilərik, nə edərik” mərhələsi başlayacaq. Başqa sözlə, heç kəs terror aktında zərər çəkənlərin 650-ni keçəcəyini, 144 adamın həlak olacağını düşünməyib.

isssll.jpg (64 KB)

Daha bir detal da odur ki, “Krokus” teraktı zamanı 100-dən çox insanı gizli yollarla binadan çıxararaq xilas edən 15 yaşlı İslam Xəlilov mediaya deyib ki, “Krokus”da terror aktı ola biləcəyi barədə onlara öncədən ümumi şəkildə xəbərdarlıq edilibmiş.

15 yaşlı uşaqda “ümumi məlumat” varsa, demək, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkində daha detallı bilgi olub.

Fəqət xəbərdarlıqlar, məlumatlar, mesajlar heç bir işə yaramayıb. Ona görə də Rusiyada terror aktını hər kəsə tanıdılan “xarici agentlər” yox, heç kəsin tanımadığı gizli cihadçılar törədib.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam