Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünya tarixinin ən “bahalı” dövrü –onun “yaradıcı”sı Adolf Hitler olub

Tarixi faktlardan məlumdur ki, müharibələr istər qalib, istərsə də məğlub tərəfln iqtisadiyyatına ciddi zərbələr vurub. Sülh dövründən fərqli olaraq müharibə dövründə daha çox vəsaitlərin xərclənməsi sübuta ehtiyacı olmayan faktdır. Bu baxımdan II Dünya müharibəsi, 1939-1945-ci illəri dünya tarixində ən “bahalı” dövr saymaq olar. Bu müharibə zamanı sərf olunan vəsaitlər bunu deməyə tam əsas verir. Əvvəlki müharibələrdən fərqli olaraq Adolf Hitlerin başladığı müharibə həm özünə, həm də bütün dünyaya baha başa gəlib. Başqa sözlə, dünyanın siyasi liderləri səxavətlərini savaşdan əsirgəməyiblər.

Yenixeber.org: Maraqlıdır, İkinci Dünya müharibəsində tərəflər nə qədər vəsait sərf ediblər, hərbi əməliyyatlara, ordulara nə qədər pul xərclənib, dağıntılar ölkələrə nə qədər ziyan vurub?

Bütün bu məbləğləri dəqiq hesablamaq mümkün olmasa da ortaya təxmini rəqəmlər çıxarılıb. 60-dan artıq ölkənin cəlb olunduğu İkinci Dünya müharibəsinin miqyası o qədər böyük olub ki, hələ bu günə qədər də statistikada rəqəmlər ilbəil dəyişir.

3536.jpg (118 KB)

2020-ci ildə nüfuzlu beynəlxalq təşkilatların birgə apardığı araşdırmaların son  statistikasına görə İkinci Dünya müharibəsi bütövlükdə müharibədə iştirak edən ölkələr üçün 15 trilyon ABŞ dollarına başa gəlib. Bu məbləğ ayrı-ayrı ölkələrin milli valyutalarının ABŞ dollarına nisbətdə olan 2020-ci il məzənnəsi ilə hesablanıb. Bu məbləğ müharibənin əsas iştirakçı ölkələri arasında təxmini aşağıdakı kimi bölünüb:

Almaniya – 4 trilyon
SSRİ – 3 trilyon
Britaniya – 1.8 trilyon
ABŞ – 5 trilyon (bu məbləğə atom layihəsi də daxildir)
Yaponiya – 840 milyard

Bu xərclərdə silah istehsalı və alışı, hərbi əməliyyatlara sərf olunan xərclər, orduların saxlanılması, dağıntıların vurduğu ziyan aid edilib.

Müharibə dövründə Almaniyanın milli gəlirinin 67.8, SSRİ-nin 55, ABŞ-ın 43.4, Britaniyanın 55.7, Yaponiyanın 49.7 faizi hərbi büdcəyə köçürülüb.

Ümumilikdə, qələbənin əldə edilməsi üçün SSRİ və müttəfiqləri Almaniya və onun müttəfiqlərindən 180 milyard artıq vəsait sərf edib.

Təkcə 1941-1943-cü illərdə Almaniyanın SSRİ ərazisində apardığı hərbi əməliyyatlar zamanı dağıntılar 128 milyard dollar həcmində hesablanıb. Bütövlükdə müharibə dövründə SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavod, 65 min kilometr dəmiryolu xətti dağıdılıb. Bununla da SSRİ-nin maddi sərvətinin üçdə biri məhv edilib.

1528535382215850340.jpg (127 KB)

Almaniya yalnız silahlanmaya 445 milyard dollar sərf edib. Onlar müharibə üçün 104 min təyyarə, 65 min tank, 174 min top, 82 min minomyot və digər hərbi silah-sursat istehsal ediblər. Hitlerin bu “səxavəti” sayəsində Almaniyada 1939-1945-ci  illərdə inflyasiya altı dəfə artıb.

İkinci Dünya müharibəsində ABŞ-ın hərbi xərcləri 5 trilyon olsa da amerikalılar silah satışından qazanc da əldə ediblər. 1939-1945-ci illərdə ABŞ-ın xarici ticarətinin səviyyəsi 4.5 dəfə artıb. ABŞ hərbi xərclərinin əsas hissəsini atom layihəsinə xərcləyib.

Britaniya üçün də İkinci Dünya müharibəsi maddi problemlər yaradıb. Müharibə ərəfəsində ingilislər 102 min təyyarəyə, 25 min tanka, 113 min topa, 48 min minomyota büdcədən 49 milyard dollar sərf ediblər. Bu xərclərin sayəsində əhalinin yaşayış səviyyəsi minimuma enib.

images.jpeg (84 KB)

Yaponiya silah-sursata 41 milyard dollar pul xərcləyib.

Ayrı-ayrı dövrlərdə İkinci Dünya müharibəsinin müharibə xərcləri və vurduğu ziyan fərqli rəqəmlərlə əks olunub. 1947-ci ildə bu rəqəm 4 trilyon, 1969-cu ildə 11.5 trilyon, 2020-ci ildə 15 trilyon kimi göstərilib.

Bir daha qeyd edək ki, göstərilən pul məbləğləri ABŞ dollarının 2020-ci ildəki məzənnəsi ilə göstərilib.

Müqayisə üçün onu da qeyd edək ki, Birinci Dünya müharibəsinin ümumi xərcləri 3 trilyon ABŞ dolları olub.

Faktlardan göründüyü kimi müharibə heç də ucuz “məsələ” deyil. Ən dəhşətli fakt isə odur ki, Adolf Hitlerin dünyaya sahib olmaq iddiası dünyanı 15 trilyon dollar ziyana salmaqla, həm də 70 milyon insanın həyatına son qoyub. İnsan həyatının isə qiyməti yoxdur. Təəssüf ki, bu gün də planetimizdə müharibələrə can atanlar az deyil.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam