Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sərtləşən anti-Rusiya ritorikası, “iki stulda oturmaq” siyasəti və: İrəvan ağasına qarşı?

Fuad Çıraqov: “İndiki halda KTMT-dən çıxmaq Ermənistan hakimiyyətinin maraqlarına tamamilə ziddir”

Yenixeber.org: Ermənistanda istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ritorika sərtləşir. Rəsmi İrəvanın son vaxtlar KTMT əleyhinə addımları, qurumun iclaslarında iştirakdan imtinası Ermənistanın bu təşkilatla yolları ayıracağı ehtimalını da artırır.

Qeyd edək ki, Ermənistan KTMT-nin Minskdə keçirilən sammitində də iştirak etmədi. Bu, Miskdəki toplantıda tənqid edildi və İrəvana Belarus lideri timsalında xəbərdarlıq göndərildi. Bu xəbərdarlıq eyni zamanda, Rusiyanın Ermənistana xəbərdarlığı kimi qiymətləndirilir. Çünki Rusiya patronajlığlı altında fəaliyyət göstərən KTMT-yə qarşı Ermənistanın bu münasibətini həzm edə bilmir.

Minsk sammitindən əvvəl rəsmi Moskvadan Ermənistanın KTMT sammitində iştirak etməmək qərarına reaksiya verildi. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın qərarının “təəssüf doğurduğunu” bildirdi və əlavə etdi ki, qapılar açıqdır: “Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”.

“Təşkilat İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir”, - Zaxarova bildirdi.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov isə İrəvandan KTMT-dən çıxmaqla bağlı ritorikanı gözdən pərdə asmaq kimi qiymətləndirir. Analitik suallarımızı cavablandırarkən deyib ki, hələlik Paşinyan Rusiyaya qarşı “qırmızı xətləri” hələ ki, keçməyib:

- İnanmıram ki, İrəvan “qırmızı xətti” keçəcək. Belə görünür ki, Ermənistan rəhbərliyi KTMT-ni hörmətdən salır, iclaslara qatılmamaqla bu təşkilatdan çıxmağa hazırlaşır. Amma məncə, bununla İrəvan Moskvanı şantaj edir. Nəzərə almaq lazımdır ki, indiki halda KTMT-dən çıxmaq Ermənistan hakimiyyətinin maraqlarına tamamilə ziddir.

- Bunu nəyə əsasən bildirirsiniz?

- Baxın, Ermənistan KTMT-dən çıxsa, ilk növbədə bu dövlətin vəziyyəti pisləşəcək. Rusiyanın patronajlığı altında olan təşkilatlara – KTMT-yə, Avrasiya İqtisadi İttifaqına, Gömrük İttifaqına üzv olmaq Ermənistana milyardlarla vəsait qazandırır. Hazırda Paşinyan klassik erməni siyasətini yeritməklə məşğuldur. Bu da bir neçə stulda oturmaq siyasətidir. Amma rəsmi İrəvan anlayır ki, hara getsə də Rusiyanın “saqqalının” altından keçəcək. Ermənistan Rusiyaya təkcə KTMT ilə bağlı deyil. Unutmaq olmaz ki, Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur və müqaviləyə görə hələ ki, 20 il o hərbçilər Gümrüdə olacaqlar. Eyni zamanda, Ermənistanla Rusiya arasında yüzlərlə müqavilələr var, sənədlər imzalanıb. Bunları bir anda silib atmaq asan deyil və bəlkə də mümkünsüzdür. Sadəcə Paşinyan Rusiyaya qarşı müəyyən bəyanatlar səsləndirməklə özünü həm də Qərbə “satır”.

- Amma Ermənistanda anti-Rusiya ritorikası geniş vüsət alıb və bundan rəsmi Moskvadakılar da narahat görünürlər...

- Anti-Rusiya ritorikası təbii və gözlənilən idi. Erməni cəmiyyəti Rusiyaya inanırdı, güvənirdi. Uzun illər ermənilər bu fikrə inandırılmışdılar ki, Qarabağda nəsə olsa, Rusiya buna müdaxilə edəcək, erməniləri qoruyacaq. 44 günlük müharibədə ermənilər Rusiyadan gözlədikləri köməyi görmədilər deyə, indi Rusiyaya qarşı belə münasibət sərgiləyirlər. Demək istəyirəm ki, anti-Rusiya ritorikasının geniş vüsət alması da məhz bununla bağlıdır.

Baxın, Paşinyan hakimiyyətə gələndən sonra əvvəlki hakimiyyətlərin – Köçəryan və Sarkisyanın etmədiklərini Rusiya üçün etdi. Paşinyan erməni hərbi kontingentini Rusiyaya yardım məqsədi ilə Suriyaya göndərdi. Bunu Paşinyandan qabaqkı erməni rəsmilərinin heç biri etməmişdi. Yenə deyirəm, Ermənistandakılar inanırdılar ki, Qarabağ münaqişəsi alovlanarsa, Rusiya Gürcüstanda Abxaziya və Cənubi Osetiya məsələsində necə müdaxilə etdisə, Qarabağla bağlı da anoloji addım atacaq. Hətta deyim ki, bu, mümkün idi də. Amma Azərbaycan xarici siyasətini elə qurdu ki, Moskva ilə Bakı elə dil tapdı ki, Rusiya müdaxilə etmədi. Burada eyni zamanda, Prezident İlham Əliyevin Vladimir Putinlə şəxsi münasibətləri və Türkiyənin mövqeyi də önəmli rol oynadı.

Hesab edirəm ki, anti-Rusiya ritorikası, KTMT-dən çıxmaqla bağlı fikirlər İrəvanın blefidir. Bu, bir piar kampaniyasıdır. Belə bleflərdən də, kampaniyalardan da, Rusiya ilə münasibətlərdən də Ermənistan qazanır. Sadəcə Paşinyanın burada manevr imkanları daralmağa doğru gedir. Bir müddətdən sonra Qərb Paşinyandan konkret mövqe tələb edəcək və deyəcək – “KTMT haqqında boş-boş danışma, təşkilatdan çıx”. O zaman həqiqətlər üzə çıxacaq.

- İrəvanın “iki stulda oturmaq” siyasətinə Qərb nə qədər dözüm nümayiş etdirəcək?

- Bilirsiniz, Ermənistan sanki Qərbin ərköyün övladı kimidir. Ona görə də Qərb bir çox hallarda Ermənistanın addımlarına göz yumur, bağışlayır. Məsələn, vaxtilə İranın pullarının “yuyulması” prosesində Ermənistan iştirak edib, bunu bağışladılar. Ermənistan üzərindən İrana silah verildi, hansı ki, bu silahlarla amerikalı əsgərlər öldürüldü. Bu addımı bağışladılar. Mən Qərbdən olan, Amerikadan olan diplomatlarla söhbətlərdə eşitmişəm ki, ermənilər haqqında belə düşünürlər: “onların vəziyyətləri ağırdır da, İran və Rusiya Ermənistanı sıxır, Paşinyan “qırmızı xətti” keçsə, İran və Rusiya onu cəzalandırar, biz Ermənistana kömək etməliyik” və s. Mən bilmirəm ki, bu, xristian təəssübkeşliyindən irəli gəlir, yoxsa “yazıq erməni”, “əzilmiş erməni” baxışından irəli gəli. Hər halda, Qərb Ermənistanın ona qarşı addımlarını bağışlayır. Təsəvvür edin ki, 2013-cü ildə Avropa İttifaqı maliyyə ayırdı, Ermənistanın bütün gömrük məntəqələrini Avropa standartları ilə qurdular ki, guya İrəvan Avropa ilə assosiativ müqaviləyə imza atacaq, amma bir günün içərisində Ermənistan fikrini dəyişdi. Qurulan məntəqələr də Rusiyanın nəzarətində olan Gömrük İttifaqına qaldı. Bunun qarşılığında Qərb Ermənistana qarşı hansısa addım atmadı, təzyiq etmədi. Ola bilsin ki, bu dəfə də Qərb “məzlum ermənilər”ə köməyini əsirgəməyəcək, onların səhvlərini bağışlayacaq.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam