Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÇİN LİDERİ BAYDENƏ DÜNYANI BÖLMƏYİ TƏKLİF EDİB – Qlobal güclər razılığa gələ biliblər?

Çərşənbə günü ABŞ Prezidenti Co Bayden və Çinin Dövlət Başçısı Si Cinping arasında keçirilən görüş dörd saatdan artıq davam edib.

Yenixeber.org: Qərb mediası xəbər verir ki, Bayden Çin liderini San-Fransiskodan 48 kilometr cənubda yerləşən Filoli malikanəsində qarşılayıb.

Görüşü açan Prezident Bayden Çin liderinə müraciət edib: "Yanlış təsəvvürlərə və anlaşılmazlıqlara yer qalmamaq üçün bir-birimizi aydın başa düşməyimiz son dərəcə vacibdir. Rəqabətin münaqişəyə çevrilməməsini təmin etməliyik".

Mətbuat konfransında görüşün nəticəsini şərh edən prezident Bayden danışıqları “olduqca konstruktiv və məhsuldar” adlandırıb.

Onun sözlərinə görə, iki lider Çində istehsal olunan və ABŞ-a qaçaqmalçılıq yolu ilə gətirilən və minlərlə amerikalının ölümünə səbəb olan süni dərman “Fentanil”ə nəzarət tədbirlərinə dair razılığa gəliblər. Bayden həmçinin hər iki tərəfin siyasi təmasları və iki ölkənin hərbi idarələri arasında rabitə kanallarını bərpa etməyə hazır olduğunu açıqlayıb. Co Bayden deyib ki, o, Si Cinpinglə Rusiyanın Ukraynaya müdaxiləsi, Tayvan ətrafındakı vəziyyət və İsrailin HƏMAS-la müharibəsi barədə danışıb.

Əməkdaşlığa hazır olduqları barədə bəyanatlara baxmayaraq, Prezident Bayden müxbirin sualına cavab olaraq, fikrini dəyişmədiyini və Çin rəhbərini diktator hesab etdiyini bildirib.

Qeyd edək ki, beynəlxalq media Çin liderinin dediklərinə daha geniş yer ayırıb.

“Reuters” agentliyinin yazdığına görə, Si-nin ABŞ-da bir neçə mühüm bəyanatı diqqət çəkib: “Çin-ABŞ münasibətləri, dünyada ən vacib ikitərəfli münasibətlər sistemidir. Bu münasibətlər sistemi, dünyada sürətlənən qlobal dəyişikliklər prizmasından qiymətləndirilməlidir. Bizim münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməldir və biz, ümumbəşəri tərəqqinin qarşısında öz məsuliyyətimizi anlamalıyıq. Son 50 il ərzində bu və ya digər formalarda Çin-ABŞ münasibətləri problemlərlə üzləşirdi, amma buna baxmayaraq hər zaman münasibətlərimiz inkişaf etməyə davam edirdi”.

Si Cinping vurğulayıb ki, Çin və ABŞ kimi ölkələr üçün bir-birinə arxa çevirmək düzgün seçim deyil.

“Bir tərəfin digər tərəfi əsaslı şəkildə "islah" etməyə çalışması mümkün deyil”, - deyə o əlavə edib.

Çin lideri Co Baydenin “rəqabətin münaqişəyə çevrilməməsini təmin etməliyik" fikriə belə reaksiya verib: “Mən hələ də inanıram ki, ölkələr arasında daha böyük rəqabət müasir dövrün tendensiyası deyil və Çinin ABŞ-la üzləşdiyi problemləri həll edə bilməz”.

S.Cinpingin bu bəyanatını isə beynəlxalq mətbuat dünyanı bölüşdürmək təklifi kimi şərh edir: “Yer kürəsi iki ölkənin çiçəklənməsi üçün kifayət qədər böyükdür. Bir ölkənin uğuru isə digəri üçün fürsətdir”.

Bununla belə Si bildirib ki, Çin və ABŞ arasında mədəniyyət, tarix, sosial sistem və inkişaf yolunda fərqlərin olması obyektiv faktdır.

“Bununla belə, qarşılıqlı hörmət mövcud olan müddətdə, fikir ayrılıqlara əhəmiyyət verməmək, barışıq üçün doğru yolu tapmağı bacarmalıyıq. Mən ikitərəfli münasibətlərin perspektivli gələcəyinə inanıram”, - o əlavə edib.

Çin lideri daha sonra ABŞ prezidentinə müraciət edərək deyib: “Cənab Prezident, biz Çin və ABŞ arasında münasibətlərin başındayıq. Biz həm xalqlarımız qarşısında, həm də dünya tarixi qarşısında məsuliyyət daşıyırıq. Çin-ABŞ münasibətləri üçün vacib olan strateji və hərtərəfli məsələlər, qlobal sülh, inkişafa təsir edən məsələlər üzrə yeni anlaşmalara nail olacağımızı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, danışıqlardan sonra hər iki lider Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam