Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Zelenski Ukraynanın müdafiə naziri postuna namizədini təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.

Yenixeber.org: Bu barədə dövlət başçısı axşam 

videomüraciətində bildirib.

Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.

“Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”, - Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı Rüstəm Ənvər oğlu Umerov 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi olub. O, 2007-ci ildən Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir.

Əsli Krımın Aluşta şəhərindən olan Umerov Özbəkistanın Səmərqənd vilayətinin Bulunqur şəhərində doğulub. Umerovlar ailəsi 1944-cü ildə Krımdan Mərkəzi Asiyaya sürgün edilənlərdəndir. Daha sonra Umerovlar ailəsi doğma yurdlarına qayıda bilib. Rüstəm Umerov əslən Krım tatarıdır və müsəlmandır. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Rüstəm Umerov 

“Anadolu”ya müsahibəsində Ukraynanın Qarabağın Azərbaycanın ayrılmaz parçası kimi tanıdığını xatırladıb, münaqişə bölgəsindəki Ermənistan hərbçilərinin işğalçı olduğunu vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam