Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya Qərbin Tərəfdaşlarını Necə “Cəzalandırır”? -ANALİZ

Yenixeber.org: Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra yeni nəqliyyat yollarını reallaşdırmağa çalışır. Kreml yeni nəqliyyat yollarını reallaşdırmağa planlaşdırarkən tərəfdaş adlandırdığı bir qrup dövləti oyundankənar vəziyyətə salmaq istəyir. Qazaxıstan Rusiyanın strateji olsa da, Kreml yeni layihəsində bu ölkənin imkanlarından istifadə etməməyi qərarlaşdırıb. Misal üçün Rusiya Özbəkistan, Qırğızıstan və Türkmənistanla “Cənub nəqliyyat dəhlizi” ilə bağlı razlaşma əldə edib. Bu nəqliyyat dəhlizi Qazaxıstandan yan keçəcək. Halbuki, Astana Mərkəzi Asiya ilə Xəzər bölgəsini birləşdirən Çinlə Avropa arasında əsas nəqliyyat dəhlizinə iddialıdır.
Astana Qərbin Rusiyaya qarşı sərt sanksiyalarıyla hesablaşır. Astananın bu qərarı Kremli narazı salıb. Ona görə də Kreml yeni layihəsində Qazaxıstanı oyundankənar vəziyyətə salmağa qərar verib. Digər tərəfdən Qazaxıstan-Qırğızıstan sərhədində baş verən gərginliklər də Kremlin diqqət mərkəzindədir. Moskva iddia edir ki, bu gərginlik malların daşınmasında fasilələr yaradır. Bu qəribə durumdur. Çünki Rusiya, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Briliyinin üzvləridirlər və malların bu ölkələr üzrə daşınmasında problem olmamalıdır.
Rusiyanın planlaşdırdığı yeni nəqliyyat dəhlizi Qırğızıstanın cənubundan Özbəkistana, oradan da Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənəcək. Bundan sonra nəqliyyat dəhlizi Rusiyanın Həştərxan şəhərinə uzanacaq. Kreml hesab edir ki, bu nəqliyyat dəhlizi malların daha qısa müddətdə Rusiyaya çatdırılmasına kömək edəcək. Halbuki, Kremlin əsas məqsədi Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşan Qazaxıstanı cəzalandırmaqdır.
Məhsulların yeni marşrutla daha qısa müddətdə Rusiyaya çatdırılacağı şübhə doğurur. Yolda ləngimələr daşınan məhsulların qiymətlərinin artmasına səbəb olacaq. Kremlin qərarı siyasidir. Rusiyanın yeni planı Azərbaycanın da maraqlarına ziddir. Əvvəlki nəqliyyat dəhlizi Türkmənistandan sonra Xəzər dənizi ilə Azərbaycana çatdırılmalı və buradan məhsullar dəmir yolu Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmalı idi.
Pekinin mövqeyi maraqlıdır. Çin müxtəlif marşrutlara üstünlük verir. Ancaq əgər Rusiya Qazaxıstanı oyundankənar vəziyyətə salırsa bu Pekinin də planlarını dəyişdirməlidir. Əgər Pekin Kremlin yeni nəqliyyat layihəsini qəbul edrsə, Pekin də Krem kimi Qazaxıstana arxadan zərbə vurmuş olacaq. Yeni marşrut Qazaxıstan-Rusiya münasibətlərində suallar yaratmaqla bərabər Astana-Pekin münasibətlərinə də mənfi təsir edəcək.
“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam