Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fələstinlilərə Olar, Uyğurlara Olmaz? -ANALİZ

Yenixeber.org: Çin vasitəçi statusunu artırmağa çalışır. Pekin İranla Səudiyyə Ərəbistanını barışdırdıqdan sonra bu dəfə İsraillə Fələstini barışdırmaq istəyir. İranla Səudiyyə Ərəbistanını barışdırmaq çətin deyildi, hər iki dövlət münasibətlərin normallaşdırılmasına hazır idilər. Çində apaırlan danışıqlar müsbət nəticə verdi, İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətlərini bərpa etməyə qərar verdilər. İsraillə Fələstini barışdırmaq isə Pekin üçün çətin olacaq.

Buna baxmayaraq, Çinin xarici işlər naziri Tsin Qan İsraillə Fələstin arasında sülh danışıqlarını ölkəsində bərpa etməyə çağırıb. Tsin Qan bu təkliflərlə bağlı həm israilli, həm də fələstinli həmkarıyla telefonla danışıb. “Çinin danışılqarı bərpa etməsində eqoist maraqları yoxdur” deyən Tsin Qan Pekinin sadəcə, İsraillə Fələstin arasında sülhü və bu yolla bölgədə sabitliyi dəstəklədiyini bildirib. Ancaq aydındır ki, Pekinin məqsədi Avrasiya bölgəsində rolunu artırmaq və Amerika Birləşmiş Ştatlarıyla rəqabətdə vasitəsçi statusunu artırmaqdır.

Bu arada, Fələstin lideri Mahmud Abbasın bu ayın ortasında Çinə dörd günlük səfəri Pekinin Yaxın Şərqdə fəallaşması marağından irəli gəlirdi. Vaşinqtonun Yaxın Şərq siyasətində çətinlikləri var. Vaşinqton keçmiş illərdə olduğu kimi İsraili Fələstinlə barışdırmaq və yekun sülh sazişi imzalamaq üçün diplomatik fəallıq göstərmir. Moskvanın da başı Ukrayna müharibəsinə qarışdığına görə, Kremlin də Yaxın Şərqə diqqət ayrımağa boş vaxtı yoxdur. Pekin yaranan boşluqdan istifadə edərək bu bölgədə diplomatik səylərini artırmağa qərar verib. Mahmud Abbas bu il Çini ziyarət edən ilk ərəb lideri olub. Çin Fələstin dövlətini ilk tanıyanlardandır. Pekinin Fələstin Azadlıq Təşkilatı ilə də sıx əlaqələri var.  Təşkilatın Pekində ofisi 1965-ci ildən fəaliyyət göstərir.

Fələstin Pekinin vasitəçiliyinə müsbət yanaşsa da, İsrail hökuməti Çinin təşəbbüsünə şübhəylə yanaşır. İsrail bölgədə ABŞ-ın strateji müttəfiqidir. Çin isə ABŞ-ın rəqibidir. Digər tərəfdən Pekinin ərəb dünyası ilə sıx əlaqələri və Fələstinə artan dəstəyi İsraili narahat edir. Ona görə də İsrailin Pekinin vasitəçi təklifinə müsbət yanaşacağı problematikdir. Eyni səbəbdən Ukrayna da Pekinin vasitəçiliyinə şübhəylə yanaşır. Halbuki, Pekin bu istiqamətdə də fəallaşaraq Moskvaya və Kiyevə 11 maddətlik təkliflər paketini təqdim edib. Pekin Rusiyanın işğal etdiyi ərazilərin rəsmiləşdirilməsinin tərəfdarı olduğunu görə Kiyev Çinin vasitəçiliyini qəbul etməyib. İsrail rəsmiləri də düşünürlər ki, Pekinin vasitəçiliyi Fələstinin işinə yarayacaq. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu Çinin dəvətini qəbul edərək Mahmud Abbasın ardınca Pekinə gedəcək.

Mahmud Abbasın Pekində söylədikləri türk millətçiləri arasında narazılıq doğurub. Mahmud Abbas Çin lideri Tsi Cinpinlə görüşdə deyib ki, “Çində uyğurların məsələsi insan haqlarıyla əlaqəli deyil, Pekin terrorla mübarizə aparır”. Bu açıqlama uyğularla yanaşı Türkiyə Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının da sərt etirazına səbəb olub. Baxçalı bununla bağlı parlamentin qrup toplantısında çıxış edib. Fələstinlilər kimi uyğurlar da haqları uğrunda mübarizə aparırlar. Ancaq Fələstin lideri öz xalqının mübarizəsini haqlı sayır, uyğurları isə terrorçularla müqayisə edir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam