Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gərgin seçkilər –Kasıb ölkələrdə hakimiyyət davası nədən şiddətli olur...

 

Gərginliyə, şiddətli ehtirasa, amansız mübarizəyə qalsa dünya ölkələrindəki seçkiləri iki qrupa bölmək olar: Qərb ölkələrindəki seçkilər, Şərq ölkələrindəki seçkilər.

Yenixeber.org: Söhbət müasir dövrdən gedir. 50-70-100 il öncə Qərb ölkələrindəki seçkilər də gərgin atmosferdə, sərt mübarizə şəraitində, populizmin ərşə qalxdığı ortamında, siyasi rəqiblərin arasında kəskin düşmənçiliklə müşayiət olunaraq keçirdi.

Ancaq sonradan insanların maddi rifahı yüksəldikcə, maddə sərvətlər və rahat güzəran hər kəs üçün əlçatan olduqca idarə edənlərdən olmaq uğrunda mübarizə kəskinliyini itirdi.

Hazırda Avropanın qərbində yerləşən ölkələrdə seçkilər olduqca sakit, ekstessiz keçirilir, qırğın-qiyamət müşahidə olunmur, kompromat savaşları “qaydasız döyüş” səciyyəsi almır.

finlan-ses.jpg (287 KB)

Başqa sözlə, normal, aşırı gərginliklə müşayiət olunmayan, insanların kütləvi şəkildə hövllənmədiyi, az qala vətəndaş müharibəsinin astanasına gəlmədiyi seçki atmosferi yalnız firavan ölkələrə xasdır. Məsələn, Norveç, Kanada, İsveç, İsveçrə, Danimarka, Finlandiya, İslandiya, İngiltərə, Şotlandiya kimi firavan ölkələrdə seçkilər qızğın mühitdə keçmir, “həyati məsələ”, “son şans” hesab olunmur.

Əhalisinin mühüm hissəsi kasıb, işsiz, tminatsız olan ölkələrdə isə durum fərqlidir.

Belə ölkələrdə yaxşı yaşamaq, uğurlu biznes qurmaq, yaxın və uzaq gələcəyi, eləcə də qohum-əqrəbanı maddiyyatla təmin etməyin yolu hökumətdə təmsil olunmaqdan, idarə edənlərdən biri olmaqdan keçdiyinə görə istənilən seçkili post uğrunda mübarizə ölüm-dirim savaşına dönür.

yapon-ses.jpg (266 KB)

Yaponiya və Cənubi Koreya kimi ölkələr coğrafi məkan etibarilə Uzaq Şərqdə yerləşsələr də, Qərb standartlarıyla seçki keçirirlər. Hakimiyyət uğrunda mübarizə aparanlar bir-birinə düşmən kəsilmir, bir-birinə yolverilməz seçki fəndlərindən istifadə etmirlər. Əhali də cəbhələşmədən, küçəyə çıxıb dalaşmadan seçkidə, səsvermədə iştirak edir.

Hindistanda və Meksikada seçkilər azad və qanuni şəraitdə, eyni zamanda gərgin atmosferdə keçir. Bu ölkələrdə partiyalararası rəqabət güclüdür, klanlar, mafiyalar arasında da gərgin münasibətlər hökm sürür və bu seçki atmosferinə mənfi təsir göstərir.

pakis-ses.jpg (10 KB)

Pakistanda seçkilərdə qanun-qaydaya riyaət olunur, seçki mexanizmi dürüst işləyir, amma hakimiyyət uğrunda mübarizə aparanlar qızğın çəkişmə içində olurlar. Ona görə də bu ölkədə hakimiyyətə gələn və müəyyən müddət hakimiyyətdə qalan şəxs üçün axırda cəmi iki yol qalır: ya öldürülür, ya da həbs edilir. Labüd həbs qorxusundan xarici ölkəyə qaçmaq da ikinci varianta aiddir.

Çində, Şimali Koreyada real seçki yoxdur. Bu ölkələrdə təkpartiyalı sistemdir. Hakim partiyanın daxilindəki məhdud bir qrup ölkədəki bütün təyinatlı və seçkili orqanlarda kimlərin təmsil olunacağını müəyyən edir.

Eyni işi Yaxın Şərq ölkələrində kral, şeyx, əmir ailələri görür. Yüksək postlara seçənlər də, seçilənlər də əsasən hakim ailənin üzvləri olur.

iran-ses.jpg (26 KB)

İranda ümumxalq seçkilərindən öncə məhdud ali dini şura seçki yarışında kimlərin buraxılacağını müəyyən edir, “yad ünsürlər” seçkilərdən kənarlaşdırılır, ondan sonra “seçilmiş qüvvələr” arasında yarış təşkil olunur. Artıq onlardan hansı seçilsə, dövlətə və ruhanilərin hakimiyyətinə təhlükə törətməyəcək.

Macarıstan Avropanın mərkəzində yerləşsə də, bu ölkədə seçki münasibət Şərqsayağıdır. Bu ölkənin baş naziri Viktor Orban avtoritarizmə meyli siyasətçidir.

farans.jpg (64 KB)

İsterik mübarizəyə qalsa, seçkilər Fransada da gərgin keçir. Bu ölkə irqi, dini, milli, sinfi zəmində ciddi çəkişmələr meydanı olduğundan hansı qüvvənin hakimiyyətə gəlməsi həmişə kəskin mübahisələr doğurur. Fransada inqilabi dəyişikliklərə təlabat 235 ildir ki, ardıcıl xarakter daşıyır.

abs-ses.jpg (78 KB)

ABŞ-da da seçkilər öz gərginliyi ilə seçilir. Amma bu, kasıbçılıqdan, varlanmaq ehtirasının şiddətindən deyil (yaxşı yaşamaq istəyənlər ABŞ-da da çoxdur, amma onlar bunun yolunun dövlət vəzifəsi tutmaqdan keçdiyini düşünmürlər). ABŞ milli klanlar, mafiyalar, diasporlar, icmalar ölkəsidir. Bu ölkədə bütün irqlərin, millətlərin, dini konfessiyaların, zümrələrin nümayəndələri yaşayırlar. ABŞ özünə prezident seçməklə həm də dünyaya prezident seçir. Ona görə də bu ölkədə keçirilən seçkilər hər zaman bütün dünyanın diqqət mərkəzində olur.

rusiya-ses.jpg (65 KB)

Braziliya, Rusiya və Türkiyə kimi ölkələrdə seçki yarışmasının bu qədər şiddətli, gərgin atmosferdə keçməsi yenə də firavanlıq və maddi sərvətlərə canatım məsələlərinə bağlıdır. Hakimiyyətdə olanlar dövlətin xəzinəsinə, inzibati resurslarına uzanan xortumlarının kəsilməsini istəmirlər, öz xortumlarını dövlətə uzatmaq istəyən yeni, müxalif qüvvələr isə onları oradan kənarlaşdırmaq istəyir.

Çünki belə ölkələrdə dövləti idarə edənlərdən biri olmaq çox şeydir. Bir neçə kostyumdan başqa bir şeyi olmayan, hansı şirkətdəsə ortabab bir işdə çalışan, kirayə tutduğu mənzildə yaşayan biri seçilənlərdən olduğu halda iki il keçmir, lüks avtomobillər, lüks apartamentlər, banklarda çoxsıfırlı hesablara malik olur.

Bu lüksü qazanmaq istəyənlər çox olduğuna görə mübarizə də şiddətli olur.

Məhz ona görə də Şərq seçkiləri amansızdır. Bir də tarixi ənənə var. Müasir Şərqdə qədim və orta əsrlər hökmranlıqlara açıq rəğbət var. Birinci şəxslərin özlərini padşah saymaları bu üzdəndir. Hətta əyalətlərdəki birinci şəxslərin “xan”, “kiçik padşah” adlandırılmaları da təsadüfi deyil. Onların idarəetməsi keçmiş xanlarınkından o qədər də fərqlənmədiyi üçün xalq belələrinə adı düzgün qoyur.

stalin.jpg (88 KB)

Stalin dövründəki repressiyalar heç də nə rəhbərin paranoidal sapıntılarından, nə də edamlardan həzz aldığına görə baş verməyib. Böyük repressiya sırf seçki üzündən olub. 1934-cü ildə keçirilən partiya qurultayında “köhnə leninçilər” Stalinə səs verməyiblər, xaricə qovulmuş Trotskinin tərəfində olduqlarını, yeni bir lider axtardıqlarını büruzə veriblər. Ondan sonra Stalin onu devirmək istəyənləri bir-bir, beş-bir dənləyib. Ölkəmizdə repressiyaya məruz qalan partiya kadrları da məhz yanlış mövqedə olmalarının, Stalinə qarşı çıxan cəbhədə yer almalarının güdazına gediblər.

Yoxsa savadlı, bacarıqlı kadrların olduqca qıt vaxtında Stalin dəli deyildi ki, rəhbərlik etdiyi partiyanın kadr bankını darmadağın etsin. Ancaq biləndə ki, bu kadrlar sənə qarşıdır, səni devirmək istəyirlər, o zaman mərhəmət hiss arxa plana keçir.

turk-ses.png (572 KB)

Türkiyə məhz belə bir düşüncənin olduğu ortamda seçkiyə gedir. Milyonlarla insan birbaşa və dolayısı ilə hakimiyyətdə təmsil olunmaq, yaxşı yaşamaq istəyir. Onların konkret umacağı var. Eyni zamanda milyonlarla insan da “vəzifələrdə kim olur-olsun, təki güzəranımız yaxşı olsun” ovqatındadır.

Bir də Türkiyədə siyasi, iqtisadi, geostrateji marağı olan qüvvələr var və onlar hakimiyyətə hansı qüvvənin gələcəyinin özlərinə daha faydalı olacağının hesabını aparıb, prosesə əl qoyublar. Ona görə də bu gün Türkiyədə keçirilən seçki prosesi bu qədər gərginlik və ajiotajla müşayiət olundu.

Əgər bu gün iri şəhərlərdən, əyalətlərdən vətəndaş toqquşmalarına dair xəbərlər gəlsə, heç kəs heyrətlənməsin. Bu, bir Şərq seçkiləridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam