Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın “KTMT qalmaqalı” bumeranq effekti verir:Rusiya qazı kəsəcək, ABŞ və Qərb yardım etməyəcək

Rəsmi İrəvan KTMT-dan çıxmağa cəsarət göstərəcəyi təqdirdə, Ermənistan yeni enerji resursları qaynağı axtarmaq məcburiyyətində qalacaq, halbuki, bu, əlçatmaz hədəf kimi görünür... Ermənistan nefti və təbii qazı olduqca güzəştli qiymətlərlə, üstəlik, kredit şərtləri ilə yalnız Rusiyadan ala bilir, rəsmi İrəvan dünya bazarlarına uyğun ödəniş imkanlarından da çox-çox uzaqdır...

Yenixeber.org: Ermənistan son aylardakı davranışları bu düşmən ölkəni çətin vəziyyətə salıb. Rəsmi İrəvan “sürüşkən və xaotik xarici siyasət kursu”nu maksimum həddə qədər intensivləşdirməklə, Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq üçün əlindən gələn hər şeyi edib. Paşinyan hakimiyyəti bununla Ermənistana sülh prosesində daha sərfəli şərtlərin ortaya çıxması baxınmından, müəyyən qədər zaman qazandıra biləcəyinə ümid bəsləyirdi.

Ancaq son vaxtlar yaranmış situasiya rəsmi İrəvanın zaman üzərindən apardığı hesablamaların iflasa uğramaqda olduğunu göstərir. Hər halda, hazırda zamanın Ermənistanın əleyhinə işləməyə başladığını artıq rəsmi İrəvan da anlamağa başlayıb. Çünki indiyə qədər rəsmi İrəvanın “sürüşkən manevrlər”inin birbaşa Ermənistana qarşı çevrilməkdə olduğu qətiyyən şübhə doğurmur.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB) 

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti qarşıya qoyduğu bütün geopolitik hədəflərdən uzaq qalıb. Ermənistanın elə bir ciddi geopolitik əhəmiyyəti olmadığından, rəsmi İrəvanın qarşıya belə icraedilməz hədəflər qoyması da böyük səhv sayıla bilər. Yəni, bundan sonra Ermənistan üçün yaxşıya doğru elə bir ciddi dəyişiklik gözlənilmir, əksinə, hər şeyin daha da pis olacağı daha inandırıcı görünür.

Əsas səbəbsə, Paşinyan hakimiyyətinin ABŞ və Qərblə Rusiya arasında yolverilməz səviyyədə “təhlükəli oyunlara” həvəsli davranmasıdır. Belə ki, rəsmi İrəvan bir müddət Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşma cəhdləri ilə diqqəti çəkirdi. Paşinyan hakimiyyətinin bu cəhdlərini Kremlə yaxın siyasi dairələrdə hətta “Ermənistanın Rusiyadan Qərbə qaçış” planı kimi də xarakterizə edirdilər.

Ancaq Paşinyan hakimiyyəti üçün bu plan hələlik heç bir uğur qazandırmayıb. Əksinə, ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq niyyətlərinin fonunda Ermənistandan Azərbaycanın şərtləri çərçivəsində sülh müqaviləsi imzalanmasının tələb olunması rəsmi İrəvanda yalnız məyusluq yarada bilərdi. Və rəsmi İrəvan dərhal Rusiyaya doğru geridönüş etməyə çalışdı.

Sadəcə, Paşinyan hakimiyyətinin Kremlə qarşı Rusiyanın maraqlarına zərbə xarakteri daşıyan tələblər rəsmi İrəvanın özünə problem yaratmağa başladı. Belə ki, rəsmi İrəvan hesab edir ki, Rusiya hərbi müttəfiq olduğundan Ermənistanın əvəzinə Azərbaycanla qarşıdurmaya getməlidir. Kreml birmənalı şəkildə Ermənistanın uydurma və məntiqsiz maraqlarını təmin etməlidir. Halbuki, Kremlin Azərbaycan-Rusiya münasibətlərinin normal məzmun daşıması daha faydalıdır.

ermen-ktmt.jpg (53 KB) 

Maraqlıdır ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilən zirvə toplantısında Rusiya ilə münasibətləri yenidən korladı. Belə ki, baş nazir Nikol Paşinyan KTMT-nın yekun sənədini nümayişkəranə şəkildə imzalamadı. Və bununla da zirvə toplantısında iştirak edən Rusiya prezidenti Vladimir Putinin beynəlxalq nüfuzuna ağır zərbə vurmuş oldu.

Təbii ki, Kremldə baş nazir N.Paşinyanın həmin kobud davranışını unutmayıblar. Üstəlik, Rusiyanın son davranışlarını nəzərə aldıqda, unutmaq niyyətində olmadıqları da açıq-aşkar nəzərə çarpır. Həra halda, Kreml erməni baş nazirin KTMT qalmaqalına Rusiya xarici işlər naziri Sergey Lavrovun “Qarabağ Azərbaycandır” məzmunu daşıyan açıqlama ilə cavab verdi. Və Ermənistana qarşı Kremlin təzyiqlərinin yalnız bununla da məhdudlaşmayacağı qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Kremli şantaj etmək cəhdləri ilə elə bir uğur qazana bilmədi. Əksinə, Ermənistanı daha bir çıxılmaz “geopolitik labitintə” salmış oldu. Ona görə də, əsmi İrəvanın bundan sonra atacağı addımlar və yaxud tutacağı mövqe böyük maraq doğurur. Çünki hazırda Ermənistan cəmiyyətində KTMT-dan çıxmaqla bağlı tələblər əsas müzakirə mövzusudur.

Məsələ ondadır ki, baş nazir N.Paşinyanın KTMT qalmaqlından sonra Ermənistan cəmiyyətində bu qurumdan çıxaraq, yenidən ABŞ və Qərbə yaxınlaşmaq tələbləri daha yüksəkdən, həm də israrla gündəmə gətirilir. Bir müddət öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da rəsmi İrəvanın təxminən gələn ilin fevral ayında KTMT-dan çıxmaqla bağlı hüquqi prosedurlara start verə biləcəyini bəyan etmişdi. Ona görə də, indi əsas suallardan biri Paşinyan hakimiyyətinin belə bir radikal addıma cəsarət edib-etməyəcəyi ilə bağlıdır.

4fd8985b-35a7-4386-8332-e3e8bbbf984e.jpg (208 KB) 

Təbii ki, indiki situasiyada rəsmi İrəvanın ciddi tərəddüd keçirtdiyi qətiyyən şübhə doğurmur. Hər halda, Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dan çıxmasının hansı böyük təhlükələri vəd etdiyini anlamamış deyil. Çünki Ermənistan bu halda, tamamilə təklənmiş vəziyyətdə qala bilər. Hərbi müttəfiqlər, daha doğrusu, Rusiyanın dəstəyi olmadan Ermənistanın Cənubi Qafqazdakı mövcudluğunun ciddi suallar altına düşəcəyi qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, əgər, rəsmi İrəvan KTMT-dan çıxmaq qərarı verərsə, Ermənistan üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) qapıları da bağlana bilər. Bu isə zəif dövlət olan Ermənistanın Aİİ ölkələrinə aid bir sıra maliyyə-iqtisadi, eləcə də, gömrük-ticarət güzətştlərini itirməsi anlamı daşıyacaq. Yəni, bu addım Ermənistan üçün külli miqdarda, hətta öhdəsindən gələ bilməyəcəyi maliyyə itkiləri deməkdir.

Nəhayət, rəsmi İrəvan KTMT-dan çıxmağa cəsarət göstərəcəyi təqdirdə, Ermənistan yeni enerji resursları qaynağı axtarmaq məcburiyyətində də qala bilər. Halbuki, bu, Ermənistan üçün əlçatmaz hədəf kimi görünür. Çünki hazırda rəsmi İrəvan neft və təbii qazı olduqca güzəştli qiymətlərlə, üstəlik, kredit şərtləri ilə yalnız Rusiyadan ala bilir. Rusiya bu güzətləri ləğv edərsə, rəsmi İrəvan hətta yeni enerji resursları qaynağı tapsa belə, Ermənistan dünya bazarlarına uyğun qiymətlərlə ödəniş imkanlarından çox-çox uzaqdır.

Göründüyü kimi, Ermənistanın KTMT-dan çıxmaq şansları demək olar ki, mövcud deyil. Yəni Paşinyan hakimiyyəti istənilən halda, Kremlin təlimatlarını yerinə yetirməyə, Rusiyaya nökərçilik etməyə məhkumdur. Belə davam edəcəyi müddətdə isə ABŞ və Qərbin Rusiyanın patronajlığı altında olan KTMT və Aİİ-nin tərkibindəki Ermənistana hər hansı sahə üzrə dəstək verməsi real görünmür. Bu isə o deməkdir ki, Ermənistan hazırda hələ uzun müddət çıxa bilməyəcəyi “geopolitik labirint”də ABŞ və Qərblə Rusiya arasında “istifadə müddəti artıq sona çatmaqda olan alət” rolunu oynamaq məcburiyyətində qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam