Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Mənbəyi şübhəli milyonlar və bəyannaməsi olmayan gəlir-PROBLEM

         Parlament və hüquq mühafizə orqanlarından Feyziyev qalmaqalı ilə bağlı niyə səs çıxmadı?

Yenixeber.org: Milli Məclisin üzvü Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5.6 milyon funt-sterlinq (7.5 milyon dollar) vəsaitin London Magistrat Məhkəməsi tərəfindən müsadirə olunması qərarı Azərbaycanla yanaşı Avropanın aparıcı mediasının manşet xəbərinə çevrilib. 

Bu barədə yayılan xəbərdə bildirilir ki, sözügedən vəsait Feyziyevlərin dondurulmuş bank hesabındakı 15.3 milyon funt-sterlinqin bir hissəsidir. Britaniya Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunan pulların 4.4 milyonu deputatın həyat yoldaşı Pərvanə Feyziyeva, 1 milyonu cütlüyün oğlu Orxan və 240 min funt-sterlinqi isə qardaşı oğlu Elman Cavanşirə məxsusdur.  

Cavanşir Feyziyev məlumatı təsdiq edib. Deputat mətbuata açıqlamasında bildirib ki, hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib: “Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır”.

C.Feyziyev qeyd edib ki, vəsait vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb: “Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı. Bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var”.

Deputat Feyziyevlə bağlı qalmaqala müxalifət, ictimai fəallar kəskin reaksiya bildirib və hakimiyyəti ölkədən külli miqdarda vəsaitləri qanunsuz yollarla ölkədən çıxarılmasına şərait yaratmaqda ittiham ediblər. Amma bu barədə nə deputatın təmsil olunduğu Milli Məclis, nə də hüquq mühafizə orqanları heç bir reaksiya verməyib. Əslində sözügedən qurumlar hansı addımları atmalıydılar, qanunverciliyin tələbləri nədən ibarətdir?

Hüquqşünas Hafiz Həsənov bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 46.2-ci maddəsinə görə, kütləvi informasiya vasitəsinin məlumatları cinayət işinin başlanması üçün əsas ola bilər: “Hesab edirəm ki, bu məsələ ilə bağlı KİV-də və sosial platformalarda yayılan məlumatlar Britaniya məhkəməsinin qərarına əsaslanan kifayət qədər mötəbər məlumatlardır. Ona görə də, indiki halda Baş Prokurorluq tərəfindən bu məsələ ilə bağlı araşdırlmara başlanmalı və araşdırmalar üzrə konkret cinayət əməlləri üzrə cinayət işi başlanmalıdır. İlkin olaraq mediada gedən məlumatlardan çıxış edərək belə demək olar ki, bu əməllərdə iqtisadi cinayətlərin, korrupsiya cinayətlərinin və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin olduğunu ehtimal etmək olar. Təbii ki, konkret cinayət əməlləri bu iş üzrə cinayət işi başlanıb istintaq araşdırmalarında sonra məlum olacaq”. 

Hüquqşünas əlavə edib ki, bu cür halların baş verməməsi üçün əvvəlcədən qanun aliliyinin və hamının qanun qarşısında bərabərliyi təmin olunmalıdır.

“Əgər Konstitusiyaya görə deputat elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzsə, onda bu qədər vəsait hansı mənbələr hesabına əldə edilib? Yaxud, niyə indiyə qədər vəzifəli şəxslər, o cümlədən deputatlar gəlir bəyannamələri təqdim etmirlər? Nədən hamıdan şəffaflıq və hesabatlıq tələb edən Hökumət bu məsələdə susur?”-ekspert sual edir. 

H.Həsənov hesab edir ki, neçə ki, bu suallara cavab yoxdur, adi həyat tərzinə çevrilmiş bu və bu kimi hallar tez-tez təkrarlanacaq.

ReAL Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli bildirib ki, normal ölkələrdə belə bir məsələ ortaya çıxırsa, parlamentdə bir araşdırma komissiyası yaradılır. Onun sözlərinə görə, həmin komissiya deputatın seçkilər zamanı verdiyi gəlir bəyannaməsindən tutmuş bütün fəaliyyətini yoxlayır: “Qurum hansı nəticəyə gəlirsə, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir. Bu qurumların parlamentin icazəsi ilə deputat haqqında araşdırma aparmaq səlahiyyətləri də var. Təəssüf ki, belə hallar Azərbaycanda təsdiqini tapsa belə, bizdə bu cür təcrübə, ənənə yoxdur ki, parlament araşdırma aparsın. Əslində belə bir ənənənin yaranması üçün yaxşı fürsət yaranıb. Hesab edirəm ki, parlament komissiyası qurulmalı, onlar hüquq mühafizə orqanlarına müraciət etməli, Cavanşir Feyziyevin deputatın toxunulmazlığı götürüldükdən sonra araşdırmalar başlanmalıdır. Onun nəticəsində hansı qanun pozuntuları baş veribsə, üzə çıxarılmalıdır. Pozuntular təsdiqini taparsa, onun deputat mandatının ləğv olunması məsələsi parlament və MSK- tərəfindən həll edilməlidir”.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam