Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hökumət məmur sahibkarlığının qarşısında acizdir-Partiya sədri yazır...

 

Hökumət məmur sahibkarlığının doğurduğu inhisarçılığın baş alıb getməsi səbəbindən süni qiymət artımının qarşısını almaqda, bu sahədə malik olduğu tənzimləyici funksiyanı işə salmaqda acizdir 

Yenixeber.org: Bu gündən Bakı şəhərində 650 qramlıq (çörəyin çəkisinin bu qədər olduğuna inanan varmı?) “zavod” çörəyinin qiyməti nə az-nə çox 30,0% artaraq 65 qəpiyə satılır. Minimum pensiyanın və minimum əmək haqqının cəmi 20,0% artırıldığı ölkəmizdə çörəyin qiymətinin 30% bahalaşması çox deyilmi cənablar? Məlumdur ki, yalnız 200 manat pensiya, 250 manat əmək haqqı alanların pensiya və əmək haqları 20,.0% artırılır. Bəs mütəmadi olaraq artan qiymətlər, son artımlardan sonra 241 manat pensiya, 301 manat əmək haqqı alanlara təsir etmirmi cənablar? Düzdür, yanvar ayının 1-dən pensiyaların məbləğinin ölkəmizdə əmək haqqının artım tempinə uyğun olaraq (3,0%-ə yaxın) indeksləşdiriləcyi gözlənilir. Bu infilyasiyanın pensiyaçıların yaşayışına mənfi təsirlərini yümşalda bilərmi? Bəs infilyasiya əmək haqlarının alıcılıq qabiliyətinə təsir göstərməyib? Nə üçün əmək haqları infilyasiya tempinə görə indesləşdirilmir?

Ölkəmizdə baş alıb gedən, bir çox hallarda heç bir iqtisadi əsası olmayan süni qiymət artımlarının qarşısının alınacağ ilə bağlı bu sahəyə cavabdeh olan hökumət yetkililərinin çox vədlərini eşitmişik və eşidirik. Ancaq indiyədək hansısa bir əməli tədbirin şahidi olmamışıq. Görünür hökumət məmur sahibkarlığının doğurduğu inhisarçılığın baş alıb getməsi səbəbindən süni qiymət artımının qarşısını almaqda, bu sahədə malik olduğu tənzimləyici funksiyanı işə salmaqda acizdir. Əgər belədirsə qiymət artımlarından doğan infilyasiyanın vətəndaşların güzəranına mənfi təsirlərini heç olmasa yumşaltmağın başqa yolu yoxdur? Bəli, müxtəlif məhsulların qiymətlərinin artmasının müəyyən dərəcədə iqtisadi əsaslarının olduğunu heç kəs inkar etmir. Məsələ qiymət artımlarının kifayət qədər iqtisadi əsaslar olmadan mütəmadi olaraq baş verməsindən və bu artımların iqtisadi əsaslara nisbətən daha çox olmasındadır. Hökumətin əsas vəzifələrindən biri inhisarçılığın tənzimlənməsi, süni qiymət artımlarının qarşısının alınması yolu ilə vətəndaşların güzəranına mənfi təsirlərin aradan qaldırılması, heç olmasa yumşaldılması deyilmi?

Suyun, elektrik enerjinin, qazın qiymətinin heç bir iqtisadi əsaslar olmadan qaldırılması (ziyanla işlədikləri iddia edilən bu sahələri idarə edənlərin milyonçular olduqlarına rəğmən) azmış kimi, çörəyin qiymətinin 30,0% bahalaşması, yerində olmayan bəzi “millət vəkillərinin” sosial şəbəkələrdə yayılan və ikrah doğuran açıqlamaları ölkəmizdə arzu olunmayan sosial-siyasi gərginlik yarada bilər. Bunun qarşısının alınması üçün hökumətin təcili tədbirlər görməsinə ehtiyac vardır. Sonra gec ola bilər.

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam