Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dron diplomatiyası: Türkiyənin artan gücü

Yenixeber.org: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17-20 oktyabr yarixlərində Afrika qitəsinə səfər edib. Səfər çərçivəsində Türkiyə lideri Atlantik Okeanı sahillərində yerləşən Anqola və Afrikanın qərbində yerləşən Toqoda olub.  Ərdoğan üç ölkəni əhatə edən Afrika turunu Nigeriya ilə başa vurub. Ölkəyə qayıtdıqdan sonra Ərdoğan Afrikada Türkiyə istehsalı isyehsalı dronlara (pilotsuz uçuş aparatları) çox böyük tələbat olduğunu bildirib.

Suriya və Liviyada Türkiyə ordusunun əməliyyatlarından sonra, ötən ilin payızında Vətən müharibəsi zamanı Türkiyə istehsalı dronların uğurla istifadə edilməsi dünyada, xüsusilə Afrika qitəsində bu silahlara olan marağı daha da artırıb. 

Türkiyə dronlarına bu qədər yüksək marağın olmasının bir neçə səbəbi var. Bunlardan ən önəmlisi onların olduqca ucuz olmasıdır. Havadan zərbələr endirə bilən dronlar döyüş təyyarələri ilə müqayisədə qat-qat aşağı qiymətə təklif edilir. İkincisi onların hava hücumundan müdafiə vasitələri tərəfindən aşkarlanması olduqca çətindir. Üçüncü Türkiyə istehsalı “Bayraktar TB2” hərbi elmdə “döyüşdə sübut edilmiş” (combat proven) statusuna malikdir. Yəni bu silahlar artıq müharibə meydanlarından öz performasını göstərib və uğurlar əldə edib. Bu platformaların idarə edilməsi də asandır və istifadəsi qeyri-dövlət aktorlarına və terror təşkilatlarına qarşı mübarizə aparan Afrika dövlətlərinin ehtiyaclarına uyğundur. 

“Bayraktar TB2” dronlarını istehsal edən Türkiyənin “Baykar” şirkəti bu silahları 13 ölkəyə satdığını açıqlayıb.  Türkiyənin dron satdığı məlum olan ölkələr Azərbaycan, Ukrayna, Qətər, Polşa, Türkmənistan, Qırğızıstan, Mərakeş və Tunisdir (bu ölkəyə “Anka-S” satılıb). İngiltərə, Litva, Macarıstan, Serbiya, Albaniya, Rumıniya, Latviya İraq, Efiopiya, Nigeriya, Anqola, Ruanda, Pakistan, Qazaxıstan və İndoneziya ordularının bu dronlarla maraqlandığı qeyd olunur.

Türkiyə dronlar sataraq ABŞ, İsrail, Çin kimi bu sahənin güclü aktorlarına qarşı rqəabətə girir. Eyni zamanda Türkiyə dünyanın müxtəlif regionlarında (Mərkəzi Asiya, Afrika, Cənubi Qafqaz) güc mübarizəsində ön plana çıxmaq üçün bu silahları qeyd olunan bölgələrdə yerləşən ölkələrə satır. 

Ankaranın bu silahları kütləvi satmaqda ilkin məqsədi, şübhəsiz ki, pul qazanmaq deyil. Bu satışlar Türkiyə üçün maddi qazanclardan çox daha əhəmiyyətə malikdir. Məsələn, Türkiyə bu məhsulları Polşaya satır. Bu, Türkiyə müdafiə sənayesinin NATO və Avropa İttifaqı ölkəsinə ilk tədarüküdür. Eyni zamanda Efiopiyaya PUA-ların satılması planları Afrikada Misirlə rəqabətdə önəmli rol oynayır.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam