Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ərdoğan fəth edərək irəliləyir..." - Fransa mətbuatı yazır

“Ərdoğan fəth edərək irəliləyir…” – Fransadan ŞOK TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika qitəsinə səfəri Fransa başda olmaqla dünya mətbuatının ciddi marağına səbəb olub.

Yenixeber.org: Fransanın “Le Point” jurnalı “Ərdoğan fəth edərək irəliləyir” başlıqlı xəbər dərc edib.

Xəbərdə Türkiyənin hərbi, iqtisadi və diplomatik baxımdan qitədə əhəmiyyətli addımlar atdığı qeyd edilib: “Türkiyə Prezidenti ölkəsinin Afrika ilə əlaqələrini gücləndirməyi hədəfləyir”.

Jurnal Afrikanın ən çox əhalisi olan ikinci ölkəsi Efiopiyada Türkiyənin Çindən sonra ən çox sərmayə qoyan ölkə olduğuna da diqqət çəkib.

Fransanın dövlət radiosu “RFI”də verilən təhlildə isə səfərin Fransa kimi keçmiş müstəmləkə güclərinin iqtisadi hegemonluğunu pozmaq və Çinin təsirinə qarşı çıxmaq cəhdləri kimi xarakterizə olunub.

“Midle East Eye” agentliyində yer alan xəbərdə deyilir: “Prezident Ərdoğan bir sıra pilotsuz uçuş aparatları ilə Ankaranın Afrika ölkələri ilə əlaqələrini dərinləşdirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam