Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın sui-qəsddən qorxmasının sirri açılır: Anlaşmalar Araikin də taleyini həll edir

Xankəndi və ətraf bölgənin Azərbaycana tədricən inteqrasiya olunma prosesi başlayıb; Azərbaycan Rusiya ilə anlaşır, Kremldən Paşinyan hakimiyyətinə təlimat verilir, rəsmi İrəvan isə iqtisadi böhrandan xilas şansı qazanmaq üçün sadəcə, tələbləri icra etmək məcburiyyətində qalır…

Yenixeber.org: Ermənistan cəmiyyətində böhran yaşanır. Bu böhran yalnız siyasi-iqtisadi deyil, həm də mənəvi-psixoloji xarakter daşıyır. Və böhranın ikinci istiqaməti erməni toplumu üçün hələlik daha sarsıdıcı təsirlərə malikdir.

Məsələ ondadır ki, Ermənistan cəmiyyəti mövcud situasiyadan xilas yolları tapmaqda aciz duruma düşüb. Rəsmi İrəvan ölkəni Ermənistanın daxili resursları hesabına sosial-iqtisadi böhrandan çıxara bilməyəcəyinə artıq əmindir. Real xilas variantları isə Azərbaycan və Türkiyədən birbaşa asılı vəziyyətdədir.

Ona görə də, indi Paşinyan hakimiyyəti həm Azərbaycan, həm də Türkiyə ilə təmas imkanlarını sınaqdan çıxartmağa çalışır. Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin son toplantısında verdiyi açıqlamalar da bunu təsdiqləyir. Hər halda, erməni baş nazir regionda nəqliyyat-kommunikasiya xətlərinin açılacağı təqdirdə, Ermənistan iqtisadiyyatında mövcud olan böhranın aradan qaldırılmasının mümkünlüyünü sübut etməyə çalışıb.

_103068103_974130996-594x594.jpg (32 KB) 

Təbii ki, bu, baş nazir N.Paşinyanın dolayısıyla Azərbaycan və Türkiyə ilə anlaşmağın vacibliyinə eyham vurması anlamına gəlir. Halbuki Ermənistanda mövcud olan siyasi ziddiyyətləri nəzərə aldıqda, bu, o qədər də asan məsələ təsiri bağışlamır. Çünki Paşinyan hakimiyyətində müxalif olan Qarabağ klanı revanşist mövqedə israr edir, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması təkliflərinə aqressiv reaksiya verir.

Hətta son vaxtlar yeni geopolitik reallıqlara həssas yanaşmağa meyilli mövqe tutmağa çalışan Ermənistan baş nazirinin həyatına ciddi təhlükənin olduğu barədə də müəyyən iddialar mövcuddur. Belə ki, bir neçə gün öncə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da revanşist Qarabağ klanının erməni baş naziri fiziki cəhətdən aradan götürə biləcəyini istisna etməmişdi. O, vurğulamışdı ki, Qarabağ klanı öz siyasi maraqlarını təmin etmək məqsədilə baş nazir N.Paşinyana sui-qəsd təşkil edə bilər.

Maraqlıdır ki, Ermənistan mətbuatı artıq baş nazir N.Paşinyanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ciddi addımların atılığı barədə məlumatlar yaymağa başlayıblar. Həmin məlumatlarda Nazirlər Kabinetinin və Ermənistan baş nazirinin mühafizəçilərinin sayının artırıldığı vurğulanır. Və bu, Ermənistan cəmiyyətində təhlükəli proseslərin başlana biləcəyi ilə əlaqələndirilir.

Məsələ ondadır ki, rəsmi İrəvana Ermənistanı bu qışdan salamat çıxartmaq üçün Azərbaycan və Türkiyə ilə anlaşaraq, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması, bununla da yeni və etibarlı maliyyə-iqtisadi qaynaqların qazanılması hava-su kimi lazımdır. Ancaq Azərbaycan və Türkiyədən “hava və su almaq” üçün isə bu iki müttəfiq dövlətin bəzi ortaq tələb-şərtlərini yerinə yetirmək vacibdir. Və erməni baş naziri təhlükə qarşısında qoyan da məhz bu amildir.

kollaj 123.jpg (723 KB) 

Bəzi məlumatlara görə, erməni baş nazir üçtərəfli anlaşmaların müəyyən bəndlərini yerinə yetirməyə razılaşıb. Hətta Rusiyanın da iştirakı ilə Azərbaycanın israr etdiyi bəzi şərtlərin icrasına da başlanılıb. Rəsmi şəkildə təsdiqlənməsə də, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgədə qanunsuz erməni silahlı dəstələrinin geri çəkilməkdə olduğu bildirilir. Və onların olduğu mövqelərə rus sülhməramlılar yerləşdirilir.   

Ermənistan mətbuatının iddiasına görə, bu, hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycanın nəzarətinə verilməsinə hazırlıq prosesinin başlanğıcıdır. Həmin iddiada vurğulanır ki, rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgənin xəritəsində edilən dəyişiklik də bunun birbaşa əlamətidir. Və həmin xəritənin sonradan silinmiş olsa belə, Rusiyanın RBK telekanalında nümayiş olunması isə, bütün bu prosesin Kreml ilə razılaşdırılmasından xəbər verir.

Onu da qeyd edək ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bütün bu məlumatların qətiyyən boşuna yayılmadığını vurğulayır. Çünki Xankəndi və ətraf bölgədə yaşayan erməni ekspert Bella Lalayanın sözlərinə görə, 44 günlük savaşdan sonra Xocalının Azərbaycana təhvil veriləcəyi haqda iddialar həmişə olub. Və erməni separatçıların təmsilçiləri bu mövzuda danışmağa o qədər də həvəs göstərmirlər.

Səbəb isə olduqca sadədir. Çünki Xankəndi və ətraf bölgənin gələcək taleyinin həll edilməsində erməni separatçıların hər hansı rolu yoxdur. Heç kim onların mövqeyini və istəyini soruşmağa vaxt sərf etmək niyyətində deyil. Və onlara nə deyilsə, dərhal icra etmək məcburiyyətindədirlər.

araik-deshik.jpeg (220 KB) 

Ona görə də, Ermənistan mətbuatının bu barədə suallarına separatçıların təmsilçiləri - Araik Arutyunyanın sözçüsü Lusine Avanesyan və daşnak Vahram Balayan cavab verməkdən imtina ediblər. Elə A.Arutyunyan da “Hələlik bu məlumatı şərh etməyəcəm” deməklə, sualdan yayınmağa çalışıb. Və o, bunu mövzu ilə bağlı rəsmi məlumatın olmaması ilə əlaqələndirib.

Maraqlıdır ki, özünü son vaxtlara qədər Xankəndi və ətraf bölgənin rəhbəri kimi təqdim etməyə çalışan A.Arutyunyan “Sizin imzanız olmadan həmin ərazilərin Ermənistan hakimiyyəti tərəfindən Azərbaycana təhvil verilməsi mümkündürmü”, sualına da qəribə və qeyri-müəyyən cavab verib. Yəni, o, bu sualın cavabını məhz Ermənistan hakimiyyətindən soruşmağı məsləhət görməklə, kifayətlənib.

Təbii ki, bütün bunlar mövcud situasiya ilə bağlı müəyyən nəticə çıxartmağa tamamilə imkan verir. Belə ki, aydın olur ki, əsas məsələlər məhz Azərbaycan və Rusiya arasında həll olunur. Rəsmi Bakı Kremllə anlaşır, Kremldən isə Paşinyan hakimiyyətinə təlimat verilir. Nəticədə rəsmi İrəvan həmin təlimatları yerinə yetirmək məcburiyyətində qalır. Və bəzi anlaşmalar üzərindən taleyi artıq həll olunmaq üzrə olan A.Arutyunyanın separatçıları bu prosesdə yaxından-uzaqdan iştirak etmirlər.

Ermənistan cəmiyyətində bu proseslər artıq əsas gündəm mövzusuna çevrilməyə başlayıb. Hazırda əsas ittihamların hədəfində isə məhz Paşinyan hakimiyyəti var. Xüsusilə edə baş nazir N.Paşinyan öz siyasi maraqları naminə Xankəndi və ətraf bölgəni Azərbaycana verməyə hazırlaşmaqda suçlanır.

Revanşist radikallar isə erməni baş naziri satqınlıqda suçlamaqla yanaşı, onu cəzalandıracaqları ilə hədələyirlər. Bu təhdidləri nəzərə aldıqda, baş nazir N.Paşinyanın qorxmasının və onun mühafizəsinin ciddi şəkildə gücləndirilməsinin əsl səbəbini anlamaq o qədər də çətinlik törətmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam