Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SSRİ öz qoşunlarını Əfqanıstandan necə çıxarıb? –ordunun qalmasını istəyənlər də çox imiş

10 illik Əfqanıstan müharibəsinin (1979-1989) ən ağır proseslərindən biri də sovet hərbi kontingentinin bu ölkədən çıxarılması olub. Buna 9 ay vaxt sərf edilib. 14 aprel 1988-ci ildə İsveçrədə BMT-nin vasitəçiliyi ilə Əfqanıstan və Pakistan xarici işlər nazirləri Əfqanıstandakı vəziyyətin siyasi yolla nizamlanmasına dair Cenevrə sazişini imzalayıblar və bu sazişə görə, SSRİ 1988-ci il may ayının 15-dən başlayaraq doqquz ay ərzində hərbi kontingentini geri çəkəcəyinə söz verib, ABŞ və Pakistan da öz növbələrində mücahidlərə dəstəyi dayandırmağı öhdəlik kimi qəbul ediblər.

Yenixeber.org: Sovet qoşunlarının Əfqanıstandan çıxarılması 15 may 1988-ci ildən başlayıb. 15 fevral 1989-cu ildə Əfqanıstanı sonuncu tərk edən sovet hərbçisi isə 40-cı ordunun komandanı general-leytenant Boris Qromov olub. Bu tarixdən sonra Əfqanıstanda yalnız mücahidlər tərəfindən əsir götürülmüş sovet hərbçiləri qalıb. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin tabeliyində olan sərhəd qoşunlarının bir neçə hərbi hissəsi isə 1989-cu ilin aprel ayına qədər həmsərhəd ərazilərdə xidmətlərini davam etdiriblər. Beləliklə, rəsmi tarixə “beynəlmiləl borc” adı ilə düşən Əfqanıstan müharibəsinin “növbəti” mərhələsi sona çatıb.

wpXQZiKepH8.jpg (115 KB)

Əfqanıstan müharibəsi ilə bağlı onlarla film çəkilib, kitablar yazılıb, xatirə kompleksləri açılıb, çoxsaylı tədbirlər keçirilib. 10 illik müharibə yaddaşlarda “şurəvi” və “düşmən” mübarizəsi ilə, qanlı hərbi əməliyyatlarla, sink tabutlarla,100 minlərlə canlı itkilərlə yadda qalıb. Amma tarixə həkk olunanlar təkcə bu qanlı olaylar deyil.

Sovet hərbçiləri sıravi əfqanlar tərəfindən böyük təntənə ilə yola salınıb. Hətta əfqan qadınları böyük plakatlar qaldıraraq sovet hərbçilərinə öz minnətdarlıqlarını ifadə ediblər, “Biz sizə minnətdarıq”, “Bizə göstərdiyiniz köməyi heç vaxt unutmayacağıq”, “Sovet-əfqan dostluğu əbədidir” kimi şüarlarla ehtiramlarını bildirməyi özlərinə borc sayıblar.

rian_22385hr-pic905-895x505-1640_1550452801_tumb_660.jpg (109 KB)

Sovet hərbçilərinin Əfqanıstandakı fəaliyyətini təkcə sıravi əfqanlar deyil, mücahidlər də yüksək dəyərləndiriblər. Əks tərəflərdə dayansalar da, əfqan mücahidləri 40-cı ordunun peşəkarlığına yüksək qiymət veriblər. Hətta bütün fəaliyyətini sovet qoşunlarının məhv edilməsinə istiqamətləndirən Əhməd Şah Məsud sovet hərbçiləri haqqında fikrini belə bildirib:
“Sovet əsgərləri mənim əsgərlərim kimi əsl döyüşçülər idi. Biz bir-birimizə qarşı müharibə aparsaq da, bunu kişi kimi və şərəflə edirdik. Amma NATO qüvvələri mübarizəni çirkin bir formada aparırdı, böyük səhvlərə yol verirdi, xüsusilə hərbi əməliyyatlarda ərazilərin bombalanması zamanı onlar dinc əhalinin qırılmasını nəzərə almırdılar...”

dzb2gkmx4ai9n04_tumb_660.jpg (151 KB)

Əfqanlar 10 illik müharibədən sonra SSRİ-nin və Amerika Birləşmiş Ştatlarının Əfqanıstana olan münasibətini müzakirə edərək qeyd ediblər ki, SSRİ onların ölkəsi üçün çox işlər görüb, yeni dövlətçilik ənənələri qurub, ordu quruculuğunda ciddi islahatlar aparıb, əhalinin sosial rifahı üçün zəruri tədbirlər həyata keçirib, təhsilin, səhiyyənin inkişafına böyük töhfələr verib. Amerikalılar isə özlərini işğalçı kimi aparıb, mütləq hakimiyyət ehtirası ilə əfqanlara hər bir sahədə diktə ediblər. 2001-ci ildə ABŞ-ın başçılıq etdiyi koalisiya Əfqanıstana gələndə çoxları elə düşünüb ki, ölkədə qayda-qanun yaranacaq. Amma əfqanların ümidləri doğrulmayıb. ABŞ Əfqanıstana milyardlarla dollar vəsait sərf etsə də, heç nəyə nail ola bilməyib və bu gün Əfqanıstanda baş verənlər bunu bir daha sübut edir.

Hadisələrin bir-birini sürətlə əvəzlədiyi qısa zaman kəsiyində əfqanlar bu münasibətləri ayrıd edə biliblər. Əlbəttə, başqa bir dövlətin digər bir dövlətə qoşun yeritməsi məqbul hadisə deyil. Amma buna baxmayaraq, əfqanların əksər hissəsi özlərinə olan münasibətdə sovet qoşunlarının Əfqanıstanda qalmasına daha çox üstünlük veriblər.

dzzd3yxwwaaxisk_tumb_660.jpg (119 KB)

Zaman isə siyasi müstəvidə fərqli bir bir tələb qoyub, SSRİ-nin qoşunlarını Əfqanıstandan çıxarmaq tələbini.

Ümumilikdə tərəflərin Əfqanıstandakı maraq mübarizəsi Əfqanıstan üçün heç bir nəticə verməsə də, SSRİ qoşunlarını bu ölkəyə yeritməklə “beynəlmiləl borc”unu yerinə yetirmiş hesab edib.

Əfqanıstan döyüşçüləri SSRİ-də böyük təmtəraqla qarşılanıb. Sərhədi keçən kimi onları yüzlərlə sovet vətəndaşı qarşılayıb. Həmin ərazilərdə telefon-danışıq məntəqələri quraşdırılıb, sovet hərbçiləri SSRİ-nin istənilən yeri ilə anındaca ödənişsiz danışmaq imkanına malik olub. Qarşılanmada tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak edib. İosif Kobzonun oxuduğu mahnılara isə generallar da qoşulub.

rian_2891717hr-pic905-895x505-22073_1550452809_tumb_660.jpg (91 KB)


Boris Qromov sərhədə yaxınlaşanda zirehli texnikadan düşərək SSRİ-nin ərazisinə piyada keçib. General sovet hərbi kontingentinin Əfqanıstandan çıxarılması ilə bağlı Türküstan hərbi dairəsinin komandanı, ordu generalı Nikolay Popova hərbi məruzə etdikdən sonra, onu ilk olaraq əlində böyük bir dəstə güllə oğlu Maksim qarşılayıb.

QxRRowWR2QE.jpg (143 KB)

Beləliklə, Əfqanstan müharibəsi sona çatıb, məğlubiyyəti və qələbəsi bəlli olmayan müharibə, ümumilikdə 2 milyon insanın həyatına son qoyan savaş. Əfqanıstan prezidenti Məhəmməd Nəcibullanın Əfqanıstanda 30 min sovet hərbçisinin qalması ilə bağlı xahişinə isə dağılmaqda olan SSRİ heç bir reaksiya verməyib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam