Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SSRİ-də məxfi narkomaniya:milyonçu narkotacir, vecsiz Xruşov, himayədar Brejneva...

 

Yenixeber.org: Təkcə 21-ci əsrin deyil, bütün əsrlərin bəlasına çevrilmiş narkomaniyanın tarixi çox qədim bir dövrə, eramızdan əvvəlki əsrlərə gedib çıxır. Ən təəssüfedici fakt isə odur ki, bu uzun tarix boyu narkomaniya yüksələn xətt üzrə inkişaf edib.

Statistikaya nəzər salanda şahidi oluruq ki, narkotiklərdən istifadəçilərin sayı və narkotik vasitələrin qanunsuz dövriyyəyə buraxılmasının miqyası ilbəil artmaqdadır. Dünyanın ən güclü dövlətləri narkomaniyaya qarşı mübarizəyə milyonlar sərf etsələr də, nəticələr hələ ki arzuolunan səviyyədə deyil.

70 il ərzində SSRİ-də də narkotik vasitələrdən istifadə, onların qanunsuz dövriyyəyə buraxılması geniş vüsət alıb. Düzdür, 1990-cı illərə qədər BMT-nin hesabatlarında SSRİ ən “təmiz” ölkələrdən biri sayılıb. Əslində isə, mənzərə tam fərqli olub. Sonralar bununla bağlı arxivlərdən maraqlı və fərqli göstəricilər olan sənədlər ortaya çıxıb.

narkotiki-1.jpg (171 KB)

Həmin sənədlərdən biri 8 may 1964-cü ildə “məxfi” qriflə Rusiyanın daxili işlər naziri Vadim Tikunovun Mərkəzi Komitəyə göndərdiyi məktubdur. Nikita Xruşova ünvanlanan məktubun ilk sətirləri belə başlayıb: “Müvafiq instansiyaları pozaraq birbaşa sizə müraciət etməyim səbəbsiz deyil. Həm bir nazir, həm də bir vətəndaş kimi ölkədə sürətlə yayılan narkomaniya məni narahat etməyə bilməzdi. Əgər biz bunun qarşısını vaxtında almasaq, bir neçə ildən sonra sovet gənclərinin tam iflic vəziyyətdə olmasına şahidlik edəcəyik. Buna görə də bu məsələyə diqqət ayırmağınızı, şəxsi nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm...”

Vadim Tikunov məktubda konkret rəqəmlər göstərib. Narkomaniyanın daha çox Udmurtiyada, Şimali Qafqazda, Kuybışevdə, Orenburqda, Omskda və xüsusilə Moskvada geniş yayıldığını xüsusilə vurğulayıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin Orta Asiya respublikalarından başlandığını bildirən nazir onu da qeyd edib ki, narkotacirlərə himayədarlıq edənlərin arasında dövlət məmurları və milis əməkdaşları da var.

14717416113b.jpg (108 KB)

Həmin dövrdə ən çox yayılan narkotik vasitə həşiş sayılıb ki, onun bir dozası 1 rubla satılıb. 1 dozanın çəkisi 1 qramdan az olub ki, 1 koloqram həşişdən narkotacirlər 200-300 rubl qazanıblar.

Nazirin qeydlərində Vladimir Şneyderoviçin ( o digər adlarla da özünü təqdim edib) adı daha çox hallanıb və o, SSRİ-də dövriyyəyə ən çox narkotik vasitə buraxan narkotacir kimi qeyd olunub. Əldə olunan məlumata görə, Şneyderoviç təkcə 7 ay ərzində Omskda 50 min rublluq həşiş satıb. Mövcud dövr üçün bu böyük məbləğ sayılıb. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Nikita Xruşov dövlət başçısı kimi 630 rubl maaş alıb.

Şneyderoviç 4 il ərzində narkotik vasitələrin satışından 1 milyon 700 min rubl əldə edib. Orta Asiyadan Sibirə, Sibirdən Moskvaya, Moskvadan Şimali Qafqaza “mal” ötürən narkotacir kimlərinsə himayəsi altında heç vaxt ələ keçməyib.

1960-cı illərdə narkotik vasitələrdən istifadə edənlərin (rəsmi qeydiyyata düşənlərin) 78 faizi gənclərdən ibarət olub.

scale_1200 (1).jpg (127 KB)

Ayrı-ayrı bölgələrdə narkoticarətin səviyyəsini açlqlayan Vadim Tikunov Kazanda vəziyyətin daha acınacaqlı olduğunu bildirib. Kazanda hətta orta məktəblərdə narkotik vasitələrdən istifadə edildiyini qeyd edən general maraqlı bir fakt da açıqlayıb. Belə ki, şəhərin mərkəzində Safina soyadlı bir şəxsə məxsus mənzildən günün istənilən vaxtı çeşidli narkotik vasitələr almaq mümkün olub. Nazirin başçılığı ilə bu şəhərdə keçirilən üç günlük əməliyyat zamanı hər gün həmin mənzildən çox arxayınlıqla heç bir maneəsiz 70-80 nəfərin narkotik vasitə alması aşkar edilib.

Vadim Tikunovun 17 səhifəlik “məxfi” məktubunda bu cür faktlar saysız-hesabsız olub. Məktuba ciddi reksiya verilməyib. Mərkəzi Komitə komsomola bu sahədə təbliğatın gücləndirilməsini və daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlar üzrə inspektorlara əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə edib. Digər tərəfdən, həmin ərəfədə Mərkəzi Komitə üçün daha vacib məsələ saray çevrilişinə hazırlıq işləri olub.

0CX1rj884sg.jpg (118 KB)

Araşdırmaçıların qənaətinə görə, SSRİ-də narkomaniya 1970-ci illərin sonlarından daha geniş vüsət alıb. Statistik rəqəmlərə görə, Brejnevin hakimiyyəti illərində, xüsusilə 1980-1982-ci illərdə narkomanların sayı 2 dəfə artıb. Belə bir fakt da ortaya çıxıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəyə buraxılmasında baş katibin qızı Qalina Brejnevanın da əli olub. O, böyük məbləğlər qarşılığında narkotacirlərin yollarında qırmzı işıqların yanmasına imkan verməyib.

Bütün bu real faktlara baxmayaraq, beynəlxalq təşkilatlara göndərilən hesabatlarda SSRİ narkomanların sayına və narkotik vasitələrin qanunsuz dövriyyəsinin məhdudluğuna görə sonuncu pillələrdə yer alıb. Onu da qeyd edək ki, SSRİ-də narkomaniya, narkotik vasitələrin emalı, satışı, istifadəçiləri ilə bağlı bütün sənədlər “məxfi” qrif altında saxlanılıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam