Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Brejnevin 44 illik mühafizəçisi –o, Səddam Hüseynin qarşısını kəsdirib, tapançasını aldırıb

Mühafizəçilərinin söylədiklərinə görə, Leonid İliç Brejnev son dərəcə riskli bir adam olub. Baş katib bu risklərə görə bir neçə dəfə həyatını itirmək təhlükəsi ilə də üzləşib. Avtomobildə sürət həvəsi, ov zamanı hədəfinin qarşısına getməsi, çimərlikdə dərinliklərə üzməsi Brejnevi heç vaxt qorxutmayıb.

Yenixeber.org: Bir sözlə, Leonid İliç kabinetdən kənar həyatında özünü şıltaq gənclərdən heç də fərqləndirməyib. Bu isə mühafizəçilər üçün böyük problem və gərginlik yaradıb. Düzdür, bu gərginliyə görə baş katib onları lazımi səviyyədə mükafatlandırıb, amma söhbət dövlət başçısının mühafizəsindən gedirsə, bu məsələni mükafatlarla tənzimləmək, qaydasına salmaq mümkün olmur.

Brejnev öz mühafizəçiləri ilə səmimi davranıb, problemləri ilə maraqlanıb, onların həllinə birbaşa özü göstəriş verib, mühafizəçilərin seçimində özü də iştirak edib. Elə mühafizə rəisi Aleksandr Ryabenkonun təyinatı da baş katibin göstərişi ilə olub.

p27_14_clip_image005.jpg (128 KB)

Brejnevlə Ryabenko hələ 1938-ci ildən tanış olublar. Ryabenko Dnepropetrovsk vilayət partiya komitəsində şöbə müdiri işləyən Brejnevin sürücüsü olub. Müharibə onların yollarını ayırıb. Brejnev müharibədən sonra partiya orqanlarına işə keçəndə sürücüsünü axtarıb və 1949-cu ildə Ryabenko Dnepropetrovsk vilayət partiya komitəsinin birinci katibi Brejnevin mühafizəçisi təyin olunub. Bununla da Ryabenko Brejnevin ömrünün son gününə qədər onunla birgə işləyib. Moldaviyada, Qazaxıstanda, Moskvada Ryabenko Brejnevin bir addımlığında dayanıb.

Baş katibin Ryabenkoya böyük inamı və etibarı olub. Brejenev bir çox hallarda ailə məsələlərini, ailə büdcəsini, hədiyyə və pul qəbullarını da ona həvalə edib. Baş mühafizəçi öz vəzifəsini yüksək səviyyədə icra edib. Bunun nəticəsi olaraq Ryabenko sıravi rütbəsindən DTK generalı rütbəsinə qədər yüksəlib.
Təminatında, şəxsi həyatında heç problem olmasa da, Ryabenko Brejnevlə işləyərkən davamlı olaraq problemlərlə üzləşib. Brejenevin əvvəlcədən planlaşdırılmamış hərəkətləri, səfərlər zamanı maşını saxlatdırıb yerli əhali ilə görüşməsi, çimərlik şıltaqlıqları, ov ehtirası, sükan arxasına keçməsi, gecə yarıyadək davam edən ziyafətlər mühafizəçiləri gərginlik içərisində saxlayıb. Ryabenko mühafizə rəisi kimi dəfələrlə Brejnevə bununla bağlı iradlarını bildirsə də, xəbərdarlıq etsə də, həmişə eyni cavabı alıb: “Bu ölkənin sahibi mənəm, mənim işim ölkəni idarə etmək, sizin işiniz isə məni qorumaqdır. Gəlin hərəmiz öz işimizlə məşğul olaq...”

p27_14_clip_image004.jpg (103 KB)

Amma bəzən işlər düz getməyib və hər dəfə də mühafizə rəisi baş katibi çətin vəziyyətdən çıxarıb.
Əsasən Krımda istirahət etməyə üstünlük verən Brejnev istirahəti zamanı tez-tez dənizə girib. Bu “prosedur” hər dəfə mühafizəçilərə stress yaşadıb. Dəniz istirahətlərinin birində baş katib sürətli axara düşərək sahildən xeyli uzaqlaşıb. Ryabenko və köməkçisi Vladimir Medvedyev Brejnevi çətinliklə xilas edə biliblər.

Daha bir hadisə yenə də Krımda baş verib. Səhər saatlarında mühafizə olunan dəniz ərazisində üzən baş katib suyun içində qəfil bir qadınla üzləşib. Mühafizəçilər qadına atəş açmaq istəyəndə, qadın əllərini yuxarı qaldıraraq bildirib ki, heç bir pis məqsədi yoxdur. Qadını sahilə çıxarıblar. Brejnevlə görüşmək üçün o, gecədən səhərə qədər dənizdə gizləndiyini bildirib. Brejenev həmin qadından onunla görüşməyinin hansı məqsəd daşıdığını soruşanda, cavab verib ki, yerli orqanlar ona mənzil verilməsində süründürməçilik edirlər. Baş katib qadının problemini elə həmin gün həll edib.

Brejnevin mühafizəsi xarici dövlət başçılarının SSRİ-yə səfəri zamanı onların mühafizə dəstələri ilə qarşılıqlı iş aparıblar. Tez-tez bu məsələdə də anlaşılmazlıq yaranıb. Hansısa dövlət başçısının mühafizəsi girişi qadağan olan məkanlara, məsələn, SSRİ rəhbərlərinin qəbul otaqlarına girmək istəyəndə mübahisələr yaranıb, yaxud da hansısa bir ölkə prezidentinin mühafizəçiləri Kremlə silahla daxil olanda, onlardan silahların alınması növbəti problemləri yaşadıb.

Səddam Hüseynin SSRİ-yə səfəri zamanı isə bu problem özünü daha qabarıq büruzə verib. Belə ki, Səddam Hüseyn üstündə gəzdirdiyi tapançanı çox açıq şəkildə nümayiş etdirib ki, bu da Brejnevin mühafizəçilərinin diqqətindən yayınmayıb. İraq liderinin Brejnevlə təkbətək görüşü baş katibin kabinetində nəzərdə tutulub. Aleksandr Ryabenko Brejnevin qəbul otağnda dayanan mühafizəçi Mixail Soldatova əmr verib ki, Səddam Hüseyni baş katibin kabinetinə silahla buraxmasın. Səddam Hüseyn qəbul otağına keçəndə Soldatov onun qarşısında keçib və tərcüməçi vasitəsi ilə İraq liderinə müraciət edib:

hqdefault.jpg (86 KB)

- Siz zabitsiniz?

Heç nə anlamayan Səddam Hüseyn cavab verib:

- Zabitəm.

- Mən də zabitəm, siz mənə inanırsınız?

- İnanıram.

Soldatov öz tapançasını göstərərək sözünə davam edib:

- Bu mənim tapançamdır. Mən onu burada qoyuram. Leonid İliç də heç vaxt üstündə tapança gəzdirmir. Odur ki, siz də silahınızı burada qoymalısınız.

Səddam Hüseyn ötkəm zabitin göstərişinə əməl edərək silahını qəbul otağında təhvil verib.

Görüşdən sonra Brejnev Ryabenkonu yanına çağıraraq soruşub:
- Siz onunla (Səddam Hüseyni nəzərdə tutub) necə rəftar etmisiniz. Mənə dedi ki, mühafizəçi zabit çox ötkəm danışırdı.

1449514451_5_brezhnev_chast4_vrez2_600.jpg (123 KB)

Ryabenko məsələni baş katibə anladıb. Brejnev İraq liderinin silahını alan mühafizəçiyə mükafat qaydasında növbəti rütbənin verilməsi haqqında göstəriş verib.

Brejnevlə işlədiyi illərdə Aleksandr Ryabenko bü cür hadisələrlə çox üzləşib. O, yaranmış gərginliklərə baxmayaraq yüksək iradə, təmkin və çeviklik nümayiş etdirərək baş katibi son gününə qədər mühafizə edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam