Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yaponiya -II Dünya müharibəsindən sonra ən böyük hərbi təlimini keçirəcək

Yaponiya II Dünya müharibəsindən sonra ən böyük hərbi təlimini keçirəcək

Yaponiyanın Özünü Müdafiə Qüvvələri son 30 ilin ən böyük hərbi təliminə hazırlığa başlayıb.

Yenixeber.org: Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hərbi təlimlər Şərqi Çin dənizinin sahilində yerləşən Kuyu rayonunda keçiriləcək. Bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan təlimdə Özünü Müdafiə Qüvvələrinin 140 min hərbçisinin iştirakı gözlənilir.

Amma buna baxmayaraq, koronavirusun yayılması ilə əlaqədar təlimlərin keçirilməsində dəyişikliklər ola bilər.

Qeyd edək ki, “soyuq müharibə” başa çatandan sonra belə bir hərbi tədbir 1993-cü ildə keçirilib.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Yaponiyaya rəsmi olaraq Silahlı Qüvvələr saxlamağa icazə verilmir. Onlarda ordu funksiyasını Özünü Müdafiə Qüvvələri icra edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam