Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMP NƏ İSTƏYİR? –Pompeo bu sualı cavablandırır

 Tramp administrasiyası liberal dünya nizamını dağıtmaq qərarına gəlibmi? Dövlət katibi Mayk Pompeo keçən həftə öz kabinetində Amerikanın belə bir niyyətinin olmadığını bildirib. Hal-hazırda ABŞ administrasiyası çalışır ki, indiki mövcud dünya nizamını 21-ci əsin reallığına uyğunlaşdırsın.
Yenixeber.org: Pompeonun sözlərinə görə, əksər iqtisadi və diplomatik strukturların dağılmasında prezident Donald Tramp günahlandırılır. Həmin strukturlar İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Pompeo bildirib ki, bu strukturların “Amerika üçün əhəmiyyəti olub”. Lakin soyuq müharibədən sonra geosiyasi rəqabətin yenidən başlanmsı və güclənməsi ilə prezident Tramp düzgün olaraq yenidən güc toplamağın lazımlığını önə çəkir.
Tramp beynəlxalq institutlar və alyanslara şübhə ilə yanaşaraq hesab edir ki, onların çoxu artıq ABŞ-a heç bir divident gətirmir. Pompeo deyir: “Bizim komandaya göstərişlər verən prezidentimizə diqqət yetirəndə, mən onun bu strukturlar Amerikaya necə təsir edir sualını verdiyini görürəm”.
Bu və ya digər qaydaların 60-cı, 80-ci və hətta 2000-ci illərdə Amerikada necə əks olunması ABŞ prezidentini maraqlandırmır. Prezdent Amerikanın qüdrətinin 2018-ci ildə və ondan sonrakı dövrdə möhkəmləndirilməsini istəyir.
Trampın tənqidçiləri iddia edirlər ki, onun “İlk öncə Amerika” strategiyası ABŞ-ın dünya liderliyindən imtinası deməkdir. Pompeo isə deyir: “Mən buna tamamilə başqa cür baxıram. Tramp Amerikanın liderliyinin mühümlüyünü və həmçinin də Amerikan suverenliyinin mühümlüyünü qəbul edir”.
Bu o mənaya gəlir ki, ABŞ mövcud sxemlər və razılaşdırmalar tələsinə düşdükdə və bu Amerikanı, onun işçilərini çətin vəziyyətə qoyduqda, onda Tramp “dağıdıcı fəaliyyətə”hazırdır. Pompeo “artıq ədalətli və obyektiv olmayan” qaydaların dəyişdirilməsini özünün başlıca işi sayır. Bununla yanaşı Pompeo hesab edir ki, Amerika Avropa və Asiya tərəfdaşları ilə hazırkı mühüm tarixi münasibətlərini saxlamalıdır.
Hazırda ABŞ və Almaniya arasında xüsusi gərginlik yaranıb. Pompeo bunu iki səbəblə izah edir: “Mühüm odur ki, onlar öz xalqlarının təhlükəsizliyinin təminində qərarlı olsunlar. Onlar bunu etsələr, biz lazımı səviyyədə onları müdafiə edərik. Həmçinin də ticarət məsələləri var. Almanlar bəyan edirlər ki, tarifli və tarifsiz, elə bir baryer sistemi yaradılmalıdır ki, bu həm ədalətli, həm də ki, qarşılıqlı faydalı olsun”.
Lakin Pompeo ABŞ və Almaniya arasındakı fikir ayrılığının ABŞ xarici siyasətinin daimi istiqaməti kimi görmür. O deyir ki, müdafiə və ticarət məsələləri həll olunduqdan sonra münasibətlərdəki bu gün gördüyümüz qıcıqlandırıcı faktorlar itib gedəcək və onlar əvvəlki kimi möhkəm olacaq.
Tramp administrasiyası təkcə onun mütttəfiqləri ilə olan münasibətlərindəki şərti dəyişmir, həm də yeni və hədsiz inadcıl rəqiblərlə toqquşur. On ildir ki, ABŞ xarici siyasəti öz diqqətini terrorizmə qarşı mübarizəyə cəmləyib və buna görə də böyük dövlətlərlə mübarizəyə daha az diqqət ayırıb. Bu gün terrorizmlə mübarizə prioritet olaraq qalır, lakin geosiyasətdə daha çox Çin və Rusiya kimi güclü dövlətlərlə münaqişə müəyyənləşdirici rol oynayır.
Pompeonun sözlərinə görə, ABŞ Pekin və Moskva ilə münasibətlərində yığcamlıq nümayiş etdirməlidir. Belə ki, Amerika-Çin münasibətləri nizam-intizamsız mübarizə əsasında deyil, müəyyən qaydalar üzərində qurulmalıdır. ABŞ dövlət katibi bildirib ki, Çin ticarət sferasında ölkələrin bərabər şərtlər daxilində apardıqları ticarətdən fərqli olaraq, bir çox adi qaydalara məhəl qoymur. Yəni, Çin intellektual mülkiyyəti oğurlayır və özünəməxsus yırtıcı iqtisadi siyasət həyata keçirir.
Perspektivdə Çin ilə ciddi qarşıdurmadan qaçmaq üçün Vaşinqton hər iki ölkənin üzunmüddətli maraqlarını nəzərə almalıdır. ABŞ bu gün siyasətini tarif məsələsində, sabah isə Çinin hər hansı adada hərbi baza tikməsi üzərində qurmamalıdır. Əsas məqsəd belə vəziyyətlərlə qarşılaşmamaq üçün başlıca qaydalar sistemi yaradılmasına yönəlməlidir.
Pompeo həmçinin ABŞ və Rusiya arasındakı əməkdaşlığın məhdud olsa da, mümkünlüyünü görürür, lakin ABŞ Rusiyanın revizionizminə qarşı çıxır.
Pompeo bildirib ki, prezidentin gündəliyi hədsiz ambisiyalıdır. Çünki o, dünya qaydalarını Amerikanın mənfəəti üçün yenidən yazmaqla yanaşı geosiyasi rəqiblərlə dayanıqlı münasibətlər qurmaq üzərində işləyir. Bu məqsədlərə nail olmaq çətindir. İnersiya beynəlxalq münasibətlərdə güclü qüvvə sayılır, amma mövcud institutlar və imzalanmış müqavilələr üzərində dəyişikliklər aparmaq bir çox hallarda çox mürəkkəb olur.
Trampın gündəliyinə əngəl törədənlər içərisinə Amerikan tələblərinə qarşı çıxış edənlərin qlobal koalisiya yaratması da daxildir. ABŞ-ın özü üçün mənfəətli ticarət müqavilələri bağlamağa cəhd etməsi ona gətirib çıxara bilər ki, Çin, Avropa və Yaponiya Amerikaya qarşı birlikdə mübarizəyə girişərlər. Belə bir təhlükə Trampın dramatik jestlərə meyilliyi və çılğın xarakteri ilə daha da dərinləşər.
Amma ABŞ dünyanın ən güclü və ən nüfuzlu ölkəsi olaraq qalır və digərlərini xeyli geridə qoyur. Ona görə də, əksər ölkələr Tramp administrasiyası ilə qismən də olsa dil tapmağa çalışacaqlar. ABŞ prezidenti yeni siyasi, iqtisadi və hərbi təzyiqlərə qarşı durmaq üçün soyuq müharibə zamanı yaranmış institutlar və qaydalara düzəliş edilməsini söyləməkdə haqlıdır.
Pompeo hesab edir ki, Trampın dəyişikliklər barəsindəki təsəvvürləri onun bütöv və ardıcıl dünya görüşünə bağlıdır. Dövlət katibinin məqsədi bu dünyagörüşü əsasında ardıcıl xarici siyasət təşəbbüsünü həyata keçirməkdən ibarətdir. Lakin Pomeonun heç bir dövlət katibinin prezidentin dəstəyi olmadan uğur əldə edə bilməyəcəyini söyləməsi tamamilə doğrudur. Pompeo əksəriyyətdən fərqli olaraq Trampın fikirlərini daha yaxşı anlayır.
(“The Wall Street Journal” – ABŞ)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam