Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Solovki düşərgəsinin dəhşətləri –qadın dustaqların başına müsibətlər gətirilib

 

Yenixeber.org: Mövcud olduğu 70 il ərzində SSRİ-də bütövlükdə 30 minə yaxın islah əmək müəssisəsi fəaliyyət göstərib. Bu cəzaçəkmə müəssisələrinin adları ayrı-ayrı dövrlərdə fərqli olsa da, ayrı-ayrı qurumların tabeliyinə verilsə də eyni funksiyanı daşıyıb. 1930-cu illərdən sonra həbs düşərgələrinin salınması daha geniş miqyasda həyata keçirilib. Təkcə 1930-cu ildə yaradılan Baş Düşərgələr İdarəsinin (QULaq) tabeliyində 53 düşərgə idarəsi, minlərlə düşərgə şöbəsi və məntəqəsi, 425 koloniya, 2 minə yaxın xüsusi komendatura fəaliyyət göstərib. Bu düşərgələrdən günahı olan və olmayan, cinayət törədən və törətməyən milyonlarla insan keçib.

SSRİ-də ilk islah əmək düşərgəsi isə 1923-cü ildə Solovki adalarında yaradılıb. Araşdırmaçıların qənaətinə görə, düşərgə işgəncələri, yazılmamış cəza qanunları, ağılasığmaz cəza tədbirləri də ilk olaraq burada yaranıb.

7-33.jpg (96 KB)

Cəza düşərgələrinə göndərilənlər arasında heç bir yaş, cins, sağlamlıq durumu, siyasi baxış, sosial vəziyyət, ictimai mövqe məhdudiyyəti qoyulmayıb. Böyük insan kütlələri uzun-uzadı siyahılar əsasında vaqonlarla, yük maşınları ilə düşərgələrə daşınıb. Bir sözlə, düşərgələrdə hamı üçün yer “tapılıb” – uşaqlar, qadınlar, kişilər, qocalar, əlillər, sağlamlar, xəstələr üçün düşərgə qapıları taybatay açılıb və düşərgələrdə hər kəsi öz təyinatına uyğun “istifadə” ediblər.

Kişilər ən çətin işlərə cəlb olunub, sərt rejim qaydalarına tab gətirməyənlər, yaxud da əməl etməyənlər ən ağır işgəncələrə məruz qalıblar.

Qadınlar da “işsiz” qalmayıb. Onlara tətbiq olunan işgəncələr heç də kişilərə tətbiq olunan içgəncələrdən yumşaq olmayıb. Düşərgə rəhbərliyinin şəxsi “istək”lərini yerinə yetirməyənlərin aqibəti isə daha acınacaqlı olub.

07.jpg (109 KB)

Tanınmış yazıçı, sovet həbs düşərgələri haqqında yazdığı kitablar Avropa ölkələrində, ABŞ-da çap olunan Yuri Brodski “İyirmi il xüsusi təyinatlı Solovki” kitabında məhbus qadınlar haqqında yazıb:
“Qadınlar Solovki düşərgəsinə gətirilən kimi, əvvəlcə onlar tam soyundurularaq ümumi hamama buraxılıblar. Sonra hamamda yoxlama və seçim başlanıb. Qadınlar üç kateqoriyaya ayırıblar: rublluq, yarınrublluq və qəpiklik. Birinci kateqoriyadan olan qadınlar düşərgə rəhbərliyinin “ixtiyarına” verilib. Hər vəzifəli işçi 5-7 qadın saxlayıb. Bu qadınlar yüksək çinlilələrə yemək hazırlamaq, səliqə-sahman işinə baxmaqla yanaşı, həm də məşuqəlik ediblər. Özlərini “yaxşı” aparan qadınlar “sahub”ləri tərəfindən mükafatlandırılıblar, rəhbərlik onlara paltar, ayaqqabı və digər kiçik hədiyyələr almaqda xəsislik etməyiblər. Zabitlərin zövqünə və tələblərə cavab verə bilməyən qadınlar isə düşərgədə xidmət edən əsgərlərin kazarmasında “dövriyyəyə” buraxılıb.

 

02.jpg (88 KB)

İkinci kateqoriyadan olan “yarımrublluq” qadınlar düşərgə nəzarətçilərinin “sərəncamına” verilib. Birinci kateqoriyadan fərqli olaraq ikinci kateqoriyadan olan qadınların işi daha ağır olub. Təmizlik və digər xidmətləri həyata keçirən bu qadınların kütləvi şəkildə zorlanması adi hala çevrilib.

Üçüncü kateqoriyaya düşən qadınlar üçün isə düşərgə əsl cəhənnəmə çevirilib. Düşərgədə xidmət edən əsgərlərin “ixtiyarına” verilən bu qadınlar çəkmə təmizləmək, tualetləri yumaqla yanaşı, həm də düşərgədə olan digər qadınlarda xof, qorxu yaratmaq üçün istifadə olunublar. Belə ki, onlar hamının gözü qarşısında alçaldılıblar, təhqir olunublar, yanlarında qız övladları gətirən qadınların qızları analarının gözü önündə zorlanıb...”

1-03.jpg (75 KB)

Solovki düşərgəsində qadınlar üçün əsas üç cəza növü tətbiq edilib. Bunlardan birincisi karserə salınmaq cəzası olub ki, cərimə kamerasına düşənlərə sutka ərzində 300 qram çörək və iki stəkan su verilib. Bu şəraitdə 10 gün qalan qadınlar ağır xəstəliklərə tutulublar.

İkinci cəza növü düşərgə ərazisində olan xüsusi mövsüm kameralarına salınmaq cəzası olub. Isti havalarda bu kameralara isti buxar buraxılıb. Heç bir pəncərəsi və havaya çıxışı olmayan bu kameralarda 15 dəqiqədən artıq dözmək mümkün olmayıb. Qış aylarında isə divarları buz bağlayan kameralara əlavə olaraq buzlu su da buraxılıb. Qadınlar bu cəzaya məruz qalanda dəqiqələr ərzində nəzarətçilərin bütün tələblərini həyata keçirməyə hazır olduqlarını bildiriblər.

08.jpg (151 KB)

Digər bir cəza növü isə “mənasız iş” adlandırılıb. Belə ki, taqətsiz qadınlara eyni ağır bir yükü, yaxud da daşı təkrar-təkrar bir yerdən başqa yerə daşıtdırıblar. Taqətsiz qadınlar bu işgəncəyə də tab gətirməyərək nəzarətçilərin bütün “təklif”lərini qəbul ediblər.

Solovki düşərgəsində yüzlərlə qadın işgəncələrə tab gətirməyərək intihar edib. Həmçinin bu düşərgədə dəlilik həddinə çatan, psixoloji sarsıntılar səbəbindən ölən qadınlar da çox olub.

Özünü dünyaya humanist ölkə kimi təqdin edən, sosialist cəmiyyətinin mənəvi dəyərlərini şüara çevirən, kommunizmə doğru iri addımlarla addımlayan SSRİ-də bu dəhşətlər ciddi şəkildə qapalı saxlanılıb. Bəli, uzun illər SSRİ-nin əsas şüarı olan “Hər şey xalq üçündür” şüarı həbs düşərgələrində də öz əksini tapıb: “Bütün işgəncələr xalq üçündür”.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam